İnsanlar arasında yayılan qrip xəstəliyinin mövcud vəziyyəti və qarşısını alma yolları barədə danışan həkim-terapevt Nahid Məhərrəmov Az nevs.Az-a açıqlamasında deyib ki, bu virusun qarşısını almaq üçün çoxlu maye qəbul etmək lazımdır: "İnsanları maarifləndirmək lazımdır ki, daha çox maye qəbul edib soyuqdan qorunsunlar. Virus olan yerlərdə maskalardan, yəni ağız qoruyucularından istifadə edilməlidir. İnsanlar adətən qapalı yerlərdən uzaq olmalıdırlar. Tez-tez otaqlarının havasını dəyişməlidirlər. Əsasən də idman etmək lazımdır. Əgər temperatur yüksək olursa, o zaman həkimə müraciət etmək lazımdır. Adətən virusa yoluxa biləcək bir insanın temperatoru 37 dərəcədən yuxarı olur, hətta 39 dərəcəyə qədər yüksəlir. Amma temperatur 38,5 dərəcə olduğu zaman onu sala biləcək dərmanlardan istifadə olunmalıdır. Ondan sonra ən azı 3-4 gün gözləmək lazımdır. Əgər bu müddət ərzində tənəffüs yollarında iltihab prosesi gedirsə və ya bronxit varsa, bakterial mənşəli müalicə aparılır. Həmin müalicədən sonra insan əvvəlki vəziyyətinə qayıdaraq özünü daha yaxşı hiss edir. Amma istənilən halda insanları maarifləndirmək lazımdır ki, gün ərzində 3-4 litrə qədər isti maye qəbul etsinlər. Bu hər kəsə məsləhət olunmalıdır".Nahid Məhərrəmov qeyd edib ki, bu cür qrip virusuna yoluxan zaman insanlar evdən çölə çıxmamalıdırlar: "Daha çox C vitamini tərkibli meyvələrdən daha çox istifadə olunmalıdır. Məsələn, portağal, limon və s. bu tip meyvələr yeyilməlidir. Əlbəttə ki, təzyiqi aşağı olan insanlara bu məsləhət olunmur. Qrip olmuş şəxs mütləq maska taxmalıdır. Çünki virus birbaşa ağız yolu ilə havadan yoluxur. Əgər virus olduğu təsdiqlənibsə, temperaturu yüksəkdirsə, istənilən halda həmin şəxs soyuq hava kütləsinə çıxmamalıdır. Amma otağın havasını dəyişə bilər. Qapalı şəraitdə havanı tez-tez dəyişmək lazımdır ki, həmin yerdə ola biləcək virus çölə çıxsın. Amma xəstə olan insanın ictimai nəqliyyatdan istifadə etməməsi məsləhət görülür. Ən azından 3-4 gün evdə olmalıdır. Çünki adətən o insanlara yataq rejimi seçilir. Problemlər səngiyirsə, xəstə əvvəlki vəziyyətinə qayıdıb sağalırsa, o zaman işinə davam edə bilər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Toy çantaları
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
Nazirlik məktəblinin “ağır yükü”nə çarə tapdı
Göbələk içlikli lavaş(foto resept)
Göz linzaları kor edə bilər
11 Yaşlı Alimdən İnanılmaz Sözlər-FOTO
Yutub fenomeni rəzil oldu - FOTO
Botoks təsirli təbii maskalar
Zeze__cards - 2
Cüt səyahətin maraqlı tərəfi
"Uçan boşqab"ı çəkdi
Evdə boş yerləri dəyərləndirin
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Yasəmən gülü və faydaları
Ev dekorasiyası haqda fikirlər
Hikmətli sözlər
Gələn həftədən Bakıda küçə reklamları ilə bağlı monitorinqlərə başlanacaq
Nəyə görə barmaqlarımız şaqqıldayır?
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Məşhur futbolçunun FOTOsu QALMAQAL yaratdı
Roma barədə şok xəbər
Monika Belluçi yeni imicdə heyran etdi-FOTO
"Yeşilçam" ulduzu yenidən xəstəxanaya yerləşdirildi - FOTO
Hərbçilərimiz Ağdamda minaya düşdü: Həlak olan var - RƏSMİ
Xocalı dünyanın ən böyük məscidlərindən birində
Ağ-qara illüstrasiyalar
Limonlu kakaolu keks (foto resept)
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Gözəllik içkiləri
Kremli çörək
"Telegram"ın işində qüsurlar yarandı - Azərbaycanda
Neqativ düşüncənin orqanizmə təsiri
İşsizlik sığortası haqqında qanun layihəsi hazırdır
Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi
Fendidən romantik ayaqqabı və çantalar(2010)
Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz
Maska taxarkən yol verilən 5 səhv
İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı XƏBƏRDARLIQ
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Ramazan ayının 19-cu gününün imsak və iftar vaxtları
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
Qarğıdalı unu maskası ilə 3 problemin həlli
Çimərlik çantaları
Xəzərdə zəlzələ oldu
Dərini 10 yaş cavanlaşdıran üsul
Öz səsimizi niyə bəyənmirik?
İrem Derici artıq çəkilərini belə gizlətdi-FOTO
Kimə inanaq?
Ronaldo kilsəyə tez-tez getməsinin səbəbini dedi
- ŞƏRHLƏR