Nikaha daxil olma insan həyatında ən mühüm və yadda qalan mərhələdir. Gənclərə “Nikahın bağlanması haqqında” şəhadətnamə təqdim edilir. Hər iki ailənin və gənclərin razılığı ilə toy günü müəyyənləşdirilir. Nəhayət, qız “Vağzalı” oyun havasının sədaları altında gəlin köçür, yeni həyat başlanır.
Hər bir adam normal cinsi həyat sürmək üçün məhz ailədə imkan tapır. Bu, onun vəziyyətinə, ovqatına, hiss və duyğularına, işə, cəmiyyətə, qohum və qonşulara, ünsiyyətdə olduğu digər adamlara münasibətinə əsaslı təsir göstərir.
Artıq qohumluq əlaqələri xeyli genişlənir. Bu, gənc ər-arvadın valideynlərinə, onların övladlarına və yaxud adamlarına eyni dərəcədə hörmət, qayğı və nəzakətli münasibət göstərilməsini tələb edir.
Ailə həyatının ilk illərində gənc ər və arvadın qarşısına çıxan çətinliklərdən biri uyğunlaşmaq dövrüdür. Ərin, arvadın maraqlarına, mənafelərinə, əyləncələrinə, xüsusiyyətlərinə və hətta qəribəliklərinə uyğunlaşmaq bəzən hövsələ, dözüm istəyir. Axı, onların hərəsi bir ailədə böyüyüb, tərbiyə almışlar. İnsanlara, hadisələrə, əşyalara, ümumiyyətlə, mikromühitə müxtəlif cür yanaşırlar. Hətta birini kədərləndirən, şadlandıran hadisə digərinə adi hal kimi görünür.
Psixoloqlar göstərirlər ki, nikahda iki “mən”in qarşılıqlı mübarizəsi və psixoloji uyğunlaşması on il müddətinə davam edə bilir. Ona görə də “Xasiyyətimiz tutmur”, “Yola getmirik” iddiaları ilə ərizə yazıb məhkəməyə müraciət etməkdə tələsmək heç kimə məsləhət görülmür.
Gənc ər-arvad bir-birilərinin təhsil və ixtisasının artırılması arzusuna da qayğı ilə yanaşmalıdır. Ər artıq ali təhsili başa vurmuşdur. Arvad isə təhsil almaq, ixtisasını artırmaq istəyir, hətta elmi işə qoşulmaq fikrindədir. Bəzən elə hallar olur ki, məsələn, nişanlı olarkən atası öz qızını oxutdurmaq istədiyindən toyu yubadır. Oğlan evi onları arxayın salır ki, evlənsinlər, qızı özləri oxudacaqlar. Yeni qurulmuş ailədə bu kimi məsələlər təzədən baş qaldırır. Arvadın təhsil almaq arzusu, bir yandan da gənc ailənin problemləri, məişət qayğıları.
Gənc ailədə, ola bilsin, ilk günlər müstəqil ailə həyatını təşkil etmək çətinlik törətsin. Belə vəziyyətdə bunlar gənc ər-arvadı darıxdırmamalı, hövsələdən çıxarmamalıdır. Başa düşməlidirlər ki, səbirsizlik, yerli-yersiz bir-birini acılamaq heç də mövcud vəziyyətdən çıxış yolu tapmaq deyildir. Bu, yalnız münasibətləri korlayar. Başlıca məsələ qarşılıqlı anlaşmadır. Ər-arvad bir-birinin marağına, zövqünə, adətlərinə hörmət etməli, şəxsi xüsusiyyətlərinə qarşı diqqətli olmalıdır. Çətinlik müvəqqətidir, qəlb inciyəndə onu ovundurmaq lazımdır, könül sındırmaq nəyə gərəkdir?
Nikahın ilk günlərində bir çox hallarda ər-arvad bu və ya digər məsələnin həllində bir-birinə güzəştə getmək istəmirlər. “Mənlik” iddiası, özünütəsdiq, öz sözünü yeritmək hikkəsi buna mane olur. Onlar mübahisə edir, qışqırıq salır, əsəbləri gərginləşir, lakin nə kişi, nə də qadın (göz yaşı töksə də) özünü sındırmaq istəmir. “Mən də varam” mövqeyində durur. Halbuki, bir xoş söz, incə zarafat, həlim nəvaziş... əsəb gərginliyinin qarşısını alır.
XƏBƏR LENTİ
Bu şəxslərin əməkhaqqı artırıldı
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Kompüterin zərərlərindən qorunmağın yolları
Rus dili - Р’
Ən gözəl qış ətirləri
Maşını olmayan bakılılara xoş xəbər
Prezident sərəncam verdi
101 il gözlənilən körpə
Qırmızı düyülü salat (foto resept)
Təbii maskalar
Təravətləndirici maska
Beyazdan “O səs Türkiyə” açıqlaması
Dünyada koronavirusa yoluxanların sayı 55 milyonu keçdi
2016-cı ilin 7 texnoloji trendi
Cansu da ekranlara qayıdır
Siçan ili kimin üzünə GÜLƏCƏK?
Krediti olanlara qoyulan məhdudiyyət aradan götürülür
Çillərə qarşı maska reseptləri
Qanlı döyüşlərdə ordumuz 3 şəhid verdi
Hörmə saç modeli
Emine Yayoviç diqqət çəkdi
Qəribə, bəlkə də absurd Mini
Edis 1 milyon ödəməlidir-SƏBƏB
Hazırlıq qrupları bütün ali məktəblərdə yaradılacaq?
Kokos suyu sağlamlığın unikal iksiridir
Hadise Qadınlara Səsləndi-FOTO
Günəş ləkələri üçün qatıq və cəfəri maskası
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
3 aya 24 kiloqram arıqladan qarışım
Diletta Leotta yeni şəkli ilə diqqət çəkdi
Ermənilər Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub - RƏSMİ
Yağlı boya tabloları
Natalia Oreiro Rusiyada -VİDEO
Toxunma hissini gücləndirən əlcək
Yaponiyanın ən uzun müddətli Baş naziri
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Buta
Sarıkökün faydaları
Mesajını düzgün yolla,Mələklər təəcüblənməsin
Paris moda həftəsi küçə stilləri
Koronavirusa görə günəbaxan tumu çırtlamaq qadağan olundu
Madonna yeni şəkillərini paylaşdı - FOTO
Azərbaycan hərbçiləri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər
Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI
Fərqli çığırtma (foto resept)
Günün ulduz falı
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
Uşaq bir yerdə oturmazsa...
Möhtəşəm üzük modelləri
Qadınlarla alış-veriş
- ŞƏRHLƏR