Əziz istifadəçilərimiz, gəlin maraqlı, əyləncəli bir test edək. Görək kim öz şəxsi xarakteristikasını bilir. Bilməyənlər isə buyurun, gözəl bir şəkildə öyrənə bilər.
Qeyd edim ki, bu tip psixoloji testlər bir çox insanın üzərində yoxlanandan sonra ictimailəşdirilir. Yəni ola bilər ki, yazılan xarakteristikaların içində hansısa cümlədəki məlumat sizin xasiyyətinizlə üst-üstə düşməsin. Buna görə narahat olmayın.
Yuxarıdakı şəkillərə diqqətlə baxın. Şəkillərdən hansı sizin üçün daha cəlbedicidir? Daha yaxşı olar ki, şəkillərdən yalnız birini seçəsiniz. Həmin rəqəmə uyğun olan xarakteristikalar əvvəlcə şərhlərdə yazılacaq, daha sonra isə xəbərə yerləşdiriləcək.
Cavablar
1. Qayğısız, düşüncəsiz, şən
Siz azad həyatı sevirsiniz. Həyatın hər anını zövq alaraq, dolu-dolu yaşamaq istəyirsiniz. Siz, "İnsan dünyaya yalnız bir dəfə gəlir" devizi ilə yaşayırsınız. Siz hər işə qarışan, hər şeyi bilmək istəyən, bütün yeniliklərə aşıq olan və hər zaman dəyişiklik edə biləcək bir insansınız. Siz azad yaşamağı sevir və sizə kiminsə göstəriş verməyinə nifrət edirsiniz. Çərçivələnmiş həyat sizə görə deyil və sizə kiminsə göstəriş verməsi sizi əsəbiləşdirir.
2. Romantik, xəyalpərəst, emosional
Siz çox həssas insansınız. Hadisələrə müxtəlif cəhətdən baxırsınız. Sizin üçün həyatda ən önəmli şey ürəyinizin səsinə qulaq asmaqdır. Siz xəyal edərək ruhlanırsınız. Siz hər şeydə səmərəli olmağı seçib romantikaya nifrət edən, romantikanı sevməyən insanları başa düşmürsünüz. Sizin əhvalınızın və emosiyalarınızın rəngarəngliyi sərhəd tanımır.
3. Sülhpərəst, təmkinli, aqressiyasız
Siz qayğısız, amma çox ehtiyatlı insansınız. Asanlıqla dost əldə edə bilirsiniz. Öz azadlığınızdan həzz alırsınız. Siz arada hər kəsdən uzaqlaşıb, tək qalaraq, həyatın mənası barədə düşünməyi və hisslərinizi qaydaya qoymağı sevirsiniz. Sizə hər kəsdən uzaqda, tək qala biləcəyiniz bir məkan lazımdır. Ancaq siz heç də yalnız insan deyilsiniz. Siz öz həyatınızla, özünüzlə, eləcə də ətrafdakılarla sülh şəraitində yaşayırsınız və həyatın sizə verdiyi hər bir şeyə böyük dəyər verirsiniz.
4. Uyğunlaşa bilən, balanslı, harmonik
Siz təbiiliyi sevir və sadə əşyalara üstünlük verirsiniz. Ətrafınızdakılar əzminizə görə sizinlə fəxr edirlər. Bəzən insanlar özlərini sizdən asılı hiss edirlər. Çünki sizin yanınızda onlar özlərini qorunma altında hiss edirlər. Sizin insanpərvərliyiniz ətrafdakı insanların sizi xoş münasibətlə qarşılamağına gətirib çıxarır. Siz bayağı və mənasız olan hər şeyi rədd edirsiniz. Dəbə münasibətinz pis deyil, amma sizin üçün geyim səliqəli, rahat və sadə olmalıdır.
5. Azad, sərhədsiz, qeyri-adi
Siz azadlığı və insanlara bağlanmamağı daha üstün hesab edirsiniz. Ona görə də heç vaxt öz məqsədinizdən kənara çıxmırsınız. Dincəlməyi də işləməyi də yaradıcılıgı da balanslaşdıra bilirsiniz. Siz azadlığa o qədər çox önəm verirsiniz ki, bəzən ətrafdakıların sizdən gözlədiyi rəftarın tamamilə əksinə hərəkət edirsiniz. Siz axının əksinə üzməli olsanız da heç vaxt öz fikrinzi və prinsiplərinizi dəyişmirsiniz.
