Qədimlərdən bəri insanlıq tarixində ən qorxunc qadın fiqurlarından biri. Bəlkə də ən təhlükəlisi. Onun şəkillərini hamınız çox yaxşı tanıyırsınız: saçının hər bir teli zəhərli ilanlardan ibarət olan və birbaşa gözünə baxan hər kəsi daşa çevirən qadın. İlk öncə bildirmək istəyirəm ki, Medusa yunan mifologiyasının məhsuludur və buna görə də ilk əvvəl onun məşhur əfsanəsini nəzərinizə çatdırmaq istəyirəm:
Rəvayətə görə, antik dəniz tanrısı Phorcys və dəniz ilahəsi olan Cetonun qızı Medusa o qədər gözəl idi ki, adanın bütün kişiləri ona aşiq olur və sahib ola bilmək üçün hər şeylərini verməyə hazır olurlar. Lakin Medusa Tanrılara yaxın ola bilmək üçün öz bəkarətini qoruyaraq Atenanın (yunan ədalət, güc, savaş və ağıl ilahəsi) məbədində xidmət etməyi seçir.
Günlər keçir, Medusanın gözəlliyinin səsi-sorağı artıq hər tərəfə yayılır və gözəl qadınların ovçusu olan dəniz tanrısı Poseidonu maraqlandırmağa başlayır. O, insan formasına girərək Atenanın məbədinə gedir və Medusanı görür. Tanrı olmağına baxmayaraq, heyvani hisslərini cilovlaya bilməyən Poseidon düz müqəddəs məbədin ortasında qızı zorlayır. Atena bu hadisəyə çox qəzəblənir. Bütün bunların hamısı Poseidonun günahı olmağına baxmayaraq, Atena Medusanı cəzalandırmağı seçir və onu gorgona, yəni ölü sifətində, qorxunc və səssiz bir canavara çevirir. Artıq Medusanın gözəl, ipək saçlarının yerində zəhərli ilanlar hərəkət edir və birbaşa gözünə baxdığı hər insan daşa çevrilir. Üstəlik, şəhərdə qalmağı təhlükəli olduğu üçün Atena onu kimsəsiz bir adaya göndərir. Amma Medusa orda tamamilə yalnız olmur, zaman keçdikcə onun başına sahib olmaq və silah kimi istifadə etmək üçün bir çox döyüşçülər həmin adaya gedib onu öldürməyə çalışır və nəticədə Medusanın ətrafına hər gün bir yeni daş heykəl əlavə olunur.
Nəhayət, baş tanrı Zeusun dünyəvi bir qadından olan oğlu Perseus böyüyür və tanrıların köməyi ilə güzgüdə əksinə baxaraq Medusanı tapır və onun başını kəsir. Ən sonda Perseus Medusanın başını köhnə evinə, Atenanın məbədinə aparır. Atena isə onun başını öz qalxanına bağlamaqla heç kimin məğlub edə bilməyəcəyi bir gücə sahib olur.
Bu mif idi, bəs bunun arxasında duran həqiqət nədir?
Susdurulmuş, hüquqları, həyatı əlindən alınmış, lakin daxilində bir baxışı ilə belə insanları daşa çevirməyi bacaran güclü bir qadın. Məncə, Medusanı anlamaq üçün onu cəzalandıran Atenanı araşdırmaq lazımdır. Atenanın anası Metis (müdriklik simvolu) lal idi. Buna görə də Atena öz səsini atasından alır. Qısacası Atenanın səsi patriarxizm tərəfindən əlindən alınır və qadın olmasına baxmayaraq, ona kişi səsi verilir. Beləliklə, Atena həmişə anasını, öz qadınlığını inkar edir və atasını, patriarxizmi qürurlandırmaq üçün yaşayırdı. Başqa sözlə desək, bir qadın cəmiyyət tərəfindən eşidilmək üçün kişi səsindən istifadə edir. Düşünürəm ki, Medusa Atenanın gizlədilmiş qadın tərəfi idi. Hətta bu tərəfindən o qədər qorxur ki, onu danışa bilməyən və kişiləri daşa çevirən bir canavar kimi düşünür. Lakin hekayənin sonunda öz qadın tərəfinə yenidən qovuşur və Medusanın başını öz qalxanına bağlamaqla, yaxud başqa sözlə desək, həyatının bir parçasına çevirməklə ikiqat daha güclü olur. Yəni bir qadın sadəcə medalyonun hər iki tərəfinə sahib olmaqla mükəmməl və güclü ola bilər.
