Hara baxırsan adamlar mızıldanırlar. Hamı öz tənbəlliyinə, uğursuzluğuna, həmişə pis əhval-ruhiyyədə olmasına, ya da burnunun həmişə sallanmasına bir səbəbkar axtarır.
Qızlar “köhnə” kişilərin qıtlığından, oğlanlar “əvvəlki” qızların yoxluğundan şikayətlənir.
Hava həmişə günahkardır, qışda çox soyuqdur, yayda çox istidir. Təəssüf ki, havaya cavabdeh olan bir adam yoxdur ki, ürəkdən söyə bilsinlər.
Pulun yoxluğu həmişə problemdir. Əlində iPhone-6, ağzında qızıldan düzəlmiş diş, gözündə Ray Ban, maşınında DVD-pleyer, “Nu poqodi” siqnalı, “svetomuzıka”, çaytökən, dişyuyan, qulaqtəmizləyən, dişqurddalayan “nastroyka”ları qoydura-qoydura kasıbdır.
Əllərinin altında dünyanın istənilən nöqtəsi ilə (!!!) 5 saniyə içində əlaqə saxlaya biləcək, mənim Nyu Yorkda, yanğınsöndürən maşınların səsindən qulağım tutula-tutula yazdığım bu yazını çap eləyən kimi Soğanverdilər kəndindən belə açıb oxuya biləcək şəraiti yaradan telefon adında möcüzə ola-ola hansısa gələn zəngin kəsilməsindən, ya telefon yazığın 2 ayda bir dəfə “Mən istefa verirəm!” fəryadı ilə sönməsindən şikayət eləyirlər.
İçinə minib cəzbetmə qanunu kimi bir qanunu dəf edərək babalarımızın atla aylarla gedib çatdığı (dinozavrlara yem olma ehtimalının getdikləri yerə çatma ehtimalından yüksək olsa belə) yerə bir neçə saat içində gedə bildikləri təyyarənin 1 saat gecikməsindən hay-küy qaldırıb sanki bütün Facebook dostları bundan xəbər tutmasa gecə yata bilməyəcəklərmiş kimi hamının baş səhifəsini bu ‘faciəvi’ xəbərlə doldururular.
Özlərini özlərinin yaratdıqları problem bataqlığında batırırlar, sonra da ağ atlı şahzadənin gəlib onları xilas etməsini, ya da pəri nənənin onların balqabağını karetaya çevirib kristal ayaqqabıda bala göndərəcəyini gözləyirlər. Kristal ayaqqabıda gəzməyin çətinliyi başqa bir yazının mövzusudur. Şüşədən ayaqqabı. Iıııqqq!!!
Amerikada yaşayandan insanların nə qədər naşükür ola biləcəklərini görürəm. Bu məni dəhşətə gətirir. Azərbaycandan gəlib Nyu Yorkda hər küncdə dünyanın dörd bir yanından olan restoran seçimi (suşi, burrito bir qırağa, sizə Cənubi Afrika, Şri Lanka restoranlarından danışıram!), hər millətdən, mədəniyyətdən, dindən və irqdən olan adamların rəngarəngliyi, adicə isti suyun 24 saat gəlməsi, binamızda Olimpiya ölçülü üzgüçülük hovuzunun olması, restorana oturan kimi müştərilərə pulsuz su gətirilməsi, ya elə adicə dadlı pop korn seçimləri, hamısı məni heyrətləndirir. Yəqin ki, “wow!” ən çox işlətdiyim sözdür, qaşlarımı heyrətdən qaldırmaqdan 2-3 balaca qırış belə yaranıb. Amma nyu yorklulardan soruşsanız? “Bura həddən artıq səs-küylüdür, həddən artıq pis iy gəlir, çox gəlmə var, tıxaclar çoxdur…”
Hansı yaşda bizə o 2-3 yaşındakı uşağın hər şeyə heyrətlənib sevinməsini tərgitməyi öyrədirlər?
Nə vaxtdan əlimizdə olanlara göydəndüşmə kimi baxırıq?
Nəyə görə minnətdarlıq etmək heç vaxt dəbdə deyil, amma şikayət edənlərə hamı bir ağızdan qoşulur?
