Sara artıq bu saraya, şaha adət etmişdi, öyrəşmişdi. Şah da ona bütün ağlı ilə aşiq olmuşdu. Münasibətləri çox yaxın idi, evli cütlüklər kimi yaşayırdılar. Amma burada bir az nüanslar var: Sara barədə ancaq sarayda qalanlar bilirdi və Sara şaha aşiq olmamışdı, onunla sadəcə olaraq çarəsizlikdən yaşayırdı. Hər halda, daha pis əllərə düşə biləcəyini anlayırdı, ona görə bəxti gətirmiş kimi özünü hiss edirdi. Ağır iş günündən sonra evində şahın əsəblərini sakitləşdirəcək Sarası var idi, şah indi həyatdan zövq almağı öyrəndi.
Beləcənə 5 il keçdi... Sara əvvəlki kimi rəsmi həyat yoldaşı olmaq üçün şaha heç nə demirdi, ona verilən hər şey ilə razılaşırdı. Hətta saraya yad bir insan gələndə də, qonaqlar gələndə də qıza xəbər verilirdi ki, aşağı zala düşməsin, saray o qədər yekə idi ki, qız yuxarı mərtəbələrdə, ya da öz otağında olsaydı, gələn insanların onu görməyi mümkün olmazdı. Bunların hamısı təbii ki, şahın imicinə zərər gəlməsin deyə edilirdi. Əslində, Sara özünü qulluqçulardan biri kimi təqdim edə bilərdi, amma bu zaman onu əynindəki yaraşıqlı və bahalı geyimləri sata bilərdi. Ona görə gizlənmək ən üstün variant idi.
Bu cür qonaqlı günlərin biri idi. Şahın yanına qonşu şəhərin böyüyü həyat yoldaşı və cavan oğlu ilə gəlir. Aşağıdakı zalda nemətlərlər dolu masanın arxasında oturub nahar edib, işgüzar söhbətlər edirdilər. Sara bu zaman otağında yatırdı. Amma yuxudan öskürək ilə oyandı. Boğazı yaman qurumuşdu. Tərslikdən də bu zaman aşağıdakı qonaqlara görə bütün qulluqçular aşağıda idilər. Bu qıza su gətirən yox idi. Sara dözməyib baş pilləkanın yanından keçib ikinci mərtəbədə olan gizli pilləkanlardan düşüb mətbəxdən su götürməli idi. Amma baş pilləkanın yuxarısından keçən zaman onu masa arxasında əyləşən qonaqlardan biri, o cavan oğlan gördü. Qızı görəcək çaşıb qaldı, qız da çaşdı, amma tez sakitcənə oradan yox oldu. Oğlan gördüyünü bəlli etmədi və masadakılar heç nə hiss etmədilər. Sara mətbəxə həyəcanlı halda girdi, soruşdular:
- Sən necə gəldin bura? Qonaqlar aşağıdadırlar.
- Bilirəm, bir adam tapmadım ki, mənə su gətirsin, məcbur olub özüm düşəsi oldum bura.
- Tez! Tez! Get buradan! Şah bizim canımızı alar səndən ötəri.
- Yaxşı, yaxşı! Suyumu içim gedirəm.
Eyni zamanda aşağıdakılar artıq yeməklərini bitirdilər və iş barəsindəki söhbəti davam etmək üçün şahla birlikdə onun iş kabinetinə daxil oldular. Oğlan isə hələ də o qızın marağında olub ayaq yoluna getməsi bəhanəsi ilə aradan çıxır. Heç kim görmədiyi halda baş pilləkanlarla yuxarıya çıxır, bu zaman da bu qız baş pilləkanların sağ tərəfində olan koridor ilə o biri pilləkanlardan çıxaraq öz otağına doğru gedirmiş. Birdən oğlanı görür, amma artıq gecdir. Başını aşağıya sallayaraq sürətli addımlarla öz otağına doğru gedir. Oğlan qızın qolundan bərk tutub deyir:
- Sən kimsən? Şahın nəyisən?
- Burax qolumu!
- Yox sən de kimsən, o zaman buraxacam. Adın nədir?
- Burax dedim!
- Adın?
- Sara! Hə! İndi burax gedim, heç kimə də məni gördüyünü demə!
- Deməmişdim, deməyəcəm də. Mənim də adım Artur.
- Hə! İndi qoy gedim nə qədər başım bəlalı olmayıb.
- Diqqətlə qulaq as! Sabah günortadan sonra səni evinizin yanındakı meşəlikdə gözləyəcəm, orada heç kim görməz bizi.
- Mən gəlməyəcəm!
Sara qaçdı otağına. Həmən günü şah qızda nəsə qəribəlik hiss etdi, amma qız vacib bir şey olmadığını söylədi.
Ardı var...
XƏBƏR LENTİ
BULVARDA Yeni il tədbirlərinə start verildi
İrem Derici xəstəxanada yalnız 2 gün qala bildi
Sabahın HAVAsı
Aylıq gözəllik baxımına 10 min xərcləyir
Elif Şafakdan 5 sözlə eşq
Şahzadə Harri: "Göyün yeddinci qatındayam" - VİDEO
Beyin fəaliyyətini gücləndirmək üçün 12 məsləhət
Evdə pizza (foto resept)
Girovlar qaytarılmalıdır
Ev şəraitində bilərzik hazırlayaq
Böyük Holland rəngkarlığının kiçik ustaları
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Uzunömürlülük
Konor Makqreqor evlənib
"Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"
Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU AÇIQLANDI
Bill Qeyts: "Bu, yanlış addım idi"
Özümə inanmıram!
Uşaq ensiklopediyası(12)
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)
Keyfiyyətli insan və cəmiyyət
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Bu il manat yenə ucuzlaşacaq
Məşhur cütlükdən inanılmaz ADDIM-FOTO
Con Frenç Sloanın rəsmləri (2)
Kıvanç Tatlıtuğun koronavirus testinin nəticələri açıqlandı
Azərbaycan məktəblərində həyəcan təbili
Modern yemək masaları
Viktoriya Bekhemi qısqandı-FOTO
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Kommunal ödənişlərlə bağlı güzəşt olacaqmı? - VİDEO
Dünyanın ən elastik qadını
"Ginnesin Rekordlar Kitabı"nın seçmə rekordları
Salatları necə bəzəyəcəksiniz, bilmirsiz?
Yağış qayıdır
Kəsmikli-limonlu biskivit(foto resept)
Virtual alış-veriş artır
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...
Dəbli payız geyimləri
Buqələmun yoxsa insan?!
"Eurovision"da ermənilərin təxribatı araşdırılır
Doğru müddətli yatma arıqladır
Noyabr ayının qalibləri!
Kahı salatı (foto resept)
Yumurta testi və qiymənin buzxanada saxlanma qaydası
Lolita BOŞANDI-SƏBƏB
Tərəvəzli makaron (foto-resept)
Qəbizliyə qarşı nə etməliyik?
- ŞƏRHLƏR