Görüşdüyün insanla ilk görüş son olmasın deyə nə etmək lazımdır? Onun diqqətini necə cəlb edə bilərsən? Onun üçün maraqlı ola bilərsənmi?
İlk görüşün uğurlu olması üçün psixoloq Qadın.Net-li xanımlarımızla bəzi sirləri bölüşəcək.
Əyləncəli verilişlərin birində belə bir süjet hazırlanmışdır ki, qadınla kişi bir-birinə özləri üçün önəmli olan 3 sual verməlidirlər.
Kişi: Hansı mətbəxi daha çox xoşlayırsan? Hansı bürcdənsən? Hansı gülləri xoşlayırsan?
Qadın: Bankda nə qədər pulun var? Avtomobilinin markası nədir? Mənzilin şəhərin harasında yerləşir?
Əslində belədir. Bəzi qadınlar ilk görüşdə romantik qadındansa, bankda kredit şöbəsində işləyən, kişiyə kreditə pul verməyə hazırlaşan mütəxəssisə bənzəyirlər.
Münasibətlərə bu yöndən yanaşmaq kişini fikrindən geri dönməyə vadar edir!
Psixoloji tədqiqatlara əsasən, insanla söhbətin ilk dəqiqəsində onun haqqında müəyyən fikir formalaşır. Söhbətin davamında sənin həmin insanla bağlı fikrin ya təsdiq, ya da təkzib olunur.
Xoşlandığımız insanla bir neçə dəqiqə sonra görüşümüzün axırıncı deyil, axarıncı olması üçün nə etməliyik?
Adətən, bizim özümüz kimi düşünən insanlardan xoşumuz gəlir, belə insanlarla yola getmək də asandır. Onda belə çıxır ki, xoşumuza gələn insanın da bizi bəyənməsi üçün gərək biz də ona bənzəyək. Yəni fikirlərimiz üst-üstə düşsün. Amma bu o demək deyil ki, onun hər sözündən sonra "Doğrudur, tamamilə razıyam, mən də elə düşünürəm" deməliyik! Onunla adi qaydada söhbət edib, onunla həmfikir olduğunuzu bilməniz yetər. Lakin əksinə, fərqli olduğunuzu görsəniz, üzülməyin! Sizinlə fikirləri müxtəlif olan insan nəyinizə gərək? Maraqlarınız müxtəlifdirsə, söhbətləriniz də bir-biriniz üçün çox maraqsız olacaqdır.
Gəlin insanı tanımaq, nə qədər uyğun olduğumuzu bilmək üçün bəzi məqamlara diqqət yetirək.
Danışacağımız mövzunu seçək:
Gələcək münasibətlərin davamlı olması üçün danışacağımız mövzu çox önəmlidir. Çünki bu mövzunun sayəsində onun üçün nə qədər maraqlı olub-olmayacağınız müəyyənləşəcəkdir. Lakin unutmayın ki, ancaq öz maraqlarınızı düşünməməlisiniz.
Onun dəyər verdikləri:
Qarşınızdakı insanın nəyə daha çox dəyər verdiyini, inandığını bilsəniz, onun üçün çox maraqlı olacaqsınız. O, heyvanları qorumaq, insanlara kömək etmək, xeyriyyə işləri ilə məşğul olmaq və bu kimi digər şeylərə dəyər verə bilər. Onun üçün daha nələrin önəmli olduğunu öyrənməyə çalışın.
Onun dəyər verdiyi şeylər arasında sizin də eyniliyiniz varsa, bir az da öz maraqlarınız haqda danışa bilərsiniz.
Misal üçün, o idman etməyi sevirsə, siz də idmana olan marağınızdan danışa bilərsiniz.
Söhbəti canlandırın.
İlk görüşdə bir-birinizi yaxşı tanımadığınıza görə sıxıla bilərsiniz. Bu zaman sükutun çökməsinə yol verməyin. Söhbəti canlandırmağı bacarın. Verdiyiniz sualların cavabının ardınca “Niyə?”, “Nə üçün?”, “Nə vaxt?” kimi söhbəti davam etdirəcək suallar verə bilərsiniz (Əgər o, öz işi haqda danışırsa, siz ona niyə bu peşəni seçdiyi barədə sual versəniz, söhbətiniz davam edəcək, lakin siz ona "İşini sevirsən?" sualını versəniz, cavabında qısa “Hə” və ya “Yox” cavabını alıb, söhbəti bitirəcəksiniz).
Dinləməyi bacarın.
