Hərdən insanın həyatında elə bir an olur ki, hər işi qaydasında gedir, atdığı hər addım uğurlu olur, elədiyi hər hərəkət müvəffəqiyyətlə nəticələnir. Adi insanlar bunu şanslı dövr, fortuna, mənasız filosoflar isə zebraya bənzətdikləri həyatın qara zolaqdan sonra gələn ağ zolaq hissəsi adlandırırlar. Və o an üçün insan, hələ bir müddət əvvəl həyatında hakim mövqe tutan qara zolağı unudur, xatırlamaq istəmir. İndi ki hər şey yaxşıdır, keçmişi xatırlamaq nəyə lazımdır?
Sevgi çox qəribə bir hisdir. Ən azı ona görə ki, qarşılıqlı və qarşılıqsız olan 2 növü bir – birindən kəskin fərqlənir. Qarşılıqsız sevgi insanı ancaq uçuruma aparır: özün haqqında və özünlə bağlı olan bütün müsbət fikirləri, keyfiyyətləri yerlə bir edir. Əvvəl özünə güvənliydinsə, indi qorxağa çevrilirsən. Hər kəsə ikrahla yanaşmağa başlayırsan. Əslində səndən heç nə ilə artıq olmayan adamı gözündə şişirdirsən, böyüdürsən, böyüdürsən və nəticədə özünün necə cılızlaşdığının fərqinə varmırsan. Bir vaxtlar sadəcə sevdiyin adi insan, indi az qala tapındığın bütə çevrilir.
Qarşılıqli sevgi isə tam əksi: insanı mənəvi cəhətdən təmizləyir, böyüdür. Ona imkan verir ki, özünü ən ali, ən yüksək biri hiss eləsin, mənfi cəhətlərini unutsun, müsbətləri üzə çıxarsın. Məsələn, əgər əvvəllər paxıllıq edirdinsə ki, qrup yoldaşın dərslərini səndən daha yaxşı oxuyur, indi təsəlli tapırsan ki, sənin sevdiyin bir insan var və həyatın mənası heç də dərs oxumaq deyil. Və ya, əgər dostun, yaxud rəfiqən səndən daha yaraşıqlı, yaxud daha gözəldirsə, ürəyini sıxmırsan: axı səni olduğun kimi sevən biri var. Qonşunuzdakı həmyaşıdın bahalı maşın sürür? Sürsün də… Maşını pulla almaq mümkündür, amma qoy o həmyaşıdın öz pulu ilə cəhd eləsin, sənin qazandığın sevgini qazansın.
Sevən insanın fikirləri də konkretləşir. Artıq başqa insanlar barədə düşünmürsən, onların nazı ilə oynamağa, daima onlarla maraqlanmağa özünü məcbur hiss eləmirsən. Düşündüyün yalnız bir insan olduğu üçün beyin də yalnız bir istiqamətdə işləməyə başlayır. Düzdür, bu zaman bir çox dostların səndən inciməyə başlayır, niyə məni yada salmırsan deyə soruşur hamısı. Heç kimlə görüşmək həvəsində olmursan, çünki bütün işlərinin, dərslərinin içində bircə saat vaxt tapan kimi sevdiyin insanla görüşməyə can atırsan. Beləcə, aylarla, illərlə qazandığın hörməti, sevgini bir neçə həftənin içində itirməyə başlayırsan. Düzdür, beyninin hansısa sevdiyin insanı düşünməkdən azad olan kiçik bir hissəsi ilə düşünürsən ki, bu yaxşı deyil, belə olmaz. Amma guya bunlar vecinədir ki?
Sevən insan zərərli vərdişlərindən də əl çəkməyə çalışır. Özünün də xəbəri olmadan ideal insan olmaq yolunda addımlar atmağa başlayır. İstəyir ki, sevdiyi insan xəyalında canlandırdığı bir insana çevrilsin.
Sevgi insanı uğurlar qazanmağa vadar edir. Xüsusən də, əgər sən romantik deyilsənsə, onda sevdiyin insanın gözündə hər zaman yuxarılarda qalmaq üçün daima nəsə etmək, nəsə uğur qazanmaq istəyirsən. Çünki sevdiyin insan səninlə fəxr eləməlidir, bunun üçün nəsə bir əsası olmalıdır. Onda sən də başlayırsan bu uğur üçün vuruşmağa. Daha artıq istəklə, daha böyük ruh yüksəkliyi ilə…
Hərdən insanın həyatında elə bir an olur ki, hər işi qaydasında gedir, atdığı hər addım uğurlu olur, elədiyi hər hərəkət müvəffəqiyyətlə nəticələnir. Sənə elə gəlir ki, səndə xüsusi şarm yaranıb, insanlar səninlə əməkdaşlıq eləməyə, sənə yaxşılıq etməyə maraqlıdırlar.
