Antiutopiya (ing. dystopy) bədii ədəbiyyatın elə bir janrıdır ki, orada cəmiyyət və dövlətlərdə tərəqqinin neqativ tendensiyaları təsvir olunur. Antiutopiya utopiyanın tamamilə əksidir. Mahiyyət baxımından olduqca düşündürücü (çünki fəlsəfi yük çoxdur) janr olan antiutopiya bədii ədəbiyyata kifayət qədər dəyərli nümunələr bəxş etmişdir.
Tarixdə ilk dəfə utopiya sözünə qarşı istifadə edilən antiutopiya terminini işlədən mütəffəkkir ingilis filosof və iqtisadçısı Con Stüart Mil olmuşdur (1868-ci ildə). Qlen Neqli və Maks Patrik isə bədii ədəbiyyata "Utopiya axtarışında" əsəri ilə antiutopiyanı daxil etmişlər (The Quest for Utopia, 1952). Keçən əsrin 60-cı illərində isə SSRİ ərazisində və ingilis dilli ölkələrdə antiutopiya və distopiya terminlərinin istifadə arealı genişləndi. Bəzi yanaşmalar onların fərqlərini izah etməyə çalışdılar. Belə ki, distopiya bir növ ağlın və rasionallığın xeyir qüvvələr üzərindəki qələbəsi, utopiyaya qarşı tamam antitezdir, antiutopiya isə sadəcə daha çox azadlıq dərəcələri təqdim edən utopik prinsiplərin inkarıdır. Buna baxmayaraq antiutopiya temini daha geniş istifadə olundu və müasir elmi-texniki tərəqqinin cəmiyyət qarşısında qoyduğu problemlər sayəsində aktuallığını itirmədi. Çünki vaxt keçdikcə texnoloji inkişaf antiutopik əsərlərlə maraqlanan insanları daha çox düşünməyə vadar etdi. Əlbəttə bunu hamıya aid etmək olmaz. Müəyyən insanlar bu texnoloji inkişafdan yüksək dərəcədə zövq və həzz alırlar. Müəyyən insanlar da məqsədləri üçün alət kimi istifadə ilə yanaşı, həm də əxlaqi-etik nöqteyi-nəzərdən bəzi məsələlər haqqında ailə-məişət dərəcəsində olsa belə düşünürlər. Odur ki, antiutopiyada insan azadlığı, mənəviyyatı, əxlaqı kimi məsələlər qabardılır. Antiutopiya janrında keyfiyyətli və etalon hesab ediləcək əsərlər olsa da, onu qeyd etmək yerinə düşmək olardı ki, bu çox çətin intellektual zəhmətdir və fitri-istedad tələb edir. Çünki cari tendensiyaları dərindən təhlil edib gələcək haqqında müəyyən tənqidi fikirlər söyləmək, xüsusilə də bunu bədii ədəbiyyatın dili ilə ifadə etmək, sözün düzü, sadəcə fitri-istedad deyil, çox yüksək fitri-istedad tələb edir. Sözsüz ki, bu göylərdən gəlməlidir.
Antiutopiya janrında olan romanlar cəmiyyətlərdə keçirilən və müəyyən ideallara xidmət edən müxtəlif sosial təcrübələrin fəsadları haqqında xəbərdaredici roman xarakteri daşıyır. Totalitar sistemlərin tənqidi. İnsan azadlığının əhəmiyyətinin xatırladılması, elmin əxlaqi yönlərinin metamorfozu və s. kimi mövzulardan bəhs edən əsərlər öz orijinal və özünəməxsus süjetləri və motivləri ilə fərlənirlər. İyirminci əsr antiutopik əsərlər baxımından kifayət qədər bol olmuşdur. Əsas məsələ isə onları oxuyub dərindən mənimsəməkdir. İnsan təfəkkürünün həzm edib ortaya qoyduğu istənilən incəsənət nümunəsinin reallaşmaq potensialı var. Eyni zamanda müasir həyatımız bizim artıq hissəvi olaraq antiutopiya janrının təsvirlərində olduğumuzu göstərir.
Antiutopiya janrında çox məşhur kitab və filmlərə nümunə göstərmək mümkündür: Yevgeni Zamyatin "Biz", Oldos Haksli "Cəsur yeni Dünya", Corc Oruell "1984" və "Heyvanıstan", Herbert Uells "Zaman maşını", Cerom Klapka "Yeni utopiya", İvan Yefremov "Öküz saatı", Rey Bredberi "451 Farenheyt", Ayn Rend "Atlant çiyinlərini düzəltdi" və s. Filmlərdən isə: 12 meymun, Qattaka, Trumanın şousu, Matrisa, Süni İntellekt, V - Vendetta deməkdir, Mən əfsanəyəm, Vaxt (İn Time), Elizium, Tron və s.
Yuxarıdakı nümunələr diqqətəlayiq olsa da, 3 nəhəng var ki, onlar antiutopiyanın sütunlarıdır. Bunlar gələcəyin şəri haqqında müxtəlif təsəvvürlərə malik olan Zamyatin, Oruell və Hakslidir. Belə ki, Zamyatin gələcəyin lənətini texnologiyada, Oruell psixoloji hücumlar və idarəetmədə, Haksli isə sosial stabilizasiya və təbii insan anlayışının məhvində görürdü. Müxtəlif yanaşmalar, lakin mükəmməl problematika.
