Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.
Qadin.Net bildirir ki, trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.
Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır.
Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır.
Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır.
Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 - Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur.
Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 - qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda, insanlarda məhsula qarşı asılılıq yaradır.
E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.
Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq
XƏBƏR LENTİ
Emre Aşık boşandığı xanımına hər ay 25 min ödəyəcək
Müəllim şikayəti
2012-ci ilin qış geyimləri
Burcu Esmersoy hər kəsi HEYRƏTLƏNDİRDİ-SƏBƏB
"Barselona" - "Deportivo" matçı ilə bağlı şok iddia
Tarixi faktlar- 2
Ramazan ayı - 5-ci günün duası
Sarımsaqlı-kartoflu zapekanka (foto resept)
II Elizabet Meqan və Harrini tituldan məhrum etdi!-SƏBƏB
Dünyanı heyrətləndirən uşaq indi..
SALAT BƏZƏDİLMƏSİ ÜSULLARI (foto dərs)
Bütün Dünya Bu qızdan danışır-SƏBƏB/VİDEO
Türkiyədə qədim yeraltı şəhər tapıldı
Jaguar F-Type artıq satılır
Kökəltməyən 7 qida
"Almaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın inkişafında maraqlıyıq"
Saçların düzgün daranması
Kakaolu, şokoladlı keks (foto-resept)
Saçlarımız üçün şampun hazırlayaq
Leyla Əliyeva poeziya gecəsində - FOTO
Məşhurlar dünən və bu gün
Putinin erməni jurnalistə cavabı: "Azərbaycan kimi bir ölkə..."
Bakıda daha bir ekspres xətt fəaliyyətə başlayır
"Zemheri" final edir
Nazik dodaqlı xanımlara TÖVSİYƏ - Daha böyük görünməsi üçün...
Milli Məclis orduya dəstək üçün çarx hazırladı - VİDEO
Aldığı ayaqqabı şoka saldı: İçindən qeyri-adi məktub çıxdı
Telefonunuzda bu simvolu görsəniz açmayın
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
HAVA necə olacaq?
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi
82 yaşında birinci sinfə gedir - FOTO
Seda Sayan Bakıya gəlir
Meryem Üzerlidən sevgi açıqlaması
Yaralı hərbçimiz həkimlərin səyinə baxmayaraq, həlak oldu - RƏSMİ
BMT-dən Ermənistana yardım
Cərimənizi ödəyin, yoxsa... - REYDLƏR BAŞLADI
Mükəmməl sevgili ola bilmək üçün...
Məkkədə 10 min nömrəli otel
Kişi öz əmlakını filə vəsiyyət etdi
Diqqət! Xəstəlik yaxınlığımızdadır
Mədə-bağırsaq xəstəlikləri üçün
2012-ci ilin aksesuarları
Di Kaprio dövlət başçılarını qar bəbirlərini qorumağa çağırır
Klubumuzun Avrokuboklarda rəqibi bəlli oldu
Google sürücüsüz avtomobil buraxacaq
Şimşək çaxacaq, yağış yağacaq!
Düz danışmağı sevmirəm
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
- ŞƏRHLƏR