Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:46Sima yaxsiligdi sukur ders qurtarib kefdeyik) 12:46Surayye Qorxma Survivoru ağ yuyub qara sərirəm 12:46Surayye Ayla canım mesajda bax nələr yazdım nələr 12:40Surayye Salam canım sen necesen? 12:28Sima salam hervaxtiz xeyir 09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Nettlilər! 09:04Xəyalə Murad Yeni iş həftəsində hər birinizi salamlayıram!
40606

Yumşaq tort keksi (foto resept)

 

Tərkibi 

 

4 ədəd yumurta

1 su st toz şəkər

yarım çay st ilıq su

yarım limon suyu 

1 paket qabartma tozu

1 paket şəkərli vanil

2 su st un ( ilk st təpələmə, ikinci st isə 2 barmaq əksik)

Limon qabığının sürtgəcdən keçirilmişi

1 çimdik duz

 

Hazırlanması:

Yumurtaların ağını və sarısını ayırın. Yumurtanın sarı hissəsini toz şəkərlə birlikdə köpürənə qədər sürətlə qarışdırın. Daha sonra içinə yarım limon suyu, qabartma tozu və vanili əlavə edərək taxta qaşıq köməyi ilə yavaş-yavaş qarışdırın.

Ayırdığınız yumurta ağlarını tuz ilə ağ köpük olana qədər çırpın.

Yumşaq tort keksi (foto resept)

Köpük-köpük olan ağ qarışımı digər qabın içinə əlavə etdikdən sonra kek qarışımına əlavə edib, taxta qaşıqla qarışdırıb, alt hissəsinə və kənarına yağlı soba kağızı yerləşdirib kek qəlibinə tökün. 

Əvvəlcədən isidilmiş 180 dərəcə sobaya qoyduqdan sonra keksin yanına bir kasa dolu su qoyun. Bu kekin daha yumşaq olmasına kömək edəcək.

Üstü qızardıqda sobadan çıxara bilərsiniz. 

Yumşaq tort keksi (foto resept)

Səslərin sayı: 1
1
1533
loading...
Şərhlər
Offline
Ayla Ayla
Limonlu keksleri sevirem
19 dekabr 2018 22:09
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )