Biz uşaqlarımızı belə tərbiyə edirik ki, xeyirxah, qayğıkeş olmaq və köməyə ehtiyacı olanlara kömək etmək lazımdır. Bununla belə, çoxumuz belə bir sual ünvanlandırırq özümüzə: "Niyə? Bəs mənə kim kömək edəcək?!"
Gəlin bu məsələləri birlikdə həll edək. Digər insanlara kömək etmək lazımdır, onda hansı şəxslərə və hansı həcmdə, necə reaksiya vermək lazımdır. Yardım xahişinə, kimə və niyə kömək lazımdır.
Yaxınlarımıza yardım bizim müqəddəs borcumuzdur
Yaxınlarına yardım həmişə lazımdır və nə qədər tez-tez biz onu edirik, bir o qədər tez-tez tələb olunur. Əlbəttə, doğma insanlara yardım etmək- bu, elə bil ki, onların sizə etdikləri üçün sağ olun deməkdir. Ümumiyyətlə, bu təbiidir. Sizin bunu özünüzə borc bildiyiniz andan, siz nəinki özünüzü vaxtaşırı əzablara məhkum edirsiz, hətta yaxınlarınızın özünü inkişaf etdirmə imkanını əlindən alırsınız. Özünüzə ziyan verəcək yardımları etməyin. Bəzən sevdiyiniz insanlar sizdən yardım istəsə də onu incidəcəyinizi bildiyiniz halda belə ona yardım etməyin. Məsələn, bacınızın elə problemləri olur ki, bunu özü də həll edə bilər. Siz ona bu köməyi etmədiyiniz halda o, şikayətlənməkdən əl çəkib, öz işlərini özü həll etməyə çalışacaq və sonra sizə təşəkkür edəcək. Hər kəsin işinin arxasınca gedib hər kəsin əvəzində bunu həll etməkdənsə, bəzən yaxınlarınıza imkan yaratmaq lazımdır ki, səhv etsinlər və bu səhvlərindən əziyyət çəksinlər. Bu səhvlər müqabilində onlar yetkinləşəcək və gələcəkdə eyni səhvi etməməyə çalışacaq. Bundan başqa, baxmaq lazımdır ki, bu istəklər nə ilə bağlıdır. Əgər, məsələn, valideynləriniz sizdən onlara bağ işlərində kömək etməyi xahiş edirlər Sizdə isə bu həvəs yoxdur, bəlkə, onlar tez-tez sizinlə birlikdə olmaq, siznlə daha çox vaxt keçirmək istəyirlər. Bir çoxlarınıza bu ədəbsizlik kimi görünə bilər. Lakin psixoloqların rəyinə görə yardım yalnız uşaqlar və yaşlılara olunmalıdır. İstər bunun üçün vaxtınızı sərf edin, istər pulunuzu. Cəmiyyətimizdə belə fikir formalaşıb. Mən övladlarımı böyüdürəm ki, sabah da o mənə baxsın, kömək etsin. Yəni şəxsi inkişafımız üzərində işləmək əvəzinə bütün vaxt və fikrimizi uşaqların üzərinə yönəldirik ki, gələcəkdə onlar da bizə kömək edəcək. Yaxşı olmazmı ki, onlara müstəqil yaşamaq üçün şərait yaradaq, onları ayaqları üzərində durmağı öyrədək və heç bir təmənna güdməyək. Bu fikri dəyişmək üçün bütün bir cəmiyyəti dəyişmək lazımdır. Bu isə çox çətindir. Yalnız düzgün yardım etməklə yaxınlarınızın və ətrafınızdakıların fikrində qüsursuz, hörmət ediləcək və fikirlərinə qulaq asılacaq insan obrazı yaradırsız.
Bu bir danılmaz faktdır ki, hər bir qadının təbiətində yardım etmək xüsusiyyəti var. Hər birimiz bilirik ki, bəzən yedirmək, qorumaq, qayğısına qalmaq insana xoş təəssürat bağışlayır. Lakin bunun nə dərəcədə çətin olduğunu, buna nə qədər güc və vaxt sərf etmək lazım olduğunu hər kəs fərqinə varmır. Əgər kişi sevdiyi qadının hazırladığı ləzzətli yeməklərdən sonra bir vaqon yükü belə boşaltmaq üçün güc əldə edirsə, bəs qadın bu gücü hardan alır?
Hətta bu qədər işin müqabilində bəzən qadın qınaq obyektinə də çevrilir ki, "Parkda boş-boş gəzməkdənsə gedib bacıma kömək edə bilərdin və ya xəstə əmimlə otura bilərdin". Bunu da qeyd edim ki, çox vaxt bu qınaqlar öz pis təsirini göstərir və həmin qadınlar öz istirahət və əyləncələrini ikinci plana atıb, günah hissi keçirərək başqalarına yardıma qaçırlar hər zaman. Bir şeyi unuduruq ki, bu əyləncələr, bizi xoşbəxt edən məşquliyyətlər bizə güc və eneji verir. Lakin bunu düşünmədən həyat yoldaşımıza, anamıza və ya rəfiqəmizə yardım etmək üçün çalışırıq. Bu bizə hər kəsə lazım olduğumuzu düşünməyə əsas verir. Bəlkə də biz bununla diqqət mərkəzində olduğumuzu düşünürük. Əllbəttə ki, yardım etmə hissi bizə təbiətdən verilib. Lakin bir gün gücümüzün bittiyini anlayacağıq və kiməsə yardım edə bilməyəcəyik. Bunun üçün ilk öncə özümüzü düşünməliyik.
