"Xoşbəxt azadlıq"(real hekayə)
Hər kəsin qisməti, alın yazısı fərqlidir. Kiminsə həyatı bir başqasının həyatına bənzəməz. Oxşarlıqlar çox olsa da, tamamilə eynilik təşkil etməz. Hər kəs özünəməxsus tale yaşayır. Hər kəs onun qədərinə yazılmışa doğru addımlayır. Bugünədək qələmə aldığım bütün talelər xoşbəxt sonluqla bitib. Bu həyat hekayəsi də xoşbəxt sonluqla bitəcək. Amma o sonluq necə olacaq, baxın, onu oxumadan anlamayacaqsınız. Niyə insan taleləri marağımı çəkir, bilmirəm. Bildiyim odur ki, bu müxtəlifliklər içində ucsuz-bucaqsız, bir çoxları üçün bihudə görünsə də, ilhamımın kökü cəmlənib. Ondan möhkəm yapışıb sözdən sözə, cümlədən cümləyə addımlamaq mənə güc verir, stimul verir.
Sizə haqqında yazacağım Şelbi isə həyat eşqini ilhamın kökündə yox, azadlıqda gördü. O özü-özünü “azad” etdi. Sevginin ağuşuna onu axtarmadığı bir anda, tamamilə təsadüfən “düşdü”. Sevgilisi ilə Amerikanın Tennissi ştatının İdman Universitetində tanış olmuşdular. Bu tanışlıq 2011-ci ildə baş tutmuşdu. Bir il sonra araya məsafə girdi. Sevgiləri sınanmağa başladı. 2012-ci ildə sevgilisi öz doğma ştatı Floridaya geri qayıtdı. Şelbi isə Tennissidə qaldı. Sevgisi o qədər dərin və güclü idi ki, heç bir məsafə onun gözündə görünmürdü. Hər gün əlaqə saxlayıb, ünsiyyət qururdular. Və bir gün onlar yenidən görüşdülər. Bu qədər zamandan sonra yenidən üz-üzə, göz-gözə gəlmək onları xoşbəxt etdi. Sevgilisi artıq Şelbidən uzaqda bir gün də qalmaq istəmədi. Tezliklə, Tennissi ştatına köçdü. Şelbi ilə ev kirayələyib, birlikdə yaşamağa başladılar. Bir insanın öz sevgisi naminə qurbanlar verməsi inanılmaz olsa da, gözəldir. Şelbi özünü dünyanın ən xoşbəxt xanımı hesab edirdi. Sevdiyi insan artıq onun yanında idi. Başqa nə arzu etmək olardı ki?
Dörd ay sonra sevgilisindən evlilik təklifi aldı. Bu an Şelbidən xoşbəxti yer üzündə rast gəlinməzdi. Şad xəbəri yaxınlarına, dostlarına, ən əziz adamlarına xəbər verdi. Şelbi sevgilisi ilə ailə quracaqdı. Xoşbəxt olacaqdı. Payızın ilk ayında toya hazırlıq işləri başladı. İlk olaraq toyun keçirləcəyi yer, gəlinlik, saç düzümü, toyun təşkilatçılıq işləri ilə məşğul olacaq şəxs və fotoqraf bəlli oldu. Gəlinliyin hazırlanması zaman aldı. Çünki Şelbi arzu etdiyi gəlinliyə o qədər pulu verəcək imkana sahib deyildi. Bu anda anası ona dəstək oldu. Şelbi xəyalını qurduğu gəlinliyi ala bildi. O gəlinlikdə Noyabrın 1 də sevgilisinə bir ömür boyu sədaqət andı içəcəkdi. Xəstəlik və sağlıqda hər zaman yanında olacağına vəd verəcəkdi. Şelbi xoşbəxt gələcək planlarını qurmaqla məşğul olarkən, sevgilisi tərəddüd içində dönüb, dolaşırdı. Sonunda xüdbincəsinə qərar verdi. Yalnız özünü və öz hisslərini düşünərək addım atdı. Üç illik “sevgi” xülyasından oyandı. Şelbinin qəlbi qırılsa da bu toyun baş tutmasına razı ola bilməzdi. Ömür boyu Şelbiyə sadiq qalaraq yaşaya bilməyəcəyini dərk etdi. O Şelbini heç zaman sevmədiyini anladı. Gec oldu, amma sonunda tərəddüdlər içində çırpınan qaranquş kimi səmaya “uçdu”. Nəhayət özünü toplayıb qərarını Şelbiyə dedi.
