Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
08:59Xəyalə Murad Cüməniz mübarək! 08:59Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40470

Bu gün final olacaq...

Bu gün final olacaq...


Bu gün "Eurovision 2019" mahnı müsabiqəsinin finalı olacaq.

Qadin.Net-in məlumatına görə, İsrailin paytaxtı Tel-Əvivdə Expo Mərkəzdə finala keçən ölkələrin təmsilçiləri səhnəyə çıxaraq bir daha mahnılarını səsləndirəcəklər.

26 ölkənin finalçısının yer aldığı gecədə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta, Azərbaycan, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri səhnəyə çıxacaq.

Təmsilçilərdən başqa finalda dünya ulduzu Madonna da mahnı oxuyacaq. Bunun üçün 1,5 milyon dollar alan müğənni cəmi 1 mahnı səsləndirəcək.

64-cü "Eurovision" yarışmasında ölkəmizi təmsil edən Çingiz Mustafayev 20-ci nömrə altında "Truth" mahnısını ifa edəcək.

Qeyd edək ki, final saat 23:00-da İTV-də bəstəkar-müğənni Murad Arifin şərhi ilə canlı yayımlanacaq. Azərbaycan tərəfdən səsləri Xalq artisti Faiq Ağayev elan edəcək

Səslərin sayı: 0
0
38
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış