Dovşan və Canavarın, Çeburaşkanın, Timsah Genanın yubileyidir
Qadin.Net Milli.Az - a istinadən yazını təqdim edir.
Düz 80 il əvvəl, iyul ayında SSRİ məkanında ən böyük animasiya studiyası olan "Soyuzmultfilm" quruldu. Hamıya məlum olan maraqlı və məşhur cizgi filmləri məhz burada çəkilib. Onların sayı bugünkü gündə yarım milyonu keçib. "Soyuzmultfilm" təkcə yüksək keyfiyyətli animasiya filmləri çəkmirdi, həm də təbliğat istiqamətində məşhur idi: cizgi filmlərinin təxminən yarısı tərbiyə və inkişafla əlaqəli idi. Hər kadr əllə yaradılırdı, ona görə də bu filmlər unikal alınırdı.
İzləyicilərə sevinc gətirən sevimli personajlar Moskvanın mərkəzindəki köhnə kilsənin qaranlıq binasında doğulurdu. Məhz burada "Soyuzmultfilm" həyatının bütün 80 ilini keçirib. İndi isə studiyanı yeni həyat gözləyir. Belə ki, qışda Akademik Karalovda tikilmiş təzə binaya köçəcək və cizgi filmlərinin bütün personajları yeni ev əldə edəcəklər. Ancaq bu bina təkcə Rusiya paytaxtının sakinlərinin deyil, həm də qonaqlarının yaddaşından silinməyəcək. Axı binanı həmişə turistlərə tarixi məkan və mədəniyyət obyekti kimi göstərirlər.
50 yaşlı personajlar
"Soyuzmultfilm"in sevimli qəhrəmanlarının 50 yaşı tamam olur! İnsan yaşıyla ölçsək Dovşan və Canavar, Çeburaşka və Timsah Gena və onların dostları tezliklə təqaüdə çıxmalıdırlar. Lakin onlar nəinki öz şöhrətlərinə sığınıb getmək istəmir, həm də gənc cizgi filmlərinin personajlarına stimul verməyə hazırdırlar.
Yubilyarlar "Soyuzmultfilm"in girişindəki küknar ağaclarının arxasında gizlənmişdilər. Onlar dörd cizgi filminin qəhrəmanları idilər: "Yaxşı, görərsən!", "Vinni-Pux və hamı, hamı, hamı", "Timsah Gena" və "Bremen şəhərinin musiqiçiləri". Böyük bir nəslin zövqünü formalaşdıran, hər baxışda maraqla izlənən qəhrəmanlar...
Əgər teatr asılqandan başlayırsa, "Soyuzmultfilm" əksinə - mühafizə postundan başlayır. Mühafizəçi icazə vərəqəsini ciddi yoxlayaraq Dovşanı təslim edir...! Buraxılış vərəqəsində "Yaxşı, görərsən!"nin qəhrəmanı əks olunub. Studiyanın əməkdaşları sonradan aydınlaşdırdılar ki, bu, Vinni-Pux da ola bilərdi. Əgər qapıdan keçən jurnalist müvəqqəti Dovşan ola bildisə, onda, məsələn, kinostudiyanın direktoru Boris Maşkovsev həmişəlik - Timsah Gena ola bilər. Bu personaj "Yastı yaşıl" lövhəcik şəklində onun kabinetində asılıb.
Direktorun otağının girişində əlində böyük yol nişanı tutan Çeburaşka da görünür. "Soyuzmultfilm" muzeyində qorunan orijinal fiqur gözlənilənlərin əksinə olaraq çox kiçikdir. Boyu cəmi 5 santimetrdir. Yekə qulaqlı və iri gözlü bu qəribə varlığı multiplikator Leonid Şvapstman düşünüb. Çeburaşka əsla Eduard Uspenskinin kitabında olduğu kimi alınmayıb. "Qulaqlarını çəkməyə başladığım anı xatırlayıram" - deyə Şvarstman yadına salır: "Əvvəlcə yuxarıya doğru, sonra onlar tədricən sürüşüb böyüməyə başladılar. Başlanğıcda ayı quyruğu və uzun ayaqları var idi, amma Yuriy Norşteyn onları qısaltmağı məsləhət gördü. Yeri gəlmişkən, heyvanın adını Uspenski qızının sayəsində düşünüb. Qızı təzə tüklü şubasını geyinib baxmaq istədiyi zaman onun tüklərinə ilişib yıxılır. Atası ona baxıb: "Fu, sən yenə də çeburaşkalaşdın!" - deyir. Uspenski isə belə xatırlayır: "Söz mənim yaddaşıma daxil oldu - mən onun mənası haqqında düşündüm. Sonradan aydınlaşdırdım ki, çeburaşkalaşmaq yıxılmaq mənasındadır. Beləcə qəhrəmanımın adı meydana çıxdı".