Toya, Şelbinin həyatının ən xoşbəxt gününə 5 gün qalmış sevgilisi onunla danışmaq istədiyini dedi. Artıq qərar sizlərə məlumdur. Çoxlarınız anladınız. Axı bir oğlan toyuna 5 gün qalmış tərəddüd edirsə bunun sonu xoşbəxtlik ola bilməz. “Əzizim, Şelbi! Mən anladım ki, sənə aşiq olmamışam. Aşiq olmadığım bir insanla bütün həyatımı birlikdə yaşaya bilmərəm. Sevmədən ailə qurmaq istəmirəm. Evliliyə hazır deyiləm. Sənə heç zaman aşiq olmamışam. Bağışla, amma səninlə evlənməyəcəm!” Bəli, bu sözlər Şelbiyə bir sillə kimi dəydi. Toya 5 gün qalmış üç illik sevgilisi onu heç zaman sevmədiyini dedi. Bir yanda qırıq qəlbin iniltisi, bir yanda münasibətlərin aydınlaşdırılması, bir tərəfdən toyun təxirə salınması, bütün sifarişlərin geri qaytarılması ilə məşğul olmaq Şelbini məhv etdi.
Toy gününə, Şelbinin ən xoşbəxt olacağı o günə cəmi iki gün qalmışdı. Gecə-gündüz xəyalını qurduğu gəlinliyinə artıq baxmaz oldu. Ona nifrət etdi. Anasının verdiyi pullar gözünün önündə dayanmasaydı ilk fürsətdə onu qayçılayacaqdı. Ancaq fotoqraf rəfiqəsi Şelbiyə inanılmaz bir fikir dedi. Qəribə görünsə də Şelbi razılıq verdi. Bəli, noyabrın 1, arzulanan o xoşbəxt gün yetişdi. Gəlinin rəfiqələri, gəlinin valideynləri toy libasında məclisin keçiriləcəyi məkana gəldi. Şelbi ağappaq gəlinlikdə “məclisə” təşrif buyurdu.
Kənarda qalan yalnız bəy oldu. Daha doğrusu bəy namizədi. Artıq o namizəd də sayılmazdı, nə də olsa Şelbidən və onun əbədi məhəbbətindən imtina etmişdi. Həmin gün ən unudulmaz və xoşbəxt günü olacaqdı. Məhz belə də oldu.
Gəlinin rəfiqələri rəngarəng boyaları ağappaq gəlinliyə püskürtdülər. Hər tərəfindən onu al-əlvan etdilər.
Bu rəng mübarizəsinə Şelbinin atası və anası da qoşuldu. Şelbi üçün bu an əvəzedilməz oldu. Çünki gəlinliyinə düşən ilk boya damlasından özünü azad hiss etməyə başaldı. Onu xüdbincəsinə yolda qoyan, 3 illik sevgi vədinə xilaf çıxan birinin əlindən xilas oldu. Keçmiş sevgilisinin onun xoşbəxtliyini, gələcəyini, azadlığını əlindən alma bilmədiyinə inandı.
