Belə qərara gəldim ki, özümlə bağlı olan sirli hadisəni elə burda qeyd edim. Bu haqda Yaşadığım möcüzə adlı ötən xəbərimdə söz vermişdim. Beləliklə,bir gün İnternetdə dualarla bağlı maraqlı xəbərlər oxuyurdum.Və nə vaxtsa tanışlarımdan dilək duası haqda eşitmişdim."Google"da axtaran kimi elə bu dua ilə rastlaşdım. Arxivimə atdım ki, lazım olsa, istifadə edərəm. Amma nə yalan deyim, bir o qədər də inanmırdım. Nəhayət, məlum hadisə olan ilin Ramazan ayında qərara gəldim ki, bu gündən mən də oruc tutam. Səhər valideynlərimlə imsaka qalxdım. Yemək yeyən kimi gəldim ki, sübh namazımı da qılım və yatım. Bu vaxt ağlıma o dua gəldi. Qərara gəldim ki, bu duanı da eləyim. ALLAH bilən məsləhətdir, alınsa da, alınmasa da, O hər şeyin düzünü bilir. Duanı etməzdən əvvəl onu da deyim ki, əvvəlcə 2 rükət nafilə namazı qılmaq lazımdı. Namaz bitdikdən sonra isə əllərinizi göyə açıb bütün qəlbinizlə belə deyirsiz: "ALLAHım, haqqımda xeyirlidirsə, mənim bu diləyimi silsileyi-Əliyyə alimləri hörmətinə qəbul et". Diləyinizi dedikdən sonra bir fatihə oxuyub savabını silsileyi-Əliyyə alimlərinin ruhuna göndərirsiz. Əlbəttə ki, mən də belə etdim. Sonra isə yatdım. Onu da deyim ki, mənə əziyyət verən problemimin həll olmasını dilədim duamda. Yatdımvə haradasa elə həmən gün gündüz saat 11-12 arası həmin problemim heç özüm də bilmədən, məndən xəbərsiz həll olundu. Bəlkə də mənim xəbərim olsaydı etdiyim əməldən, heç vaxt baş tutmazdı... İndi isə çooox xoşbəxtəm...
Bir neçə dua var ki, bunları həyatımda tez-tez tətbiq edirəm. Unutqan olduğum üçün həmişə nəyisə itirirəm. İki rükət namaz qılıb bu duanı oxuyan kimi dərhal tapıram:
"Allâhümme rəbbə'd-dəlləti və hâdiyə'd-dəlləti, ruddə əleyyə dəllətî bi qüdrətikə və sultanikə. Fə in-nəhâ min fədlikə və ətâikə".
ANLAMI: "Ey qeyb olanların Rəbbi və qeyb olanları və yolunu qeyb edənləri doğru yola yönəldən Allah'ım! Qüdrətin və səltənətin haqqı üçün itirdiyim şeyi mənə qaytar. Çünkü bu, sənin fəzl və kərəmindəndir". Bu duanı oxuyub səhəri gün itirdiyim kitabımı tapdım. Amma onu da deyim ki, ola bilər ki, dərhal tapmayasız. Tapana qədər hər gün bu duanı nafilə namazından sonra oxusaz, inşaALLAH itirdiyiniz əşyalarınızı taparsız.
P.S Məndə belə dualar var. İstəsəz, sizinlə də bölüşə bilərəm.
İndi isə mənə öz başına gələn sirli hadisələri yazıb göndərən xanımlarımızın maraqlı hekəyələri ilə tanış olaq.
Göndərdi: yekta
Bir neçə il bundan əvvəl yuxuda gördüm ki, mən və iki rəfiqəm tikintidəyik. Oturmuşuq bir taxtanın üstündə. Qəfildən bu taxta qalxır yuxarı, iki rəfiqəm yıxılırlar. Mən göyün yeddinci qatına qədər qalxıram, qorxudan da möhkəm qışqırıram. Bu vaxt mənə bir səs deyir ki, qorxma, indi sənə gələcək həyat yoldaşının adını deyəcəyik. Mənsə qışqırıram. Qəfildən əlimə kağız düşür haradansa. Kağızı açıram, içində sevgi şeiri. Həmin o şeirin içində də bir oğlanın adı. Yuxudan duranda çox da təəccüblənmədim, fikirləşdim yuxudu da. Yuxu yadımdan çıxdı. İndi hamya danışıram, hamı təəccüblənir, çünki şerdəki oğlan indi mənim nişanlımdıi...
