...Eldarla görüşdüyü ilk günləri xatırladıqca gözlərindən yaş damlaları süzülməyə başladı.Hər dəfə görüşdən qayıdanda öz-özünə deyirdi:-“Kaş heç Kamillə tanış olmayaydım.Onunla yaxınlıq etməyəydim.Özümü ancaq Eldara saxlayaydım.O bir Mələkdir.Allahıma çox şükür onu mənim qarşıma çıxarıb.”Eldarı aldatmağı vicdanına sığışdırmırdı.O da Lamiyə kimi hər şeyi açıb demək, yüngülləşmək istəyirdi.Həm də ona maraqlıydı-görəsən o da Seymur kimi Aytəni olduğu kimi qəbul edəcəkdimi?Sevgisini bununla sübut edə biləcəkdimi?...Axı hardan biləydi baş verən hadisələr elə sürətlə inkişaf edəcək, özü də istəmədən canından çox sevdiyi insanı aldatmağa məcbur olacaq.Aytəni də qınamaq olmazdı.Onun yerində kim olsa bəlkə də belə edərdi.Eldarla görüşdüyü və nişanlandığı müddətdə-artıq iki il keçmişdi-Lamiyə ailə qurmuş, ana olmuşdu.Bir yaş yarımlıq qızı da vardı.İki il əvvəlki Lamiyədən bir əsər qalmamışdı.Yanaqlarından qan daman Lamiyənin üzü solmuş, çox arıqlamışdı.İlk dəfə rəfiqəsini bu vəziyyədə görən Aytən çox üzülmüşdü.Birdən-birə ağlına gələn qara fikirlərdən özü də qorxdu.Elə bilmişdi ki, Lamiyənin “pis xəstəliyi” var.Həmin görüşdə səbəbini öyrənməyə fürsəti olmadı.Seymur da yanında idi.Bir neçə gün sonra qızını parkda gəzdirmək üçün evdən çıxanda Lamiyə Aytənə zəng etdi.Görüşdülər.Yalnız onda əsl səbəbi öyrənə bildi.Həmişəki kimi sözə bir az uzaqdan başladılar:
-Lamiyə, nə qəşəng qızın var.Allah saxlasın.Necə də sənə oxşayır.
-Çox sağ ol, canım.Sənin üçün də olsun.-Gülümsəməyə çalışsa da alınmadı, yenə kədərli idi.
-Bəs bu qəşəng qıza bir qaqaş gətirmək haqda hələ fikirləşmirsiz?-Suallarıyla rəfiqəsinin fikrini dağıtmaq istədi.
-Eh..Kaş ki, heç bu da olmayaydı-ah çəkərək dedi.
-O nə sözdür, bacı?Səndən heç gözləməzdim.Allahın verdiyi paya şükr etmək əvəzinə bu nə sözdür deyirsən?İllərlə uşaq payı gözləyənlər, ana olmağa həsrət qalanlar var.Naşükür olma,-ərklə Lamiyəni danladı.
-Sən heç nə bilmirsən.Küçəyə çıxanda, insanlar içində xoşbəxt görünməyə çalışsaq da heç də hər şey əvvəlki kimi deyil.
-Bağışla bacı, mən də günahkaram.Başım toya hazırlığa qarışıb, heç səndən xəbər tuta bilməmişəm.Həm də bilirsən, bir müdət rayonda yaşadım, yeni həyata başlamaq üçün yaxşıca dincəlməliydim.Psixoloqum belə məsləhət görmüşdü.Axı bilirsən, atamın yanında dincəlmək olmur.Qızın doğulanda da heç gəlib təbrik edə bilmədim.Yad adamlar kimi eləcə zəng etdim.Özümü bağışlamıram buna görə..-Başını aşağı saldı.
-Ee, yenə başlama da Ayka, hər şeydə özümü günahlandırmağa.Sənlik heç nə yoxdur.Yanımda olsaydın belə əlindən nə gələrdi ki?Keçmiş səhvlərimin əvəzini ödəyirəm.Mənə bu da azdır..
-Ürəyimi üzmə, axı de görüm nə olub?
-Toyumuzdan heç bir il keçməmiş mənə xəyanət etdi...-Acı-acı gülümsədi..
-Kim?Seymur??-Aytən təəccüblə soruşdu.
-Əlbəttə o.Başqa kim olacaq?Evlənmədən əvvəl mənə dünyaları vəd edən, məni guya olduğum kimi qəbul edən, mənə ömür boyu arxa-dayaq olacağına söz verən Seymur..
-Nə zaman hiss etdin bunu?-eşitdiklərindən sarsılmış Aytən boğuq səslə soruşdu.
-Mən Ayselə dörd aylıq hamilə olanda.İlk dəfə onda hiss etdim.Daha doğrusu o hamamda olanda telefonuna gələn smsi oxudum..Romantik bir sevgi mesajı idi.-Kinayəylə dedi.
-Sonra?
-Sonrası da odur ki, ilk vaxtlar boynuna almasa da üstünə çox düşəndə etiraf etdi.Hətta bir dəfə bütün acı həqiqəti, qəlbində illərlə gizlətdiyi bütün fikirlərini üzümə dedi.Demədi e, çırpdı üzümə..Daha dözə bilmirəm.-Bunu deyərkən səsi titrədi..Ağlamırdı.Sanki göz yaşı da qurumuşdu ağlamaqdan.
-Yaxşı, daha danışma.Görürəm xatırladıqca pis olursan.-Aytən özü xəyanəti bağışlamasa da rəfiqəsini sakitləşdirmək üçün dedi:
-Xəyanət etməyən kişi var indi?Tək sən deyilsən.Buna görə ailəni dağıtmaq istəyirsən?Ayseli atasız qoymaq istəyirsən?
-Ayseli düşünür guya o?Qızımın ad günü idi həmin gün..Qonaqlar getmişdi.Ayseli də yatırtdım.Seymur bu dəfə çox içmişdi.Adətən o içəndə hədini aşsa belə özümü bir təhər saxlayıram.Mübahisə etmirəm.Səhəri gün aydınlaşdırıram gecə baş verənləri.Bu dəfə isə gözləmək haqda düşünmədim.Gələn qonaqların arasında mənim dəvət etmədiyim, ümumiyyətlə tanımadığım bir qadın da vardı.Modellərə oxşayırdı.25-26 yaşı olardı.Sarışın qadındı.Əvvəl elə bildim Seymurun iş yoldaşlarından hansınınsa həyat yoldaşıdır.Amma ziyafət boyu Seymurun o qadınla baxışması və qadının qonaqlardan ayrılıb evlərinə tək qayıtması məni şübhələndirməyə bilməzdi.Bütün qonaqların getməsini gözlədim ki, onun kim olduğunu aydınlaşdırım.Evdə tək qalanda nəhayət fürsət tapdım soruşmağa.Sərxoş da olsa bunu sabaha saxlaya bilməzdim..
-Hə, Seymur nə dedi?-səbirsizlənən Aytən əhvalatın sonunu gözləmədən soruşdu.
-Həqiqətən düz deyiblər:-“Sözün düzünü bir uşaqdan, bir sərxoşdan soruş”
-Yəni?
- Nə uzadım..Qısası mənim haqqımda bütün düşündüklərini dedi.O qadın onun sevgilisi imiş.Şübhələrim düz çıxdı.Smsləri yazan da o idi..
-Həyasıza bax e.Utanmadan, çəkinmədən hələ evinizə də gəlib.Sən də heç nə etmədin?Zəng edib biabır edərdin də.Necə soyuqqanlı olmusan ee?
-Yox, bilmədiyin şeylər var..
-Məsələn nə?
-Seymur mənim keçmiş səhvimi üzümə vurdu..Hətta daha irəli gedərək elə beləcə də dedi:-“Niyə o qadın haqda pis düşünürsən?Mən onu səndən əxlaqlı sayıram.Onun həyatındakı tək mənəm.Səninsə həyatında məndən əvvəl Allah bilir neçəsi olub.Sən yaxşı qız olsaydın toy gecəsinədək özünü qorumağı bacarardın.Bakirə qalardın...Gəzirəm, əcəb edirəm.Dözməlisən..Getmək istəyirsənsə, qapı açıqdır.Buyur, yaxşı yol..”
-...-Söz tapmıram deməyə.Sən nə cavab verdin bəs?-Aytən Lamiyənin halını çox yaxşı anlayırdı.Ondan daha yaxşı kim anlardı ki..Bu günlərdən onun da başına gələ bilərdi.
-İndi sənin quruduğun kimi mən də quruyub qaldım.Şokdaydım.Ağlaya da bilmədim ki, boşalım.Oturub əllərimlə başımı tutdum sadəcə.Bilmədim neçə saat keçdi.Bir də gecə yarı yuxudan oyanmış Ayselin səsinə özümə gəldim.Seymursa elə paltarlı, ayaqqabısını belə soyunmadan divanda uzanıb yatmışdı.
-Sənə söz tapmıram deyim, bacı.Çox pis oldum.Vallah..Elə bil mənim başıma gəlib.