O günü azadlığına qovuşması kimi qeyd etdi. Bu sözləri keçmiş sevgilisinə yazdı: “Çox sağol ki, mənə yazığın gəldi və məni gələcəkdəki itkilərdən, ağrı və acılardan xilas etdin. Çox sağol ki, sənsizliyin heç də qaranlıq zülmət olmadığını göstərdin. Çox sağol ki, məni azad etdin. Çox sağol ki, öz gücümlə həyata daha da bağlanmağıma inam verdin. Çox sağol ki, məni tərk etdin. Çox sağol!”
O gündən Şelbinin al-əlavan boyanmış gəlinliyi azadlığın, qürurun nümunəsinə çevrildi. “Memfis” gəlinlik evində bütün gəlinlərin gözü önündə yerləşdirdi. Başqalarına daxili güclərini kəşf etmələri üçün zəmin yaratmağa başladı. Artıq 2 aydır ki, Şelbi azadlığı ilə çox xoşbəxtdir. Bilir ki, onun qədərində əsl sevgi mütləq var və Allah onu unutmayıb...
Müəllif: Xəyalə Murad
P.S. Şelbinin taleyi haqqında məqaləni ingilis saytlarının birində gördüm. Təsirlənib hekayəyə çevirdim. Hekayəm real olduğu üçün Şelbinin "toy" mərasiminin video görüntüsünü də təqdim edirəm.
XƏBƏR LENTİ
"Diriliş Osman"ın bəş qəhrəmanları bəlli oldu-FOTO
Türkiyədən Azərbaycana böyük sıçrayış
Pis niyyətli insanları tanımaq
Təhsil Nazirliyi yeni "Şahmat" dərslikləri çap edib
"Qarabağ" uduzdu
Günün qoroskopu
Yeni, lüks Range Rover 600
Həqiqət acı olsa da...
Uşaq ayaqqabıları
Ana südü uşaqları bundan da qoruyur
Körpələrin dişlərinə qulluq
“Kəpənəyə” çevrilib sonra toz olan UNO - Video
"Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edildi
Dünyanın ən bahalı brendlərinin adları açıqlandı
Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək
Mehriban Əliyeva qızı ilə ziyarətgahda - FOTO
Ayaqlara qulluq qaydaları (diabet xəstələri üçün)
Baş ağrısının xalq təbabətində müalicəsi
Qırmızı kürülü suşi (foto resept)
Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib FOTO.
Dezodorantlar qorxunc xəstəlik yaradır
Unikal əməliyyat keçirildi, beyni yeyən qurd çıxarıldı
Azərbaycanda 3 əsrin qadını
"Spice Girls" qayıdır - FOTO
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
Ledi Qaqa səhnədə yıxıldı-FOTO
Sevgi dolu anlar...
Qızılca xəstəliyi
Rusiya Ermənistana tədarük edilən bəzi məhsullara görə rüsumları ləğv edir
Dəblə ayaqlaşmaq istəyənlər üçün
Ulduz futbolçu: "Azərbaycan dilini..."
Ayaq dırnağı necə kəsilir?
Özünüzü dələduz "FHN işçilərindən" qoruyun
Deniz Çakır yenə məhkəmədə-FOTO
Daha aktiv Porsche 911 Turbo
Erməni pulemyotları səhərə qədər susmadı
Fahriye Evcen hər bölümə 100 min tələb edir
5 il öncə boşandığı xanımı ilə bu səbəbdən bir araya gəldi
Telefonunuzu kimin dinlədiyini bilmək istəyirsinizsə, BU MƏXFİ KODU YIДћIN
Kakaolu tort (foto resept)
Azərbaycanda quş qripi ilə bağlı vəziyyət açıqlandı
Bal pətəklərinin sirri açılır
Hava haqqında - 26.01.2014
Tam müasir və komfortlu avtobuslar gətiriləcək
Trend saç aksesuarları
İraq yenə silkələndi
Günəşli hava geri qayıdır
HAVA necə olacaq?
Bu günün tarixi (21.09.2014)
İnternet uşaqları haraya sürükləyir?
- ŞƏRHLƏR