Müasir tendensiyalar antiutopiya janrının geniş kütlənin tələblərinə cavab verdiyini sübut edir. Əlbəttə, bunun nə dərəcədə şüurlu baş verdiyini söyləmək çətin olsa da, hər halda janrın prespektivləri günümüzdə də nəhəngdir. Hollivud məhz bu məqamı başa düşdüyünə görə bərbad gələcək ssenarilərindən yararlanaraq filmlərin çəkilişinə xeyir-dua verir. Özünüzə sual versəniz ki, bəs bütün bu utopik və antiutopik ssenarilərin nə isə mənası və reallığa uyğunluğu varmı? Yoxsa sadəcə təfəkkür mərhələsində ilişib qalır və sadəcə fikir yayındırır? Sizi başa düşmək olar. Bu normaldır. Lakin bir universal və sübut olunmuş möhtəşəm qanun var: insan baş verə bilməyəcək şeyləri təsəvvür edə bilməz. Odur ki, istər utopik olsun, istərsə də antiutopik gələcək dünyanın formalaşdırılmasında bizim bu günkü davranışlarımız, düşüncələrimiz, əməllərimiz əhəmiyyət kəsb edir.
Antiutopiyanı bəzən sosial bədbinlik adlandırsalar da, janrın əhəmiyyəti özünü əsasən başqa istiqamətdə biruzə verir. Belə ki, ictimai yanaşma tərzinin yaranmasında çox əhəmiyyətli suallar və cavablar məhz antiutopiyada yarana bilər. Bütün qlobal iqtisadi-siyasi və geopolitik məsələləri kənara qoysaq, məni ən çox narahat edən və daha çox şəxsi sosial fəzamı əhatə edən bir məsələ var. O da və texnologiyanın formalaşdırdığı və nəticədə informasiya bolluğunun yaratdığı eqoizm və narsizmdir. Bu çox ciddi məsələdir. Çünki cəmiyyət məhz bu iki faktorun sayəsində deqradasiyaya məruz qalacaq. Nəticədə, mexanikiləşmə və insan istiliyinin itirilməsi bizim ən əsas lənətimiz olacaq.
"Utopiyaları reallaşdırmaq əvvəllər hesab edildiyi qədər çətin olmadı. İndi başqa əzabverici sual yaranıb: Onların reallaşmasından tamamilə necə qaçmaq olar? Utopiyalar tamamilə reallaşa biləndirlər. Həyat utopiyalara doğru hərəkət edir və ola bilər intelegensiya və mədəni təbəqənin qarşısında utopiyalardan qaçmaq, qeyri-utopik və daha az "mükəmməl", daha çox azad cəmiyyətə qayıtmaq üçün arzular və xəyallardan ibarət olacaq yeni yüzillik yaranacaq". Nikolay Berdyayev (Nikolay Berdyayev rus mütəffəkkiri).
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Neftçilərin axtarışları yenə nəticəsiz qaldı
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...
Ağ mətbəx mebelləri
İlk həftələrdə körpənin əmizdirilməsi
ABŞ "11 sentyabr"ı 4 milyardla dəyişdi
İman edən alimlər-5
HAVA necə olacaq?
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM + VİDEO
Qadın qol saatları
"Hercai"də gözlənilməz AYRILIQ
Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR
Hava haqqında
Aleksandr Samedov: "Azərbaycan mənim vətənim deyil"
Soyuqdəyməyə tutulmamaq üçün içkilər
Azərbaycanda ilk - Şagirdlər açıq hava altında
Deniz Seki göz yaşlarına hakim ola bilmədi-SƏBƏB
Hansı duyğu hansı xəstəliyə səbəb olur?
12 ölkənin idmançıları Nabranda bir araya gəldilər
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Gözəl divar rəsmləri
Emre Altuğ Çağlanın sualına bu cür cavab yazdı-FOTO
Zərdəçallı omlet (foto resept)
Xırda qəpikləri götürmürlərsə-CƏZA
Sumqayıtda sosial evlər tikilir - VİDEO
Xallı keks(foto resept)
Messi Ronaldoya çatdı
İlan, ya tırtıl?
Bakıda "toy karvanları"nın yaratdığı fəsadlar açıqlandı
Bakıda mindən artıq yaşayış binası söküləcək - QƏRAR
Bakıda torpaq neçəyədir? – QİYMƏTLƏR
Paxla çığırtması (foto resept)
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Belə donlar görmüşdünüzmü?
Türkan Şoray Kadir İnanır haqqında İLK DƏFƏ
Metin Hara Adriana Lima haqqında danışdı-FOTO
Tost çörəyi şirniyyatı (foto resept)
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və alqı-satqısını asan şəkildə necə rəsmiləşdirmək olar?
Yaşam-AДћ
Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır - PREVYU
40 yaşdan sonra saç baxımı
Alimdən VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."
İnstagram həvəskarları üçün yaxşı xəbər
Sağlam hamiləlik keçirmək üçün ...
Didmə salat (foto resept)
Uşaqlar üçün təhlükəli və zərərli qidalar
"Yadplanetlilər" peyda oldu - NASA aydınlıq gətirdi
“WhatsApp” ən populyar mobil proqram seçildi
Bu gün Su çərşənbəsidir
- ŞƏRHLƏR