Evdə,dibçəkdə limon ağacı saxlamaq istəsəniz, onun saxlanacaq bir şəraitin olması vacibdir. Ən əsas amil gün boyu günəşli olan bir yerin olmasıdır.
İşıq
Limon ağacı yaz-qış fərqi yoxdur, mümkün olduğu qədər çox işığa ehtiyac duyar. Yaz aylarında açıq havaya çıxarılan bitki daha möhkəm və sağlam olar. Bol meyvə verər. Havalar kifayət qədər isindikdə isə dibçəyi 1-2 həftəliyə yarım kölgədə saxlamaq lazımdır. Beləliklə çöl havasına tam öyrəşdikdən sonra,günün altına qoymaq olar. Havalar soyumağa başlayanda, bitki içəriyə qoyulmalıdır. Və cənuba baxan pəncərənin önündə yerləşdirməlidir.
İstilik
Limon üçün yayın isti, qış aylarında isə minimum 10 C dərəcə istiliyin olması ideal mühitdir.İstiıik onun inkişafı üçün vacibdir, amma sərinlik uzun bir meyvə dövrünün olması üçün çox faydalıdır. Qışda gecə-gündüz arasındakı istilik fərqləri və hava cərəyanı bitkiyə zərər verər. Yarpaqların saralmasına və tökülməsinə səbəb ola bilər. İstilik cihazlarından uzaq tutulsa daha yaxşı olar. Qışda həddindən artıq isti və quru mühit meyvələrinin tökülməsinə səbəb olar.
Torpaq-qida
Limon üçün ümumi istifadəyə uyğun hazırlanmış torf istifadə edilir. Bol çiçək və meyvə verə bilməsi üçün nizamlı olaraq ona qulluq edilməlidir.Çiçəkli və ya meyvəli bitkilər üçün hazırlanmış maye gübrə, istifadə edilməlidir. Gübrələmə yazda başlanır və yayın sonuna qədər davam edilir. Gübrə ayda bir verilməlidir. Və yaxud suyun 1/4 hissəsinə gübrə qarışdırıb, həftəlik suvarma suyuna qatmaq olar. Gübrə verərkən mütləq mütəxəssilərlə məsləhətləşmək lazımdır.
Suvarma
Limon yaz və yay fəsillərində nizamlı sulanar. İki suvarma arasında torpaq səthinin yüngülcə qurumasını gözləmək lazımdır. Sonra isə qabın altındakı dəliklərən axana qədər su tökülməlidir. Qış aylarında daha az su verilməlidir. Torpaq yumşaq olub, suyu yaxşı süzməlidir. Həddindən artıq suvarma çox zərərlidir.
Budama
Yazda ağacın ucları yüngülcə budanaraq forma verilir. Bitkinin boyu 1,5 metrdən çox uzanmamalıdır. Əgər ağaçın dibçəyini dəyişmək istəsəniz, bunu bir neçə ildən bir, yazda etmək lazımdır.
Limon ağacının zərərvericiləri
Yarpaq bitləri (aphid), qabıqlı və pambıqlı kəhrizlər (scale, mealybug) budaqlara yapışır, ağacın suyunu canına çəkər. Əmələ gətirdikləri yağışqan bitkinin xarab olmasına, yarpaqlarının tökülməsinə səbəb olar. Zərərvericilərlə mübarizə edilməsə bitki məhv ola bilər.
Zərərvericilərlərlə mübarizə üsulları
Böcəklər üçün kimyəvi mübarizə dərmanları vardır. Ancaq bunlardan evdə istifadə etmək bir az təhlükəlidir. Həmçinin bu dərman meyvəsinə də zərər verər. Evdə hazırlanan dərmanlardan istifadə etmək daha məqsədəuyğun olar. Əgər zərərvericinin sayı azdırsa, bıçağın ucu və ya möhkəm bir şeylə onları təmizləmək olar. Və ya pambıqlı bir çubuq spirtə batırılmalı və bununla böcəklər isladılaraq öldürülür.
Bitkinin daha pis vəziyyətlərində bitki uyğun bir yerə çıxarılır. Tam zərərvericilər təmizlənənə qədər mübarizə davam etdirilir. Bitki böcəklərdən təmizlənənə qədər həftədə bir dəfə bu təkrarlanır. Profilaktik tədbir kimi, tütün salınmış suya bir süngər batırılaraq bitkinin gövdələri və yarpaqları silinir.
XƏBƏR LENTİ
Hava haqqında
Yuxusuz körpələr
Leyla Əliyeva Şirvanşahlar Sarayında - FOTO
"7 qitənin gözəli" seçildi - FOTO
Dəhşət: əyyaş və pinti ana, acından ölən uşaq və zibilxana ev
İnqilablar bəzən gözəl olur
Məşhurların geyimlərini geyinən 6 yaşlı qız
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
İspanaqlı toyuq (foto resept)
Qoç bürcü üçün dekorasiya nümunələri
6 aya idmansız 27 kq arıqladı - Sirri - FOTO
Polşa prezidenti koronavirusa yoluxdu
İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı
Bu məktəblər bağlandı
İdmanın faydaları
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Gülşen oğlunu 75 minlik bağçaya qoydu-FOTO
Bu il Bakıda 124 nəfər məktəbin 12-ci sinifini bitirib
Şokoladlı keks (foto resept)
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Tarkanın AYRILIQ xəbəri yayıldı-FOTO
Dünyanın ən nazik noutbuku təqdim edildi
50 yaşlı qadın üçəm doğdu
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Bu qız Rusiya gözəli seçildi
Alban və erməni kilsələrinin əsas fərqləri açıqlandı - VİDEO
Kartof salatı (video-resept)
Bakı bulvarı ərazisində Wi-Fi şəbəkəsi işə salınacaq
Bu gün beynəlxalq Yer Günüdür
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Sürətli saç uzadan kök maskası
Gözəllik və cavanlıq vannaları
Messiyə nə olub?
Namaz qılan kiçik mələklər
Bosniya Azərbaycanla viza rejimini ləğv etdi
Ağ dişlər üçün ən sadə üsul
Üzdəki məsamələri sıxlaşdıran sabunlar
Sümük və oynaq ağrılarını aradan qaldıran üsullar
Kitabsevərlər "Mən necə oxumuşam"kitabını təqdim etdi!
Niyə kosmosda alkoqol qəbul etmək olmaz?
Şeymanın "Çağatay" kimliyi bəlli oldu-FOTO
Messi Ronaldonun dəvətini cavabsız qoymadı
Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
300 azərbaycanlı tələbəyə şad xəbər
Nazirlik “Arsak” qalmaqalına aydınlıq gətirdi
Baş nazirin müavini Uşaq Pulunun verilməsindən DANIŞDI
HTC Çində güclənmək istəyir
Məşhur teleaparıcı koronavirusdan yataraq sağaldı-Türkiyədə İLK
Ah kişilər kişilər!
Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR AÇIQLANDI
- ŞƏRHLƏR