Paytaxtda məktəbli formalarının saxta variantlarının satışına başlanılıb.
Qadin.Net bildirir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov verib. O bildirib ki, hər tədris ili öncəsi fəallaşan işbazlar bu il də BTE-nin istehsal etdiyi məktəbli formalarının saxta variantlarını satışa çıxarıblar: "Bir neçə ünvanda bizim istehsal etdiyimiz məktəbli formalarının saxtalarının hazırlanması faktını aşkarladıqdan sonra rəsmi şəkildə məktubla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik.
Hələ ki saxta məktəbli formalarının satışı kütləvi xarakter daşımasa da, belə hallar aşkarlandıqca biz aidiyyatı qurumlara məktub göndəririk ki, saxta məktəbli formalarının satışının qarşısı alınsın".
E. Əzimov deyib ki, saxta məktəbli formaları keyfiyyətinə görə kəskin fərqlənir: "Biz məktəbli formalarının istehsalı üçün parçanı Türkiyədən gətiririk. Amma saxta variantını hazırlayan sexlər formanın ucuz başa gəlməsi üçün sintetik liflərdən hazırlanmış parçalardan istifadə edirlər. Belə məktəbli formaları dəri ilə təmasda böyüməkdə olan uşaq orqanizmi üçün ciddi ziyandır. Məktəbli forması elə bir geyimdir ki, ilin on ayı şagirdin əynində olur. Sintetik liflərdən hazırlanan parçalar nə çöldən içəri, nə də içəridən çölə havanın işləməsinə imkan verir. Bu isə orqanizm üçün təhlükəlidir. Üstəlik, bu parçaların boyanmasında kimyəvi maddələrdən istifadə edilir. Ona görə də məktəbli forması bir dəfə yuyulduqdan sonra rəngi bozarır, ətək və balaq hissələri əyilir. Valideynlər bəzən bu formalarla bizim üstümüzə gəlirlər ki, sizin istehsal etdiyiniz mal zay çıxıb. Araşdırdıqda məlum olur ki, üzərində BTE-nin emblemi olsa da, məhsul bizim istehsal deyil. Ona görə də bu cür saxta formalar 20 manata təklif olunur. Valideynlər qiymətinə aldanıb alsalar da, uşaq bir-iki dəfə geyindikdən sonra yenisini almalı olurlar".
Fəridə nəhayət məktəbə gedəcək - Sputnik Azərbaycan-ın aksiyasının ilk hissəsi başa çatıb.
Şöbə rəisi tədris ili öncəsi məktəbli formalarının saxta variantlarının iri ticarət mərkəzlərində də satıldığını söyləyib. O bildirib ki, saxta məktəbli formalarının satışının qarşısını almaq üçün Bakı Tikiş Evi bu il də məktəbli forması satışını müxtəlif ünvanlardakı öz rəsmi mağazalarında təşkil edəcək. E. Əzimovun fikrincə, bu, qiymət sahəsində özbaşınalığın qarşısının alınmasında da rol oynayır: "Bizim mağazalarda məktəbli formalarının qiyməti dəyişmir. BTE tərəfindən qoyulan qiymətlə satılır. Bu tədris ili də qiymətdə dəyişiklik etmək fikrimiz yoxdur"
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Məşhur aktrisa 12 kq arıqladı-FOTO
Dünyanın ən unikal nəqliyyat vasitəsi hazırlandı - FOTO
FED-dən açıqlama gəldi - Dollar bahalaşa bilər
Gümüş dəstləri
Soğan haqqında bilmədiklərimiz
500 illik məscid məhv olmaq üzrədir
Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”
Qüsursuz dəri üçün 5 qızıl qayda
Düz qarın üçün 5 qızıl qayda
Repetitor yanına gedənlərə xəbərdarlıq -VİDEO
Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO
Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO
Səudiyyə nefti bahalaşdırdı
Yun köynəkləri necə yumalı?
UEFA iki klubu cəzalandırdı
Günün ulduz falı
Koronavirusla mübarizə: “Böyüklərə 1000, uşaqlara 500 dollar nağd pul”
Dil normalarını pozanlar 1000 manatadək cərimələnə bilər
"Bizi "Eurovision"da Elnur təmsil edəcək"
HAVA necə olacaq?
Rəngli bilərziklər
İŞİD Paris qətliamının səbəbini açıqladı
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Ən gözəl konbinlər
Bakının bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
Ayaqdakı çatları aradan qaldıran üsul
Ərzaq qiymətləri bahalaşacaq - VİDEO
Yataqda baş verən qəzalar
Hamiləlikdə idman etməyin faydası
Metropolitenin sözçüsü: "Metroda külək də əsir..."
Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş
Bədən formasına görə ətək növləri
Praqa tortu (foto resept)
Facebook-dan pulsuz internet
Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayır
Körpələr üçün maraqlı hədiyyələr
Məşhur model gizlin EVLƏNDİ
Eldar Həsənovun şikayəti ilə bağlı məhkəmə qərarı elan edildi
Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
Kişilər necə sevir?!
"Hərbi hissənin bölük komandiri məni mütəmadi döyürdü"
İnteryerdə canlı rənglər
Serdar Ortaç söz-söhbətə son qoydu-FOTO
Telefonlar üçün YENİ TƏHLÜKƏ - Batareyanı partladır
Notr-Damın yanma SƏBƏBİ
Almazdan daha sərt olan mineral tapıldı
Tavada kərə yağlı kartof (video-resept)
Çillərdən azad ol
Bananlı parfe (foto resept)
- ŞƏRHLƏR