Niyə çox vaxt Allah şükür eləmək üçün yox, nəsə istəmək üçün yada düşür?
Mən demirəm istəksiz, məqsədsiz yaşayın. Mən demirəm həyatınızı yaxşıya doğru dəyişməyə çalışmayın. Mən demirəm əlinizdə olanlara şükür edə-edə yeni bir şeyə can atmayın. Yox! Amma mızmız heç kimi varlı etməyib, mızmız heç kimi uğurlu etməyib, mızmız ən qeyri-cazibədar insani xüsusiyyətdir.
Şikayətləndikcə daha çox şikayətlənməli hadisələri, insanları həyatına cəlb edəcəksən. Dırnağını çeynəməyi, ya saat 7-dən sonra yemək yeməyi tərgitməzdən qabaq mızmız eləməyi tərgit. Şikayət eləmək əvəzinə vəziyyəti dəyişmək üçün bir şey elə. Heç bir şey eləməyəcək qədər tənbəlsənsə. onda şikayət eləməyə də haqqın yoxdur!
1 dəfə şikayət eləyəndə 5 dəfə minnətdar ol.
Və nəhayət, həyatını elə yaşaya bilərsən ki, sanki heç nə möcüzə deyil və ya elə yaşaya bilərsən ki, sanki hər şey möcüzədir. İkincini seç.
Şəbnəm
XƏBƏR LENTİ
Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?
Hava haqqında - 10.10.2013
Monica Beluccidən gözəllik sirrləri
Azərbaycan dilində yeni klaviatura düzülüşü "Windows 8.1"-ə inteqrasiya edilib
Adət ənənə "Toy"
Möcüzəvi meyvələr (2)
"Yerevan Dağlıq Qarabağın müstəqilliyini yalnız o halda tanımalıdır ki..."
Əhali daha sağlam və keyfiyyətli un-çörək məhsulları ilə təmin ediləcək
Nazir cənub sakinlərini qəbul edəcək
Zərif xanımlar üçün gecəliklər
Selena Gomezin illərə görə görünüşü
Girovlardan pis xəbər
Kakoslu kürəciklər
Bakıda növbəti dollar panikası
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Pərvizə Türkiyədən təklif var
Vera otel qapısında qaldı-FOTO
Birinci kurs tələbələrinin tədrisə başlayacağı vaxt açıqlandı
Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ
Sürprizli balıq (foto resept)
Günün qoroskopu: ideyalar soyuq qarşılanacaq
Polis Akademiyasının məzunları püşkatma yolu ilə vəzifələrə təyin olundular
110 illik ağacı KİTABXANA etdi-FOTO
Sabahın hava proqnozu
Ərdoğandan Bakı səfəri öncəsi Azərbaycanla bağlı AÇIQLAMA - VİDEO
Dolu ziyansız ötüşmədi
Manat yenə düşdü
İlk görüşdə bu yeməklərdən uzaq olun
Tələbələrə Qafqaz Universiteti ilə bağlı çağırış edildi
Diş ağrısından qurtulmaq üçün...
Həyətə girən ayı hovuz kənarında yatmış ev sahibini oyandırdı
Kimyəvi silahların məhvi üzrə beynəlxalq müfəttişlər qrupu Suriyaya gedib
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Duzun bilinməyən faydaları
İrəvanı işğal edəcək ordu
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Stil ikonu Viktoriya Bekhem
"Sabahdan işə gəlmirəm" dedi, pərt oldu - VİDEO
İrina Şeykdən öhtəşəm geyim-FOTO
2014-cü ilin ən maraqlı elmi hadisələri
Qırmızı mərci sıyığı (foto resept)
Ana olmaq asandır, bəs sonra?
İyun ayının qalibləri!
Quruyan dodaqlar üçün nə etməli?
Üz dərinizi məhv edən təhlükəli düşmənlər
Məşhur müğənni 5 günə milyonçu oldu
Kredit borcu yalnız o halda bağışlana bilər ki ..
Bunlar hər qadının qarderobunda olmalıdır!
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Bu ölkədə ilk dəfə internet klub açıldı
- ŞƏRHLƏR