Əgər ən vacib məqsədiniz bacarıqlı olub həyatda xoşbəxtliyi əldə etməkdirsə, diqqətli və diqqətini cəmləməkdə heç bir çətinlik çəkməyən insanların etmədikləri şeyləri bilməlisiniz. Diqqətini cəmləyə bilən insanlar hisslərinin hərəkətlərini müəyyən etməsinə izn verməzlər və hər zaman məqsədlərinə çatmaq üçün əllərindən gələn hər şeyi edərlər, bu “hər şey” daxilindəkilər hər zaman xoş olmasalar da. Nailiyyət əldə etmək üçün çox çalışmağa istəkli olmalısınız, yetərincə səbrli və ən vacibi məqsədlərinizdən vazkeçməməlisiniz – nə qədər bezmiş olsanız da. Motivasiyanızı qorumalı və çətinlikləri aşmağa çalışmalısınız, çünki bu ən bacarıqlı olanları geri qalanlardan ayıran ən vacib ünsürdür. Diqqətini cəmləyən insanlar bu ana fikir verərlər və bu ankı vəzifələrinə diqqət yetirərlər. Çətinliklərə daha asan qalib gələrlər və sadə dillə desək, daha düşüncəlidirlər. İndi isə bacarıqlı olmaq üçün diqqətli və diqqətini cəmləyən insanların heç vaxt etmədikləri vacib nüanslarla tanış olaq.
Bir çox işi eyni vaxtda etməzlər.
Məncə, bu, diqqətini cəmləyən insanların etmədikləri arasında ən vacib olanlardan biridir. Əvvəldə dediyimiz kimi, bütün diqqətlərini həmin anda etdikləri işə yönəldərək yaradıcılıqlarını artırırlar və məqsədlərinə daha tez çatırlar. Bir çox işi eyni vaxta etməyə çalışarkən xəta etmə ehtimalınızı artırırsınız. Nə qədər çalışırsınız çalışın, iki işi eyni vaxta edərək hər ikisinin öhdəsindən gələ bilməzsiniz – çünki insan beyni uzun müddət iki işə diqqət ayırıb hər ikisini bacarıqla yerinə yetirə bilməz.
Qeybət etməzlər.
Diqqətli insanlar hər zaman öz işlərilə məşğuldular. Diqqətlərini o an etdikləri hər nədirsə, ona cəmləyərlər və dedi-qodu etməzlər. Zamanlarını sərf edəcəkləri daha mühüm işlər vardır, başqalarının həyatlarına qarışaraq onların dedi-qodusunu etməklə məşğul olmazlar. Hər kəsin etmək istədiyini seçmək haqqı vardır və hər kəs etdiyinə özü cavabdehdir. Həm də dedi-qodu etmək sadəcə güvənsiz və qısqanc görünmənizə səbəb olur. Buna görə də bu hərəkətlərinizlə mübarizə aparın!
İşlərini təxirə salmazlar.
İşlərini təxirə salmaq bir çoxları üçün böyük bir problemdir. Bir işi edə biləcəyinizə əmin olmalısınız və ya etməniz lazım olan işdən xoşlanmasanız da, onu təxirə salmamağa çalışın. Çünki bu sadəcə daha çox stresli olmağınıza və hələ də ediləcək çox işin və çox zaman tələb etdiyini düşünərək əhvalınızın pisləşməsinə səbəb olacaqdır.
Başqalarının təsdiqinə ehtiyacları olmaz.
Diqqətli insanlarım başqalarının təsdiqinə ehtiyacları olmaz və edəcəkləri iş üçün onlardan təsdiq gözləməzlər. Nə etmək istədiklərinə özləri qərar verir və bütün işin cavabdehliklərini öz üzərlərinə götürərlər. Həm də etdiklərinin həyatda onlara uğur gətirəcəyinə inanar və sadəcə öz istəklərini tamamlamaq üçün yaşayarlar. Özlərini xoşbəxt edən şeyləri edərlər, başqalarının dediklərini düşünməzlər.
Heç bir şeyin diqqətlərini dağıtmasına izn verməzlər.
Diqqət cəmləmə bacarığı yüksək olan insanlar diqqətlərini dağıdacaq heç bir şeyi ətraflarında saxlamazlar. Heç bir şeyin onların məqsədlərinin qarşısını almağa şərait yaratmazlar. Diqqət dağıdıcı bir çox faktor olduğunu və bunların iş keyfiyyətini təsiri altına alıb yaradıcılıqlarını aşağı salacağını bilirlər. Heç bir şeyin diqqətinizi dağıtmağına və yaradıcı zamanınızdan oğurlamasına izn verməyin. Nə olursa olsun, planlarınıza sadiq qalın!
