Evliliyinizdə hər şey möcüzə kimi gedərkən, bir anda ağzınızdan çıxan bir cümlə ilə bütün kefiniz qaça bilər. Sonra da vəziyyəti düzəltməklə məşğul olun. Əslində, bəlkə sizə görə səhv bir şey söyləməmisiz, amma kişilərin eşitmək istəmədiyi sözlər vardır. Boş yerə deməyiblər: "Dil yarası sağalmaz". Xoşbəxt və dinc bir evlilik üçün baxaq görək kişilərə söylənilməməsi lazım olan sözlər hansılardır.
1) Amma onun əri belə etmir.
Yoldaşınız özünə xas xüsusiyyətləri olan bir fərddir. Onu ətrafınızdakı dostlarınızın həyat yoldaşlarıyla müqayisə etməyin. Bu, sizin ondan məmnun olmadığı təəssüratı yaradacaq.
2) Kaş ki ..
Kaş ki sözü peşmançılıqdan başqa bir şey ifadə etməz. Keçmişi buraxın, önünüzdəki gözəl günlərə baxın. Hələ də yoldaşınızın fiziki quruluşu ila əlaqədar “kaşkiləriniz” olmasın, "Kaş ki, daha əzələli olsaydın", ya da "Kaş ki, bir az daha uzun boylu olsaydın" kimi.
Bir yaxşılıq, bir jest, bir gözəllik etdiniz. Qarşılığını gözləməyin, unutmayın, hamı eyni deyil. Çox narahat olacağınız bir vəziyyətdə qarşısına keçib sakitcə danışın. Sözə "Mən sənin üçün bunu etmişdim" deyərək əsla başlamayın.
4) Niyə?
Çox şübhə hər kəsi hövsələdən çıxarır. Yerində və qədərində olmayan şübhə zamanı həyat yoldaşınız narahat olacaq və olduğu mühitdən qaçmağa çalışacaq. "Niyə zəng edəndə cavab vermirsən? ", " Niyə məni heç axtarmırsan?", "Niyə yeni paltarımın fərqinə varmadın?"
5) Mən sənə söyləmişdim...
Sırf evliliyinizdə deyil, hər cür ikili münasibətlərdə istifadə etməməniz lazım olan bu ifadə onsuz da olmuş-bitmiş bir hadisəni yenidən gündəmə gətirməkdən başqa bir işə yaramaz. Mövzu nə olursa-olsun, heç bir itələyici ifadə, eyham və baxışlarla qarşınızdakını narahat etməyin.
6) Sən edə bilməzsən, ver, mən edim.
Xüsusilə təmirlə əlaqədar kişi bacarığına əsaslanan bu kimi mövzularda əsla bu sözü onlara deməyin. Edə bilmirsə belə, buraxın çalışsın, siz qarışmayın, bir mismarı da o vursun evinizdə.
7) Sen beləsən, sən eləsən...
Davamlı şikayət edərək qarşınızdakını təhqir etmək, bu, yoldaşınız olsa da, olmasa da çox incidici bir hərəkətdir. Gerçək belə olsa, qarşınızdakı insana bu şəkildə yanaşmayın. Problemlərinizi bu tip ifadələr işlətmək əvəzinə, sizi narahat edən şeyləri izah edərək həll etməyə başlayın. Unutmayın, sizin də qarşınızdakı insana görə bir çox tərs xasiyyətləriniz vardır.
8) Bu gün başım ağrayır.
Ən təhlükəli yataq otağı cümlələrindən biri. Əlbəttə ki, hər an hər şeyi istəməyə bilərsiniz. Ancaq bunu vərdiş halına gətirib, davamlı təkrarlamağa başlasanız, evliliyiniz böyük ölçüdə təhlükəyə girəcək.
9) Ona da edə bilərdinmi?
Keçmişdəkilər elə keçmişdə qaldı. Onsuz da sizi sevməsəydi, dəyər verməsəydi, bu anda onun yanında olardı. Hər etdiyi hərəkətdə ona keçmişi xatırladıb "Ona da etmişdin?" deyə soruşmayın. O anda sizə etdiyi jestin, ya da gözəl bir hərəkətin sehrini qaçırıb, hər şeyi məhv etməyin.
10) Kredit kartını götürə bilərəmmi?
Daha bir qorxuducu ifadə. Qadınların alver marağı kişiləri həmişə qorxudur. Çünki sizə verəcəyi kredit kartı ayın sonunda məbləğı çox olan faktura kimi onun özünə geri dönə bilər.
Qısası isə odur ki, qadın böyük qüvvədir. Hər şey öz əlimizdədir, gəlin evliliyimizi qoruyaq, hər zaman mehriban olaq, bax, beləcə.
XƏBƏR LENTİ
Burak Özçivitin EKİZİ peyda oldu-FOTO
Atəşkəs rejiminin pozulması halları 90 dəfəyədək artıb
Maska salatı (foto resept)
Səhər yürüşünün 5 faydası
Bred Pitt içkini Bredli Kuper sayəsində tərgidib-FOTO
Sara Cessika Parker Sicilyada dincəlir-FOTO
Galaxy S5-in əsl dəyəri nə qədərdir?
Düşüncə qabiliyyətimizi inkişaf etdirək
Göz makiyajı
Saqqız çeynəmək olarmı?
Məktəbimiz həmin gecə 13 şəhid verdi - Azərin
Analığın asan iş olmadığını göstərən rəsmlər
Azərbaycanda onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI
Həkimdən ŞOK SÖZLƏR : “Bu qidaları yeməyin!”
"WhatsApp"a bu yeniliklər gələcək - FOTOLAR
Ukraynada ölənlərin sayı iki dəfə artıb
Bu ərazilər nəzarətə götürüldü - Yoluxma halları artıb+VİDEO
Rəngarəng çantalar
Cazibədar sinə üçün məsləhətlər
Şnisel (foto resept)
Zəlimxan Yaqubun səhhəti pisləşdi
Hitlerin yəhudi həkimi
Barak Obamadan sərt mesaj
Xarı bülbül Qaxa gəlib çıxdı
Qadinları yaşlandıran 5 fakt...
Fərqli olan bərabərlik
Çillərdən qurtulaq!
"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir
Lionel Messini siyasətə alət etdilər
Qaynadılmış kartof sayəsində işıq yandırdı-VİDEO
Mobil telefonlar yeniyetmələrə necə təsir edir?
Azərbaycanda zəlzələ oldu
Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ
Lobyalı soğanlı salat (foto resept)
Magistratura imtahanlarının vaxtı açıqlandı
Dünyanın ən bahalı şərab yeşiyi satıldı
Şeyma Subaşıdan FOTOsessiya
Klassik gəlinlik geyinməyən gəlinlər
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
Hər kəsi təəccübləndirən cütlüklər
Antonio Banderas
"Kurtlar Vadisi"nin məşhur aktrisası Şuşaya gələcək
Portagal qabıgından əl işləri
Qarğıdalının faydaları
Səhv bilinən yalnış faktlar
"Alemin Kralı"nın sonbeşiyi illər SONRA-FOTO
Barış Mançonun atası vəfat etdi
Hulusi Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Media və kino pilotsuz aparatlara keçir
ABŞ-da iğtişaşlar başladı
- ŞƏRHLƏR