Heç kimə icazə verməyin ki, sizdə özünüzə qarşı günah hissi yaratsın ki, güya siz heç kimə yardım etmirsizniz, yalnız özünüzü düşünürsünüz. Cəsarətli olun və deyin ki, "bu gün mən dincəlməli, hər saatı özümə, öz inkişafıma ayırmalıyam". Əks tədqirdə sabah əhval- ruhiyyəsi düşmüş, yorğun bir insan olacaqsınız. Əgər artıq siz xoşbəxtsinizsə çalışın özünüzə qapanmayın və bu xoşbəxtliyi başqaları ilə bölüşməyə çalışın. Bu sizə xoş gələcək. Yəqin ki, hər birimizə təmənnasız kömək etdiyimiz zaman keçirdiyimiz o xoşbəxtlik hissləri tanışdır. Bəzən deyirlər qəlbim çox sevinir. Məncə ən böyük xoşbəxtlik elə budur. Bu bizi öz gözümüzdə və başqalarının gözündə ucaldır. Öz dəyərimizi anlamağa kömək edir, mənəvi əxlaqi dəyərlər üzərində ailə qurmağa yardım edir. Və bu bizdən böyük qüvvə tələb edir.
Hər kəsə yardım edə bilmərik, bunu da gözəl anlayırıq. Sonda onu demək istəyirəm ki, əziz xanımlar, ilk öncə özünüzü düşünün, özünüz üzərində işləyin, şəxsi inkişafınıza üstünlük verin. Sonra başqalarını düşünün. Çünki, mənəvi cəhətdən yorğun insan qarşısındakına heç nə verə bilməz. Sevin, sevilin və xoşbəxt olun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Daha çox pul qazandırdığı düşünülən 10 iş
Ev şəraitində ananasın yetişdirilməsi
Hava XƏBƏRDARLIĞI
Düşmən Tərtəri atəşə tutdu: Yaralılar var - RƏSMİ
Rus Dili dərs-6
Bir ton ağırlığında adamyeyən timsah - FOTO
Azərbaycanda internet niyə kəsildi?
Vəsiqə alan vətəndaşların əl-barmaq izləri götürüləcək
Saqqal və bığ çempionatı
Gənc göstərən makiyaj
"Qarabağ" tarix yazdı
Məşhur aktyor 6-cə dəfə ata olacaq
Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”
Ekspertdən kirayə evlərlə bağlı bədbin proqnoz - “Çətinləşəcək”
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
“Pərviz “Survivor”da finala gedəcək” - VİDEO
Avropada sonuncu o idi
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü
Erkən nikahla qula çevrilən qızlar
8 yaşlı uşaq dostu üçün 1 milyon topladı
Bu cür hallar milyonda bir baş verir
Koronavirusla bağlı son STATİSTİKA
Windows-da boşluqlar sürətlə artır
Burak Özçivitin bir milyonluq avtomobili - FOTO
Dövlət qurumları işçi axtarır - SİYAHI
"Ufak -tefek cinayetler"in ssenarisi GERÇƏK OLDU - Aktrisalar dalaşdı
Azərbaycan çempionatı: "Simurq" "Qəbələ"yə, AZAL "Rəvan"a qarşı
Hikmət Hacıyev: “Ermənistanın mülki vətəndaşlara qarşı müharibə cinayətləri dayanmır”
Dünyanın ən qəribə işi
Tıxaclara SMS çarə
Üz məşqi və üz masajı necə olur?
İtə görə təyyarə yerə endi
Fevralda hava necə olacaq?
İdman ayaqqabıları
Əsəbilik, yorğunluk və yuxusuzluq
Hamilələr üçün ziyafət geyimləri
Hava necə olacaq?
Arıqlamaq istəyirsiniz?-Qorxu filmi izləyin-Araşdırma
Xəstəliklərin təbii üsulla müalicəsi
Sabah güclü külək olacaq
Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA
Komendant saatı nə vaxt ləğv olunacaq?
Uşaq geyimləri
Cəbhədən ən son xəbər
İngilis-Azərbaycan və Azərbaycan-İngilis lüğəti
“Çukur”dan ayrılmaq səbəbini açıqladı
Düzgün qidalanma haqqında 8 qayda
Söz yarası - mismar dəliyi
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər - RƏSMİ AÇIQLAMA + VİDEO
Alimlər 2 qalaqtikanın toqquşmasının ŞƏKLİNİ ÇƏKDİLƏR
- ŞƏRHLƏR