İri qulaqlı bu heyvan tamaşaçıların elə xoşuna gəldi ki, o, poçt markalarının qəhrəmanına çevrildi. Onun şərəfinə abidələr ucaldıldı. 2004-cü ildə o, Rusiya yığmasının olimpiadada talismanı oldu.
Vəhşiləşmiş ayı balası
"Soyuzmultfilm"in muzeyinə daxil olan an multiplikatorun stolu görünür, üstündə də güzgü asılıb. Muzeyə nabələd olan adam heç vaxt başa düşməz ki, niyə belədir. Sən demə, güzgüyə baxan multiplikator... sifətləri əyir! Və beləliklə, gələcək qəhrəmanlarının sifətini düşünür. Yəqin ki, beləcə güzgüyə baxaraq animatorlar "Yaxşı, görərsən!" cizgi filmindəki Canavarla Dovşanın qorxu və sevincini təsvir etmişdilər. Yeri gəlmişkən, Vyaçeslav Kotenoçkin arzu edirdi ki, Canavarı Vladimir Vısotski səsləndirsin. Lakin hakimiyyət bu fikrə mane olmuşdu. Ona görə də "Böz" Anatoliy Papanovun, dovşan və sovet cizgi filminin bir çox qəhrəmanları isə Klara Rumyanovanın səsi ilə danışdı
XƏBƏR LENTİ
Neftçilərin axtarışları yenə nəticəsiz qaldı
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...
Ağ mətbəx mebelləri
İlk həftələrdə körpənin əmizdirilməsi
ABŞ "11 sentyabr"ı 4 milyardla dəyişdi
İman edən alimlər-5
HAVA necə olacaq?
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM + VİDEO
Qadın qol saatları
"Hercai"də gözlənilməz AYRILIQ
Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR
Hava haqqında
Aleksandr Samedov: "Azərbaycan mənim vətənim deyil"
Soyuqdəyməyə tutulmamaq üçün içkilər
Azərbaycanda ilk - Şagirdlər açıq hava altında
Deniz Seki göz yaşlarına hakim ola bilmədi-SƏBƏB
Hansı duyğu hansı xəstəliyə səbəb olur?
12 ölkənin idmançıları Nabranda bir araya gəldilər
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Gözəl divar rəsmləri
Emre Altuğ Çağlanın sualına bu cür cavab yazdı-FOTO
Zərdəçallı omlet (foto resept)
Xırda qəpikləri götürmürlərsə-CƏZA
Sumqayıtda sosial evlər tikilir - VİDEO
Xallı keks(foto resept)
Messi Ronaldoya çatdı
İlan, ya tırtıl?
Bakıda "toy karvanları"nın yaratdığı fəsadlar açıqlandı
Bakıda mindən artıq yaşayış binası söküləcək - QƏRAR
Bakıda torpaq neçəyədir? – QİYMƏTLƏR
Paxla çığırtması (foto resept)
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Belə donlar görmüşdünüzmü?
Türkan Şoray Kadir İnanır haqqında İLK DƏFƏ
Metin Hara Adriana Lima haqqında danışdı-FOTO
Tost çörəyi şirniyyatı (foto resept)
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və alqı-satqısını asan şəkildə necə rəsmiləşdirmək olar?
Yaşam-AДћ
Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır - PREVYU
40 yaşdan sonra saç baxımı
Alimdən VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."
İnstagram həvəskarları üçün yaxşı xəbər
Sağlam hamiləlik keçirmək üçün ...
Didmə salat (foto resept)
Uşaqlar üçün təhlükəli və zərərli qidalar
"Yadplanetlilər" peyda oldu - NASA aydınlıq gətirdi
“WhatsApp” ən populyar mobil proqram seçildi
Bu gün Su çərşənbəsidir