Göndərdi: gulnise
...Bir gün anam gecə yatıb səhərə yaxın yuxusunda görür ki, ağ paltarlı bir kişi ilə namaz qılır. O vaxtlar anam namaz qılmırdı, əslində təzə başlamaq istəyirdi. Nə isə, bu kişi ilə namaz qılır. Oyanıb ki, ona kömək edim, namaz qılsın. Mən də oyanmamışam. Anam özü də bilmədən sübh namazını qılmışdı. Bu, həqiqətən möcüzə idi. ALLAH bununla insanlara demək istəyir ki, namaz çox vacibdir...
Göndərdi: Senemka
Bizim ev təmir olunan vaxt xalamgildə qalırdıq. Xalamgilin evi yeni tikilən binada ikinci mərtəbədədir. Amma hündür olduğu üçün hər gecə çıxıb eyvanda otururduq. Bizə xalamgil əvvəlcədən deyirdilər ki, bu evdə deyəsən nəsə var.
Bir gecə çıxdıq eyvanda oturduq. Seyr edirdik, popkorn yeyirdik. Ayağa durduq ki, şəhəri seyr edək. 5 dəqiqə sonra popkorn aşdı. Halbuki, ona heç kəs yaxınlaşmamışdı. Külək də yox idi.
Bir dəfə xalam yerləri silmişdi. Yer su idi. Xalam getdi ki, əsgini yenə yusun, gələndə baxdı ki, yerdə izlər var. Bizi də çağırdı, biz də gördük. İnsan izinə oxşamırdı.
Xalamqızının dediyinə görə, hamamda çimərkən o, suyun öz-özünə açılıb-bağlanmasını müşahidə edib. Hamamın qapısı açılıb-bağlanırmış. Gecə yatarkən kiminsə başının üstündə nəfəs aldığını, otaqları gəzdiyini, kiminsə yerində "qurcalandığını" eşidirmiş.
Mən bunu güc-bəla ilə yazmışam. Çox maraqlıdır ki, "barmaqlarım getmirdi", yaza bilmirdim. Elə-bil kimsə əlimdən tutub icazə vermirdi....
XƏBƏR LENTİ
Telefonunuza gələn SMS əslində tələdir - ehtiyatlı olun!
4 hərəkətlə kürək ağrısına son
Alma qızartması (foto resept)
Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzində
Paytaxtda təhlükəli süd məhsulları
"Bütün Gülən hərəkatı ilə əlaqəsi olan..."
"Qalatasaray"a şok cəza
Yeni xəstəlik COVID-19-dan daha dəhşətli olacaq-Həkimdən şok açıqlama-VİDEO
Həyatı yoldaşı seçərkən...
Boyu uzadan məşqlər
Xəzərdə güclü yanğın
Ştrudi Rus şirniyyatı
Xeyli erməni əsgər yaralandı, ölən var
Koronavirusun yeni dağlası harda alovlanacaq? - ÜST rəsmiləri elan etdi
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Siqaret tərgitmək üçün.
Uşağı dünyaya gətirdikdən sonra hamiləliyi barədə öyrəndi
Barmaq şıqqıldatmaq
Qurban bayramı ərəfəsində bəzi rayonlardan iribuynuzlu heyvanlar satışa çıxarılmayacaq
"Çarpışma" serialının FİNAL AÇIQLAMASI
"Gəlin və bəy boxçası" qurabiyəsi (foto resept)
Rəngarəng dəri pencəklər
Yeriyən zülallar
Qoltuq altı qaralma və ləkələrin çarəsi bizdə
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı - RƏSMİ
Həyəcan və depressiyadan onlar qoruyur
Nə qalacaq?
Sabah Bakının iki rayonunda içməli su olmayacaq
Hava haqqında
Şirniyyata qarşı olan aclığı necə azaltmalı?
Ermənilərin Bərdəyə terror hücumu zamanı yaralanan şəxslərin son durumu-VİDEO
84 yaşlı qadından qorxan ayı qaçdı
Azərbaycan muğamı rusları valeh edib
Günün qoroskopu: Qətiyyətli olun!
Yoqurtlu maffini (foto resept)
Uşaqlarda koronavirusa yoluxmadan sonra hansı fəsadlar qalır? - VİDEOSORĞU
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edildi
Qarındakı yağları əridən detoks
İlk istilik batareyası təqdim edildi
5 gün iş olmayacaq
Bakıda qar güclənəcək
Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
Ermənilər Tovuz və Naxçıvanı atəşə tutdu: İriçaplı pulemyotlar və snayper tüfənglər işə düşdü
Diyarbəkirdə güclü partlayış: 4 ölü, 15 yaralı
Pullular Xəzəri əlimizdən belə alırlar
Bakıda fantastik qiymətə gilas satılır
Kağız halva-11
Ramazanın 27-ci gününün duası
Kosmosdan gələn əcaib məxluq peyda oldu
- ŞƏRHLƏR