Qadin.NET / Qaynana və qaynatayla münasibət

Qaynana və qaynatayla münasibət

Qaynana və qaynatayla münasibət

Cütlüklərin başını ən çox dərdə salan mövzu qaynana və qaynatayla olan münasibətlərdir. Bu problem bir çox evliliyin bitməsinə, sevgililərin ayrılmasına səbəb olmuşdur. Amma əsla ümidsizliyə qapılmayın! Çünki sevgilinin və ya yoldaşının ana və ya atasının səni sevməməsi dünyanın sonu deyil! Və istəsən bu vəziyyətdən çıxa bilərsən! Məhz bununla bacarmağınız üçün sizə bir neçə təklifimiz var:

Vəziyyəti qəbul et

Sevgilinin və ya yoldaşının ailəsinin səni sevməməsi həqiqətən çox çətin və narahat edən vəziyyətdir. Amma unutma, kimsəyə zorla özünü sevdirə bilməzsən. Səni olduğun kimi görmələri üçün çalışa, amma bacara bilməsən, unutma ki, bu, sənin günahın deyil. Çünki bəzi hallarda sən nə edirsən et, səni sevməmə ehtimalları ola bilər. Bu vəziyyət sənin necə bir insan olduğunla deyil, onların yeganə balasını əllərindən aldığını sanmalarıyla əlaqədar ola bilər. Bəzi ailələr uşaqlarına kral ailəsindən bir namizədi belə yaraşdıra bilmirlər, nə etsən də onlar qane olmayacaq. Ona görə də ən yaxşısı bu vəziyyəti bir an əvvəl qəbul et və problemin səndə olmadığını bil!

Əlbəttə ki, biriylə bərabərsinizsə, əlbəttə ki, ailəsiylə yaxşı dolanmaq əhəmiyyətlidir. Amma yuxularını qaçıracaq və ya sevgilindən imtina etməyi düşünəcək qədər də deyil! Əgər birlikdə olduğun adam səni özünə həyat yoldaşı seçibsə, səni sevir və sənə hörmət edirsə, əhəmiyyətli olan budur!

Qaynana və qaynatayla münasibət

Yoldaşının bu məsələni həll etməsinə icazə ver

Sevgilinin və ya yoldaşının ailəsi səni sevmirsə, qoy səni onlara sevgilin sevdirsin. Sənin necə biri olduğunu öz dilinlə deməkdənsə, sevgilinin izah etməsi daha çox təsirli olacaq. Beləcə, həm onun səni niyə və nə qədər çox sevdiyini görəcəklər, həm də sənə bir şans verəcəklər. Sənin bu vəziyyəti sevgilinə necə əks etdirdiyin əhəmiyyətlidir. Səs-küy salaraq başının ətini yeməkdənsə, ona bu vəziyyətin səni nə qədər üzdüyünü səmimiliklə izah etməyi sınaqdan keçir!

Vəziyyətlə üzləş

Sevgilinin ailəsiylə sakitcə söhbət et. Onlara oğlullarını nə qədər sevdiyini, birlikdə nə qədər xoşbəxt olduğunuzu izah et. Onları öz ailən kimi gördüyünü və sevgilərini qazanmaq üçün əlindən gələni edəcəyini deyib onlardan şans istə. Bu vəziyyətin ailə həyatınızın xoşbəxtliyi və sakitliyi üçün nə qədər əhəmiyyətli olduğunu onlara hiss etdir. Bəzi hallarda onları səhv anlayan sən ola bilərsən. Qoy öz hisslərini açıqlaya bilsinlər. Bəzi hallarda da sənin onları sevmədiyini düşündükləri üçün sənə pis yanaşmış ola bilərlər. Bunun doğru olmadığını eşitmək onlara yaxşı təsir edə bilər.

Qaynana və qaynatayla münasibət

Nəzakətli və hörmətli ol

Unutma ki, iki səhv əsla bir doğru etməz! Əgər onlar sənə pis davranırsa, bu, sənin də onlara pis davrana biləcəyin mənasını verməz. Hər zaman güvənini qoru. Nə olursa-olsun, onlar sənin böyüklərindir. Və onlara göstərəcəyin ən kiçik bir hörmətsizlik səni haqlıykən haqsız vəziyyətə sala bilər. Nəzakətli və hörmətli olmaqla onlara doğru mesajları verə bilərsən. 

Məsafəli davran

Görsən ki, sevgi və hörmətlərini qazana bilmirsən, o zaman məsafəli davran. Özəl günlər istisna olmaqla məcbur qalmadıqca onlarla bir araya gəlmə. Unutma: sən uzaqlaşdıqca sevgilin də uzaqlaşacaq və heç bir ailə uşaqlarından kənar qalmaq istəməz. Belə olan halda sırf uşaqlarını daha çox görmək üçün sənə olan davranışlarını dəyişdirməyə çalışa bilərlər.

Qaynana və qaynatayla münasibət

Uşaqların bu vəziyyətdən təsirlənməsinə icazə vermə

Nə olursa-olsun, uşaqlarının beynini qaynana və ya qaynatanın əleyhinə doldurma. Aranızda nə qədər çox problem olursa-olsun, uşaqlarını bu mövzudan uzaq tut. Unutma: qaynana və qaynatanla sənin aranda qan bağı olmaya bilər, amma uşaqlarının var. Əsla uşaqlar vasitəsilə onlara mesaj yollama və uşaqların yanında onlar haqqında pis danışma. Eynisini onların da etməsinə icazə vermə. Onsuz da uşaqlar bir müddət sonra aranızdakı buzları əritməyə köməkçi olacaq.

Öz ailənə uyğunlaş

Sevgilinin və ya yoldaşının ailəsi sənin də ailəndir, doğrudur, amma sənin əsl məsuliyyətin sevgilinlə qurduğun ailədir. Bu ailəyə uyğunlaş. Sevgini öz ailənə ver. Onlarla olan problemlərini əsla mübahisə mövzusu halına gətirmə və əsla bu məsələdə yoldaşını günahlandırma! Unutma ki, o da bu vəziyyətdə olmağı əsla istəməz!

Nəticə olaraq əgər qaynana və ya qaynata ilə problemlər yaşayırsansa, əvvəl bunları həll etmək üçün əlindən gələni et. Görsən ki, fikirləri heç bir şəkildə dəyişmir, o zaman hörməti əldən buraxma, amma artıq bu məsələylə də özünü çox yorma...

14 aprel 2014
GO BACK