Qarşınızdakı insan öz hisslərini açıq büruzə verirsə, sizin qapalı olmanız onun xoşuna gəlməyə bilər. Bunun üçün onun hər etdiyini deyil, onunla oxşar olan hisslərinizi büruzə verə bilərsiniz. Lakin bunu eyni vaxtda deyil, onu dinlədikdən sonra edə bilərsiniz. Sözünü kəsmədən, diqqətlə dinlədiyiniz insanı daha yaxşı tanıya bilərsiniz. Təkrar. Onun son dediyi sözü təkrarən sual kimi işlədə bilərsiniz. Misal üçün: “Deməli, sən belə hesab edirsən ki, qadın işləməməlidir?” Söhbəti aydınlaşdırmağı bacarın. Hər hansı bir sözü nə mənada işlətdiyini aydınlaşdırın. Misal üçün “Sən ...... bunu nəzərdə tuturdun?” “Sən ...... bunu deyirdin?” kimi suallar verə bilərsiniz. Müqayisə Onun özü haqda yalnış bildiyi hər hansı fikri müqayisə edərək düzgün olduğunu desəniz, onun üçün daha da maraqlı olacaqsınız. Misal üçün, o, çox pis maşın sürdüyünü deyirsə, siz ona “Sən yolları çox yaxşı tanıyırsan, avtomobili yaxşı yerdə saxlaya bilirsən, bir az da diqqətli sürsən, əla sürücüsən” - deyə bilərsiniz. Bütün bunları nəzərə alsanız, söhbətiniz daha maraqlı və davamlı olacaqdır. Həqiqətən də uyğun olub-olmadığınızı hiss edib, rahat və sərbəst ola biləcəksiniz. Görüşdüyünüz insanı nəzərə alaraq öz maraq və istəklərinizdən danışsanız, siz həqiqətən də həmin insanın yaddaşında dünyanın ən maraqlı və məlahətli qadını olaraq qalacaqsınız.
XƏBƏR LENTİ
Bu rəsm əsərinin ilkin qiyməti 120 milyon dollardır - FOTOLAR
Yay Geyimləri
Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 xəstələri barədə cinayət işi başlanıldı
Göz deyil, rəsm əsəridir
İlham Əliyev bir qrup şəxsi təltif etdi - ADLAR
2019 Çanta Dəbi
Türkiyə Avropaya şərt qoydu
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - XƏBƏRDARLIQ
Qısqanc kişi ilə nə etməli!?
Tanınmış aktrisa xəstəxanalıq oldu-SƏBƏB
Bayramlar gəlir: neçə gün evdəyik?
İrem Dericidən Qalmaqallı Sözlər:"Həyatımdakı bütün kişilər...."
Pyer Rişarın 85 yaş müsahibəsi
Rəngarəng qablar
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
XİNGAL (foto resept)
Ətirlər haqqında məlumat(1)
Avstraliyada qəribə görüntü: şəlalənin suyu aşağıdan yuxarı axır - VİDEO
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Hava şarı yanaraq yerə düşdü
ABŞ "11 sentyabr"ı 4 milyardla dəyişdi
Həftə sonunun HAVAsı
Dəbli, yarım boğazlı çəkmələr
İlaxır çərşənbəyə aid el adətləri
Bakı metrosunda pulsuz internet?
Putin buz üstündə yıxıldı-FOTO
Azərbaycanda 3 gün İŞ OLMAYACAQ
Derya Tuna Tatlısəsin evliliyindən danışdı
Rəsul Çunayev planetin ən güclüsü seçildi
Əli Əsədovdan yeni TƏYİNAT
Süd sudan ucuzdur
ABŞ-da 3G şəbəkəsi dayandırılır
“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA
Dərini ölü hüceyrələrdən təmizləyən maskalar
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
AZAL uçuşlarda endirim etdi
Ayaqların kökdürsə
İlham Əliyev səfiri geri çağırdı: Yeni vəzifə verdi - SƏRƏNCAM
Kişilər aşiq olarsa
Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlandı
Milli komandamız Qazaxıstana qarşı
Merve Bolğur paylaşımı ilə diqqət çəkdi-FOTO
Putinin Qarabağ səyləri
Son günlər sürətlə yayılan virusdan necə qorunmalı?
Badamın inanılmaz faydaları
Dırnaqlara boya cəkilməsi qaydası
Riyazi məntiq - 7
Kraliçanın əri görünüşü ilə hər kəsi qorxudur-FOTO
Ömrünüzü kəsənləri niyə bu qədər sevirsiniz?
Ən çox bu avtomobillər oğurlanır
- ŞƏRHLƏR