Bəhanə gətirməzlər.
Diqqətli insanlar hərəkətləri üçün yersiz bəhanələr gətirməzlər. Bir səhv ediblərsə cavabdeh olarlar və bu vəziyyətdən necə çıxacaqlarını düşünərlər. Məğlubiyyətdən qorxmazlar və bir şeyi etmək üçün uyğun zamanı və şəraiti gözləməzlər. Əgər o iş onlar üçün vacibdirsə, sadəcə edərlər, o an hazır olmasalar da.
Keçmişlə yaşamazlar.
Onların iziylə getməyə çalışın və keçmişdə qalmayın! Olan artıq olubdur, nə qədər çalışsanız da, bunu dəyişə bilməzsiniz. Hadisə və insanlar necə olursa olsunlar, qəbul etməli və uzlaşmağı bacarmalısınız. Bacarıqlı olma istəyiniz bacarıqsız olma qorxunuzdan üstün olmalıdır. Ona görə də xətalarınızdan dərs alın və dayanmadan irəli addımlayın!
Diqqətini cəmləyən insanlar düşünmədən hərəkət etməzlər, risk etməkdən çəkinməzlər və nizamsızlığa dözümləri yoxdur. Özlərini daim başqalarıyla qarşılaşdırmazlar və real olmayan şeyləri arzu etməzlər. Bəs siz diqqətli insanların əsla etməyəcəyi hansı davranışları bilirsiniz?
XƏBƏR LENTİ
Almalı tort(foto resept)
Eser Yenenlerin xanımı doğumdan 15 gün SONRA-FOTO
Direktor olmaq istəyənlər, qaydalar dəyişdirilir
Qadınlar və kişilər: kim qazanır, kim yorulur?
Soyuducuda olan təhlükələr
Daşların şəfalı gücü
Payız üçün köynəklər
Aleksandr Samedov: "Azərbaycan mənim vətənim deyil"
Sizi yoran bir də bilirsiniz nədir?
Sənətkarların həyatından bəhs edən 5 film
Qaynadılmış kartof sayəsində işıq yandırdı-VİDEO
Ermənistandan növbəti ekoloji terror: Azərbaycan çaylarına zəhər axıdır
Azərbaycana qar yağacaq
Beren Saat hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Romantik yataq otağı mebelləri
Avropa İrəvanı cəzalandırır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 108 yeni yoluxma
Emrahın oğlu"Survivor"dakı açıqlamaları ilə Gündəmdədir -FOTO
Android üçün yeni servis olacaq
Xoşbəxtlik zəif yaddaşdır...
Oruc tutmaq istəyən uşaqlarla bağlı tövsiyələr
ABŞ-dan Azərbaycana jest
Tərəvəz ilə bişmiş toyuq (foto resept)
Güllərin rənginə görə mənası
"Qoca sinyora" qonağını parçaladı
Ən yaşlı kişi uzunömürlülüyünün sirri ilə bölüşdü
Hər kəs bu itdən danışır-FOTO
Qızardılmış toyuq (foto resept)
İngiltərədə qız yadplanetlini lentə aldı - FOTO
Labirint-7
Son dəbə uyğun eynəklər
Aşura günü toplanan bəzi qanlarda infeksiya aşkarlanıb
Avtobus sürən qadın ölkədə məşhurdur
Möhtəşəm üzük modelləri
Orhan Gencebayın vəziyyəti ağırlaşdı
Nazim Süleymanov: "Əgər onlar "Neftçi"nin çempionluğunu istəmirsə..."
Azərbaycan gimnastı Qran-pri turnirində çoxnövçülükdə altıncı oldu
Cinsi münasibətlərdən utanırsınız?
Con Frenç Sloanın rəsmləri (6)
Suriya baş naziri: "Savaşı qazanırıq"
Pəncərə kənarındakı möcüzə-Kalanxoe-2
Prezident ilk twitini yazdı
Üz dərinizin qeydinə qalın
Bakı küçələrində yolkəsənlər peyda olub
Sabahın HAVAsı
“Kimdə istilik yoxdursa...” - “Azəristiliktəchizat”dan açıqlama
Son dəbə uyğun gəlinliklər
Pirşağı çimərliyinə gedənlərin nəzərinə
Dünyada koronavirusa yoluxanların sayı 300 mini keçdi
Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb
- ŞƏRHLƏR