Cütlüklərin başını ən çox dərdə salan mövzu qaynana və qaynatayla olan münasibətlərdir. Bu problem bir çox evliliyin bitməsinə, sevgililərin ayrılmasına səbəb olmuşdur. Amma əsla ümidsizliyə qapılmayın! Çünki sevgilinin və ya yoldaşının ana və ya atasının səni sevməməsi dünyanın sonu deyil! Və istəsən bu vəziyyətdən çıxa bilərsən! Məhz bununla bacarmağınız üçün sizə bir neçə təklifimiz var:
Vəziyyəti qəbul et
Sevgilinin və ya yoldaşının ailəsinin səni sevməməsi həqiqətən çox çətin və narahat edən vəziyyətdir. Amma unutma, kimsəyə zorla özünü sevdirə bilməzsən. Səni olduğun kimi görmələri üçün çalışa, amma bacara bilməsən, unutma ki, bu, sənin günahın deyil. Çünki bəzi hallarda sən nə edirsən et, səni sevməmə ehtimalları ola bilər. Bu vəziyyət sənin necə bir insan olduğunla deyil, onların yeganə balasını əllərindən aldığını sanmalarıyla əlaqədar ola bilər. Bəzi ailələr uşaqlarına kral ailəsindən bir namizədi belə yaraşdıra bilmirlər, nə etsən də onlar qane olmayacaq. Ona görə də ən yaxşısı bu vəziyyəti bir an əvvəl qəbul et və problemin səndə olmadığını bil!
Əlbəttə ki, biriylə bərabərsinizsə, əlbəttə ki, ailəsiylə yaxşı dolanmaq əhəmiyyətlidir. Amma yuxularını qaçıracaq və ya sevgilindən imtina etməyi düşünəcək qədər də deyil! Əgər birlikdə olduğun adam səni özünə həyat yoldaşı seçibsə, səni sevir və sənə hörmət edirsə, əhəmiyyətli olan budur!
Yoldaşının bu məsələni həll etməsinə icazə ver
Sevgilinin və ya yoldaşının ailəsi səni sevmirsə, qoy səni onlara sevgilin sevdirsin. Sənin necə biri olduğunu öz dilinlə deməkdənsə, sevgilinin izah etməsi daha çox təsirli olacaq. Beləcə, həm onun səni niyə və nə qədər çox sevdiyini görəcəklər, həm də sənə bir şans verəcəklər. Sənin bu vəziyyəti sevgilinə necə əks etdirdiyin əhəmiyyətlidir. Səs-küy salaraq başının ətini yeməkdənsə, ona bu vəziyyətin səni nə qədər üzdüyünü səmimiliklə izah etməyi sınaqdan keçir!
Vəziyyətlə üzləş
Sevgilinin ailəsiylə sakitcə söhbət et. Onlara oğlullarını nə qədər sevdiyini, birlikdə nə qədər xoşbəxt olduğunuzu izah et. Onları öz ailən kimi gördüyünü və sevgilərini qazanmaq üçün əlindən gələni edəcəyini deyib onlardan şans istə. Bu vəziyyətin ailə həyatınızın xoşbəxtliyi və sakitliyi üçün nə qədər əhəmiyyətli olduğunu onlara hiss etdir. Bəzi hallarda onları səhv anlayan sən ola bilərsən. Qoy öz hisslərini açıqlaya bilsinlər. Bəzi hallarda da sənin onları sevmədiyini düşündükləri üçün sənə pis yanaşmış ola bilərlər. Bunun doğru olmadığını eşitmək onlara yaxşı təsir edə bilər.
Nəzakətli və hörmətli ol
Unutma ki, iki səhv əsla bir doğru etməz! Əgər onlar sənə pis davranırsa, bu, sənin də onlara pis davrana biləcəyin mənasını verməz. Hər zaman güvənini qoru. Nə olursa-olsun, onlar sənin böyüklərindir. Və onlara göstərəcəyin ən kiçik bir hörmətsizlik səni haqlıykən haqsız vəziyyətə sala bilər. Nəzakətli və hörmətli olmaqla onlara doğru mesajları verə bilərsən.
Məsafəli davran
Görsən ki, sevgi və hörmətlərini qazana bilmirsən, o zaman məsafəli davran. Özəl günlər istisna olmaqla məcbur qalmadıqca onlarla bir araya gəlmə. Unutma: sən uzaqlaşdıqca sevgilin də uzaqlaşacaq və heç bir ailə uşaqlarından kənar qalmaq istəməz. Belə olan halda sırf uşaqlarını daha çox görmək üçün sənə olan davranışlarını dəyişdirməyə çalışa bilərlər.
Uşaqların bu vəziyyətdən təsirlənməsinə icazə vermə
Nə olursa-olsun, uşaqlarının beynini qaynana və ya qaynatanın əleyhinə doldurma. Aranızda nə qədər çox problem olursa-olsun, uşaqlarını bu mövzudan uzaq tut. Unutma: qaynana və qaynatanla sənin aranda qan bağı olmaya bilər, amma uşaqlarının var. Əsla uşaqlar vasitəsilə onlara mesaj yollama və uşaqların yanında onlar haqqında pis danışma. Eynisini onların da etməsinə icazə vermə. Onsuz da uşaqlar bir müddət sonra aranızdakı buzları əritməyə köməkçi olacaq.
Öz ailənə uyğunlaş
Sevgilinin və ya yoldaşının ailəsi sənin də ailəndir, doğrudur, amma sənin əsl məsuliyyətin sevgilinlə qurduğun ailədir. Bu ailəyə uyğunlaş. Sevgini öz ailənə ver. Onlarla olan problemlərini əsla mübahisə mövzusu halına gətirmə və əsla bu məsələdə yoldaşını günahlandırma! Unutma ki, o da bu vəziyyətdə olmağı əsla istəməz!
Nəticə olaraq əgər qaynana və ya qaynata ilə problemlər yaşayırsansa, əvvəl bunları həll etmək üçün əlindən gələni et. Görsən ki, fikirləri heç bir şəkildə dəyişmir, o zaman hörməti əldən buraxma, amma artıq bu məsələylə də özünü çox yorma...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ürək döyüntüsü şüur itkisinə səbəb olur
Demi Lovato hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı - 27.08.2013
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Tox tutan qidalar
Sənubər İsgəndərli güclü qadınları başına yığdı
“Barbi”yə bənzəmək üçün... – FOTO
Stil ikonu kimdir?
Yeniyetmə sərbəst güləşçilər Kiyevdə qüvvələrini sınayacaq
Rihanna ana olacaq?
İran Səudiyyədən itkin zəvvarlarını tələb edir
Yaşamaq üçün ən yaxşı şəhər seçildi
Azərbaycanda vergi yığımında dəyişiklik
Viktoriya Bekhem Moda dünyasını Silkələdi-FOTO
Ancaq qadınların bildiyi hallar
Qorxu filmi kimi moda həftəsi
Havayı yaşamağın 10 yolu
İnfiniti –nin iddialı genişlənmə planları zəngin irsə əsaslanır.
Ən asan toyuq salatı (foto-resept)
Hər kəsin qorxduğu qadın-FOTO
1 aylıq körpəsinin fotosunu paylaşdı
Kasilyas almanların gücündən danışdı
Kompüter satışları niyə azalır?
Kral ailələri Azərbaycana istirahətə gəldi
Çoxobrazlı Aygün Kazımova stili
Azərbaycana 23 santimetr qalınlığında qar yağdı
Eynəyinizi üz formanıza görə seçin
Günün ulduz falı
Günün ulduz falı - 22.12.2013
Araik Arutyunyan Azərbaycan Ordusu tərəfindən vurulub - İDDİA
Cennifer Lopezdən maraqlı addım-VİDEO
Şahzadə Diananın qardaşı qızı 60 yaşlı biznesmenə ərə gedir-FOTO
Bengünü Cey Loya bənzətdilər - FOTO
Türkan Şoray Kadir İnanır haqqında İLK DƏFƏ
Çin qəbiləsinin qadınları-FOTO
Mayli Sayrus ərə getdi-FOTO
Saçlarınız qırılır?
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Gözəllik və cavanlıq vannaları
Qəzaya düşən xalq artistinin bel sümüyü sınıb
Şimal qütbünün təzə sahibi çıxdı
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin doğumundan 106 il keçir
Klublarımız Çempionlar Liqası ilə vidalaşdı
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Ən ağır dərdləri onlar sağaldır
Gülən insanın yaddaşı yaxşıdır
Neftin qiyməti düşdü
"Sürpriz" buterbrodu (foto resept)
Kişi ətiri seçərkən nəyə diqqət etməli?
- ŞƏRHLƏR