6. İntrospektiv, həssas, dalğın
Siz hər zaman özünüzlə və ətrafdakılarla konflikt içində olursunuz. Siz yüngüllüyü sevmirsiniz. Kiminləsə sıradan adi söhbət etməkdənsə tək qalmaq sizin üçün daha önəmlidir. Sizin dostlarınızla münasibətiniz əbədi və sarsılmazdır və bu da sizin daxili aləminizin harmoniyasını, ehtiyac duyduğunuz daxili rahatlığı, sakitliyi qoruyub saxlamağa kömək edir. Siz uzun müddət yalnız qala bilərsiniz. Çünki siz çox nadir hallarda darıxırsınız.
7. Canlı, aktiv, uğur qazanmağı sevən
Siz hər zaman rahatlıqla risk edə bilirsiniz. Rutin həyat sizə görə deyil və siz tez-tez fikrinizi dəyişib daha fəal həyat tərzi sürə bilirsiniz. Siz diqqət mərkəzində olmağı sevirsiniz. Siz yüksək "mən"ə (eqo) sahibsiniz. Əlinizi hansı işə qoysanız onu uğurla başa vura bilirsiniz. Çünki siz əl atdığınız hər bir işə canınızı qoyur və yorulmadan onu başa çatdırmağa çalışırsınız.
8. Professional, praqmatik, özünəinamlı
Siz həyatınızın məsuliyyətini başa düşür və onu öz üzərinizə götürürsünüz. Siz həyat və uğur məfhumlarına kritik yanaşırsınız və hər bir problemi tərəddüd etmədən həll edirsiniz. Sizə hər zaman ən çətin işləri tapşırırlar, çünki hər kəs bilir ki, sizə güvənmək olar. Siz özünüzə və öz gücünüzə daim inanırsınız. Siz öz məqsədinizə çatmamış əl çəkən və dincələn deyilsiniz.
9. Analitik, güvənli, inamlı
Siz uzunömürlü və keyfiyyətli olan hər şeyə yüksək dəyər verirsiniz. Siz yaradıcı insansınız və ətrafınızdakılar da sizə bənzəyir. Mədəniyyət sizin həyatınızda çox önəmli rol oynayır. Siz öz xüsusi stilinizə sadiqsiniz. Sizin sözlərinizdə xüsusilik var. Öz bacarıqlarınız və sərgüzəştləriniz barədə heyrətamiz təsəvvür yarada bilirsiniz. Həyatdan zövq almağa öyrəşmisiniz və insanların sizin haqqınızda düşündüklərinə laqeyd deyilsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evin kimyəvi havasını təmizləyən bitkilər
Loğmanın öz oğluna tövsiyələri
Gecə lampaları
Niyə qocalmaq istəmirik...
ATƏT yenə narahatdır
6 ayda 7 minədək boşanma - STATİSTİKA
Süni günəş vannaları tabutunuz ola bilər
Ukrayna-Aİ arasında vizasız rejim başlandı
Yumurtanı suda yuyaraq istifadə edənlərin DİQQƏTİNƏ
İlham Əliyev bir qrup hərbçini “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdi
Xoşbəxt uşaq böyütməyin 3 yolu
Ramazanda qidalanmamız lazım olan 7 qida
Xolesterinin yüksək olduğu göstərən hallar
Tom Hanks və yoldaşı koronavirusa yoluxdu
Türkiyədə sərhəd dəyişdi
Vitaminlərin sirləri(2)
Günün ulduz falı
Yataq otağına hansı bitkiləri qoymalı?
"Doğulanlar çoxalıb, uşaq bağçaları çatmır"
Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"
Mehmet Ali Erbil səhhətindən danışdı
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü
Kəskin soyuqlara cəld reaksiya
Sərinlənmək üçün soyuq su içməyin!
Superlüks Lexus LX 570
FİFA ilin komandasını seçir
Sabah qar yağacaq
Evlərə görə vergi dəyişdi
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma - FOTO
Ərəb makiyajı
İçi doldurulmuş pomidor (foto resept)
Buzda sürüşməmək üçün məsləhətlər
Bitcoinlar hakerləri fəallaşdırıb
İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər
Peyvənd necə təsir edir və təhlükəsizdirmi?
Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!
Evdə heyvan saxlamağın 6 faydası
Qeyri-adi göbələk aşkar edilib
"Altılıq" Cenevrəyə toplaşır
Dadlı badımcan ikrası (foto resept)
Antonio Banderas Şah İsmayıl oldu
Satışa çıxarılan Harry Potter evi: De Vere House
Maradona xəstəxanaya yerləşdirildi
Ermənilərə dərs
Seksin səkkiz möcüzəsi
Ağalarov nikah evi açdı - FOTO
Gəmi NƏHƏNG canlı ilə toqquşdu-FOTO
Ağ südün qara üzü
78 ildir yemir və içmir
Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO
- ŞƏRHLƏR