Ziqmund Freyd “Medusanın başı” adlı məşhur əsərində bu mifoloji simvolu analiz etmişdir. O düşünür ki, Medusa əfsanəsi bir kişinin öz cinsi orqanlarının funksiyasını itirməsini, sonsuzluğu, yaxud kastrasiyanı təmsil edir. Freydə görə, Medusanın başı qadın cinsiyyət orqanının simvoludur və qeyd edir ki, anasından başqa qadın tanımamış bakir oğlan uşağı ilk dəfə cinsi əlaqədə olmağı düşündüyü an bir qadını, daha doğrusu, onun cinsiyyət orqanını görür, ona dəhşətli gəlir və homoseksuallığa can atır. Kişilərlə əlaqədə olan oğlan artıq mifdəki kimi “Medusaya baxdığı an daşa dönür”, ya da “Cinsiyyət orqanına baxdığı an sonsuz olur”, çünki bir kişi ilə əlaqədən heç vaxt çoxala bilmir. Beləliklə, Ziqmund Freyd nəzəriyyəsində fərqli bir forma alır.
Günümüzdə bəzi feministlərə görə, Medusa qadının əsəbini və üsyanını təmsil edir. Artıq sözlərin bitdiyi yerdə baxışlarını hərəkətə keçirən bu güclü qadın simvolu bəzi filosoflara görə nihilismi təmsil edir: heç bir mənası olmayan dünyanın gözlərinə birbaşa baxmağın verdiyi dəhşət.
Son olaraq qeyd etmək istəyirəm ki, hal-hazırda məşhur moda markası “Versace”, “Crooks and Castles” başda olmaqla bir çox restoran və şirkətlərin logosu kimi istifadə edilən Medusanın başı tarix boyu psixoloqların, filosofların və incəsənət xadimlərinin sevimli mövzusu olmuş, haqqında həddindən artıq fərqli fikirlər irəli sürülmüşdür. Ortaya çıxan bütün fikirlər insanları bu qədim mifi sadəcə bir əfsanə kimi dəyərləndirməyib, onu yaradan insan psixologiyasının dərinliklərinə enməyə vadar edir.
Sura Rzayeva
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
80 yaşlı kişiyə ərə gedən aktrisanın yeni paylaşımı
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
HAVA necə olacaq?-15 Oktyabr
Məsamələri necə təmizləməli?
Günümüzün xəstəliyi fibromiyalji sindromu
Paytaxt bazarlarında bahalığa səbəb nədir?
İlham Əliyevdən müharibə mesajı
Qar bu şəhəri “basdı”
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
"Ginnesin rekordlar kitabı"na iki rekord qeyd edildi
“WhatsApp"da YENİLİK!
Ermənistanda güclü zəlzələ oldu
Pomidor haqqında bilmədiklərimiz
Şəkər xəmirinin xeyrindən çox ziyanı var
Məşhur şəhərə Putinin adı veriləcək?
Təhsil nazirindən I siniflərlə bağlı VACİB XƏBƏR
"Hercai"nin ulduzuna görə təhlükəsizlik tədbirləri gücləndirildi
Şeyma Subaşı qəzəbləndi-FOTO
Ordumuzun döyüş hazırlığı yoxlandı
İranlıları yuxudan zəlzələ oyatdı
"Azəriqaz"dan qarlı hava şəraiti ilə bağlı açıqlama
İpotekada yeni şərtlər
Körpələrdə tərləmə
Bakıda yenidən zəlzələ gözlənilir?
İştahsız uşaq
Köz bibərli noxud salatı (foto-resept)
Damarları təmizləyən içki
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Şahzadənin sevinci ürəyində qaldı-FOTO
Əl işlərim
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
Dietoloqdan həzmi asanlaşdırmağın yolları
Gözəllik standartlarını dəyişdirən model - FOTO
TƏBİB: “Koronavirusdan sağalmış şəxsin təkrar test olunması tələb edilməməlidir”
DİN komendant saatı ilə bağlı xəbərdarlıq etdi
Ərdoğanın Gəncə səfəri təxirə düşdü
Yaşa görə göz xəstəlikləri
Mercedes-Benzin Bionik Avtomobili
Dünyanın gözlədiyi toya az qaldı - FOTO
On il müddətində sərt qış olacaq-XƏBƏRDARLIQ
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz tədbirləri açıqlandı
22879 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına pul verildi
Üzdəki tüklərdən xilas olmaq üçün 2 üsul
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Fransa prezidenti Türkiyədə ermənilərin təəssübünü çəkib
Dekabrda belə hava normaldırmı?
Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür
Oyunlardan nə qazanacağıq?
- ŞƏRHLƏR