Və hərdən də elə düşünürsən ki, bütün bu uğurların, problemsizliyin mənbəyində sevdiyin insan var: əlamətlərə inanmasan da, hiss eləyirsən ki, sənin fortunanın arxasında bir UĞUR MƏLƏYİ dayanır. O heçnə etməsə də, sənin kənar həyatına heç bir təsiri olmasa da, onun mənəvi, kosmik təsiri səninçün hər şeyi asanlaşdırır.
Ancaq elə bir an da gəlir ki, ilk dəfə o UĞUR MƏLƏYİni itirmək təhlükəsini açıq – aşkar hiss edirsən. Və ancaq bu zaman keçmiş yadına düşür. Həyatının son 1 ilini 2 mərhələyə bölüb müqayisə edirsən və qorxursan… Həmin anlara yenidən qayıtmaqdan qorxursan. Daima o UĞUR MƏLƏYİni sənə bağlayacaq ipləri axtarırsan və nədənsə sənə elə gəlir ki, bu iplər nazilib. Bir neçəsi qırılıb da hətta… Yox, axı nəsə bir çıxış yolu olmalıdır, bu nazikləşən ipləri yenidən qalınlaşdıracaq bir məhlul olmalıdır. Və sən çarəsiz şəkildə axtarırsan. Heç kim sənə bu məhlulun ümumiyyətlə olmadığını deyib də, səni ruhdan salmır. Və artıq görəndə ki, iplər qopmaq üzrədir, hər iki əlinlə həmin iplərin nazikləşən hissəsindən bərk bərk yapışırsan və bu şəkildə axtarışlara davam edirsən. Razıyam, çətindir, amma inan mənə, o iplər qırılsa və UĞUR MƏLƏYin səni tərk etsə daha da çətin olacaq.
İlkin Seyizadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İnsanlara xoşbəxtlik verən 7 qoxu
Dövlət qeydiyyatından keçən dərmanların fərqli qiymətə satışı qadağandır - AÇIQLAMA
Füzuliyə komendant təyin edildi
Rezidenturaya qəbul qaydaları dəyişdi - QƏRAR
Qəribə və nadir heyvanlar (4)
BU İÇKİ xərçəng xəstəliyi yaradır
Eser Yenenlerden hamiləlik pozu-FOTO
Christophe Guinetin əl işləri
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Azərbaycan-Ermənistan - 8:0
JLo geyiminə görə tənqid olundu-FOTO
Körpələrdə burun tutulması
Murad Boz paylaşımı ilə izləyicilərini təəccübləndirdi-FOTO
2019-un trend dodaq boyası rəngləri
İstirahət günlərinin hava proqnozu
Doğru bilinən yanlışlar
Koronavirusun yeni ştammı öldürücüdür?
Bu cütlük yenidən toy edəcək
Qarın doyur, göz deyir, yenə ver…
Arısız da bal olur
Zakir Həsənov ön xəttə getdi
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
Şəki bazarı "od tutub yanır"
Vəzifələr - Statuslar
Microsoft-la Google işləməyəcək
42 milyona heykəl qəbristanlığı aldı-FOTO
Qida sənayesinin reallıqlarını göstərən sənədli filmlər
Qan qrupumuz xasiyyətimizə təsir edir
Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar
Uzun müddət saxlaya biləcəyiniz ərzaqlar
Ronaldu tarixin ən yaxşı futbolçusu oldu - FOTO
Suqovuşan sakinlərinə qovuşur - VİDEOREPORTAJ
Nazir hamilə qadını və onun körpəsini xilas etdi
Onlar enerji kəsiləndə də yanacaqlar
WhatsApp'tan tarixi rekord
"İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib"
Çingiz "Eurovision" dakı çıxışından danışdı - VİDEO
Boyun ağrılarından azad olaq
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
Məşhur aktrisa “Ufak tefek Cinayetler” serialına vida etdi - FOTO
Sızanaqlar üçün kərəviz maskası
Şimali Amerikada ilin ən yaxşı avtomobili seçilir
Zeynəb Bastık bir reklamdan 500 min qazanacaq
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Masajın tarixi haqda qısa məlumat
"Taxt oyunları"nın 31 yaşlı ulduzu öldü-FOTO
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Parad başa çatdı
- ŞƏRHLƏR