İnsanı yaradan Tanrı kişini, daha sonra qadını xəlq etdi. Cənnət əhli olan Adəm və Həvva şeytana uyub, nəfsinə güc gələ bilməyən qadının ucbatından cəzalandırıldı. Yenidən əməli və ibadəti ilə cənnəti qazanmaq üçün bu fani dünya bizə verildi. Elə ilk şeytana aldanışdan sonra nəfs insana ən böyük düşmən kəsildi.
İnsanın səhv, haram əməlləri içində xəyanət ən çox yer tutur. Adətən insanlar bir çox pis əməlləri "kimsə bilməz" düşüncəsi ilə edirlər.
Çox qəribə də olsa insan Yaradanın onu hər yerdə gördüyünü dərk etmədən fani dünyada da günah etməkdən usanmır.
Xəyanət ilk olaraq şəxsin özünə qarşı ən böyük hörmətsizliyidir! Hansı formada olmasından aslı olmayaraq, istər dini, istər əqli şüurun zəifliyindən nişanədir, xain xoflu olar!
1. Kimi aldadırsan? İlk xəyanəti eləməmisizsə, demək özünüzü heç vaxt aldatmamısınız. Çünki xəyanətlə siz ilk özünüzü aldadır, özünüzə xəyanət edirsiniz.
2. Xəyanətin qarşılığı necə olmalıdır? Adətən biz bütün özümüzə qarşı olanlara cavab verməyə çalışırıq. Xəyanətə xəyanətlə cavab vermək tam absurd, yalnış düşüncədir. Xainlərin ilk cəzası aşkar və təcrid olunmalarıdır. Xainləri kimsə sevməz, onlardan ancaq istifadə edilər... Xəyanətin alibisi, bəraəti yoxdur!
3. Kişi xəyanəti - xəyanət edəndən sonra kişilik yalnız cinsin ifadəsi olur, əsl kişidən xain olmaz! Kişinin özünə, dosta, vətənə və ailəsinə xəyanəti, onun ləyaqətini tapdaq altına atmasıdır! Vətənə xəyanətdənsə ölüm, şəhidlik seçər əsl kişilər!
4. Qadın xəyanəti - qadınlar daha çox xəyanətə meyillidir. Kiçik xəyanətlərini adi əməl sayan qadınlar kişilərdən fərqli olaraq sirr saxlamaqda acizdir. Dosta xəyanət etməyə hər kişi cəsarət etməz. Etdiyi əməlin üstü açılmaqdan, ifşa olmaqdan kişilər çox ehtiyat edər! Amma rəfiqəsinə xəyanət edən qadınlar sanki arsız olur. İfşa olanda da utanmazlar. Hansı bəhanə olur-olsun, ailəli qadının xəyanəti əfv edilməzdir. Sonradan şantaj olunmaqla daha çox girdaba bulaşma ehtimalı var. Zina kişiləri də ləkələyər. Qadın zina etdisə, qadın deyil!
5. Xəyanətdən necə qorunmalı? Atalar sözüdür - "Hər kəslə çörək kəsmə, kəsdiyin çörəyi də tapdalama!" Bu gün mərdlik, iman çox nadir insanlarda qalıb. Dünya malına görə acgözlük baş alıb. Xəyanət isə kişilərdə ailəsinə qarşı zina formasında çoxalıb. Qadınlar isə niyyətdə zinakarlıq, rəfiqəyə qarşı xəyanətdə və sirr satmaqda öyrəncəli olub. Əlbəttə, qeyrətli qadınlar ismətli kişidən daha çoxdur. Hətta bir kişi deyəndə ki, zina xəyanəti etməmişəm, cinsəl problemi olduğundan şübhələnirlər.
Xəyanətdən uzaq olmağa özümüzdən başlamalıyıq.
Xəyanətə uğramamaq üçün etibar edəcəyimiz insanı seçməkdə səbirli olmalıyıq.
Sirri saxlaya bilmiriksə, sirr almamalıyıq ki, verməyək.
Sizə xəyanəti ən çox gözləmədiyiniz biri edə bilər! Küsəndə, dalaşanda barışıq yeri qoymalıyıq. Ən qorxulu düşmən keçmiş dost, rəfiqədir!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Rəngli corabları nə ilə geyməli?
Mayonez maskası
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Ədəbiyyata adı qızıl hərflərlə yazılan şairimiz
İşğaldan azad olunan torpaqlarımızda “həyat əlamətləri”: Yeni layihələrə start verildi
BÜRCLƏR bizə nə vəd edir? - 4 MAY
Dünyanın ən yağışlı yeri
Amerikanı nə öldürür?
Sarkisyan təyyarədə müsahibə verdi
Gəlinlərlə qaynanalar niyə yola getmir?
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
Bu gün Messinin 1 yaşı tamam oldu
16 tibb bacısı eyni anda hamilədir-FOTO
Can Yaman və Demet BARIŞDI-FOTO
"Zövq" tortu (foto resept)
Ərdoğan qalibdir, amma...
Dünyanın ən yaraşıqlı kişiləri: o vaxt və indi
Tuba İMİCİNİ DƏYİŞDİ-VİDEO/FOTO
Günün qoroskopu: Pozitiv olun!
Günün ulduz falı
Neyləyim? (Etiraf)
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
Brokolinin faydaları
Şumaxer komadan ayıldı
Gün ərzində enerjili olmaq üçün sadə vərdişlər
Bülent Ersoy 30 dəqiqədə 30 min xərclədi
Hazır qidaların zərərləri
Pəncərə kənarındakı möcüzə-Kalanxoe-2
Yaşlıları yalnız buraxmayın!
İranda dərman böhranı hələ də davam edir
Ən balaca evlər
Kristina Bazan
İsrail 74 məscidi viran qoydu
Ən Məyus Edici Xəbər...
Güzgülü evlər
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Avropa geri çəkildi
Məhərrəm ayında saça rəng qoymaq, saç kəsdirmək, kosmetikadan istifadə etmək olarmı?
Ət soyutması (foto resept)
Leşkər qalaçası"nda arxeoloji qazıntılar öz nəticəsini verib
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda nevroloji patologiyalar artıb
Kişilər hansı makiyaji sevir?
Keti Perrinin çəkiliş vaxtı ürəyi getdi-FOTO
Tələbələr məşhur tablo kostyumlarında
Mart ayının qalibləri!
Rusiyanın NTV telekanalının Türkiyədə tutulan jurnalistləri casusluqda ittiham oluna bilər
Can Yamanın yeni serialı bəlli oldu-FOTO
İmtahan verəcək şagirdlərin nəzərinə!
Qadınlara da hərbi bilet veriləcək
- ŞƏRHLƏR