-Məndən sənə məsləhət, Ayka.Bizim oğlanlara düzünü deyəndə axırın belə olur.Sən mənim kimi etmə.Eldar çox yaxşı oğlandır, mən də bilirəm.Evləndikdən sonra da sənə münasibəti belə qalacaqmı?Bax, bunu bilmirik.Mən də Seymura “O bir Mələkdir”, deyirdim.İnandım.Aldandım..Yandım.Sən inan, amma işini də ehtiyatlı tut.
-Yəni?
-Nə demək istədiyimi yaxşı anladın.Özün ağıllı qızsan...
...Aytənin toyuna bir aydan da az qalmışdı.Lamiyə ilə görüşü, bu söhbəti hər şeyi dəyişdi.Yox, onun toyu təxirə düşmədi.Sadəcə rəfiqəsinin acı taleyini təkrar yaşamaq istəmədiyi üçün Lamiyə deyən kimi də etdi.Bu qərarı qəbul etmək onunçün çox çətin oldu.Tərəddüd edirdi.Ta ki toy gününə qədər.Nəhayət toy günü qəti qərara gələ bildi.Toyun başlanmasına bir neçə saat qalmış gözəllik salonunda həkimlə görüşüb məsələni “həll” etdilər..O an özünə nifrət etsə də başqa əlacı qalmamışdı.Çox sevdiyi Eldarını itirmək istəmirdi..
Keçmişin acı xatirələri onu çox uzaqlara apardı.Artıq sübh namazına bir saatdan da az qalırdı.Bütün gecəni oyaq qalmışdı.Bütün keçmişini yenidən yaşadı bir gecə içində.Bir azdan namaz qılıb dualarını oxuyacaq.Daha sonra əşyalarını yığışdırmağa başlayacaqdı...
XƏBƏR LENTİ
6000 illik cins parça tapıldı
"Qara bazar"da üzü qaraldılan manatımız
Sabahdan hava kəskin dəyişir
Azərbaycanda yeni zavod tikiləcək
Bülent Ersoy 6 saata 500 min xərclədi-FOTO
Fransalı deputatlar Qarabağa səfər ediblər
Düşüncələrimizə məsafə qoymağı bacarmaq
Bol tərəvəzli skumbriya(foto resept)
Rusiya Suriyada 3 uşaq öldürdü
Xərçəngin yox edilməsində YENİ ERA BAŞLADI: Sadəcə 3 aya...
Evliliklərdə uyğunlaşma varsa yaş fərqi problem olmaz
Almaniya - Braziliya: hansı kanalda?
Selin Dionun makiyajsız halı sevənlərini qorxutdu-FOTO
Kəlləyə bənzəyən asteroid yaxınlaşır-FOTO
Emel Sayın 73 yaşını səhnədə qeyd etdi-FOTO
Saçlarınızı 5 addımda uzadın
Putinin xəbərdarlığı Obamanı özündən çıxardı
Salfet üçün üzüklər
Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ
Azərbaycan dünya ikincisi oldu!
ABŞ-dan Rusiyaya müharibə siqnalı
Budurmu sevgi?
Hava haqqında - 29.08.2013
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
İlk sualtı mağaza açılacaq
Kənan Doğulu Beren Saata mahnı həsr etdi
Kibariye borc ödəmək üçün evini satdı-FOTO
Kimlərin qapanma günlərində işləyəcəyi açıqlandı - RƏSMİ
Tufandan sonra qırılmış ağacdan heykəl düzəltdi
Uşaqların üzməsi üçün 3 səbəb
Şakiraya 6 cinayət işi açıldı
Dinarın dünyaya gəlişi
Obama xalqını təhqir etdi
Qaranlıq beyni inkişaf etdirir
Klublarımız Çempionlar Liqası ilə vidalaşdı
Maraqlı arxitekturaya sahib yerlər
Meqan Markl Kral ailəsinin əsas qanunu pozdu-FOTO
Məşhur futbolçunun 300 milyonu oğurlandı
Kor olmaq istəmirsinizsə, ondan uzaq durun
Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olundular - SİYAHI
Uşağı gələcəyə sağlam hazırlayaq (1)
Günün qoroskopu: istənilən məsələnin həlli çətinləşir
İşğaldan azad olunan doqquz yaşayış məntəqəsi hansı rayonlara məxsusdur?
42 yaşlı aktrisadan yeni hamiləlik pozu
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Əyləncəli ev heyvanları
Hansı kişilər kök qadınları sevirlər?
Hande Erçel arıqladı-FOTO
Gigi Hadid çılpaq FOTOsessiya etdirdi
Tarixin ağ ləkələri
- ŞƏRHLƏR