Mənim dilim - mənim düşmənimdir. Niyə belə deyirik? Çünki çox zaman dilimiz "ağlımızdan öncə danışır". Artıq söz danışdıqda, sözlərimizlə ətrafdakıları "öldürdükdə" dilimiz düşmənimizə çevrilir. "Ox bədəni yaralayır, sözlərsə qəlbi". Dilimiz bizə müvəffəqiyyət qazandırdığı kimi xoşagəlməz vəziyyətə də sala bilir. Çox zaman biz danışdıqlarımızın nələrə səbəb olacağı haqda düşünmürük. Neçə dəfə düşünmədən dediyimiz sözlə ətrafımızdakı insanların qəlbini yaralamışıq? Ən çətin olan - dili pislikdən uzaq tutmaqdır. "Səbr etmək - uğura çatmaq üçün əsas amildir. Düşünmədən deyilən söz günah qazandırar, ağıllı kəs özünü pis söz danışmaqdan saxlayandır".
Şirin və acı sözün gücü böyükdür. "Yaxşı söz ev tikər, pis söz ev yıxar". Sözlər insanı sakitləşdirə, ruhlandıra, sevindirə bildiyi kimi, eyni zamanda acı da verə bilir. "Zarafatla danışsan belə, bir dəqiqə düşün". Dilimiz barıta bənzəyir: onunla ehtiyatla davranmaq lazımdır. Dilimiz alov kimidir - düşünülmədən deyilən söz insanların arasındakı münasibətləri təməlindən sarsıdır. Bu münasibətlər yenidən bərpa olunsa da əvvəlki kimi olmur."Qılınc yarası sağalar, söz yarası sağalmaz".
Dilimiz hər yerdə - ailədə, işdə, mağazada, harada olsa insanların əhvalını korlamağa qadirdir. Çox zaman bizi elə öz yaxınlarımızın, dostlarımızın, sevdiklərimizin sözləri incidir. Bu zaman gec olmadan üzr istəmək vacibdir. Dostları illərlə qazana, amma bir saatda itirə bilərsiniz. Bir-birinizi və dostlarınızı qoruyun!
Acı dil bizim öz sağlamlığımıza, xoşbəxtliyimizə və ruhumuza da zərər verə bilər. Bütün sözlər insanın qəlbindən gəlir. Dil ancaq bizim daxilimizdəkini ifadə edir: sevinci, xoşbəxtliyi, kədəri, qəzəbi, qısqanclığı, paxıllığı və s. Adətən biz özümüzü bədbəxt hiss edəndə başqalarını incidirik. Buna görə də nə qədər ki zaman var, gəlin yaxşılıq edək, insanlara sevinc bəxş edək. Gəlin xoşbəxt olmağı öyrənək ki, dilimiz düşmənimizə yox, dostumuza çevrilsin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Ayıb" mentaliteti bizi hara aparır?
Günün qoroskopu: maliyyə məsələlərində uğur gözlənilir
Səni təsvir edirəm
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
500 metr hündürlükdə körpəni tək qoydu
Depressiyadasınızmı?
Üç qat keks (foto resept)
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Kimlər uzun saçlardan istifadə etməlidir?
Azərbaycanda yenilik - “Barışıq skamyası”/Video
"Vəhşi mələk"in aktrisası illər sonra - FOTO
Keremdən qəribə AÇIQLAMA
Evlilikdən sonra sevgi azalır?
Gəlinciklər təbii makiyajla necə görünər?
İki suallıq IQ testi
Kökəlmək üçün sınanmış pəhriz
Avropa dövlətində heyvanların sirkdə iştirakı qadağan edildi
Azərbaycanda zəlzələ olub
"Facebook" haqqında heyratamiz fakt
Hava haqqında - 10.12.2013
Kompüter siçanının yaradıcısı öldü
Asan puding (foto resept)
Çağatay iddialara cavab verdi-FOTO
NASA-dan dünyanı qorxudan AÇIQLAMA
Ərazilərimiz minalardan təmizlənir
Stiven Siqal türk mətbuatında görünmək istəmədi-FOTO
Qışda necə geyinək?
Hava haqqında
43 dinozavr yumurtası tapıldı
Tulin Şahin məhkəməlik oldu
Hava haqqında
Sənə qırmızı cox yaraşır
Ədviyyatlı kotlet (foto resept)
"Vintage" stildə ayaqqabılar
Süfrə ədəbi
Həyatda gec öyrəndiyimiz 5 dərs
Onun ecazkar sənəti, melodiyası
Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - AÇIQLAMA
Zövqlü divar rəsmlər
Bakıda anomal isti gözlənilir
Unudulmayan Qremmi mükafatı geyimləri
Qadının diş ətində tük bitdi-FOTO
Ana qatili olmayaq
Süni mayalanmanın qiyməti - Azərbaycanda və xaricdə
Məşhur ərzaqlar cizgi film qəhrəmanı olsa...
Günün ulduz falı
"Apple" elastik noutbuklar istehsal edəcək
ETİRAFLAR-"Xoşbəxt olmaq istəyirik!"
Kitabxana işçiləri darıxanda
Azərbaycanda komitə sədri dünyasını dəyişib
- ŞƏRHLƏR