Qadin.NET / Yumşaq tort keksi (foto resept)

Yumşaq tort keksi (foto resept)

 

Tərkibi 

 

4 ədəd yumurta

1 su st toz şəkər

yarım çay st ilıq su

yarım limon suyu 

1 paket qabartma tozu

1 paket şəkərli vanil

2 su st un ( ilk st təpələmə, ikinci st isə 2 barmaq əksik)

Limon qabığının sürtgəcdən keçirilmişi

1 çimdik duz

 

Hazırlanması:

Yumurtaların ağını və sarısını ayırın. Yumurtanın sarı hissəsini toz şəkərlə birlikdə köpürənə qədər sürətlə qarışdırın. Daha sonra içinə yarım limon suyu, qabartma tozu və vanili əlavə edərək taxta qaşıq köməyi ilə yavaş-yavaş qarışdırın.

Ayırdığınız yumurta ağlarını tuz ilə ağ köpük olana qədər çırpın.

Yumşaq tort keksi (foto resept)

Köpük-köpük olan ağ qarışımı digər qabın içinə əlavə etdikdən sonra kek qarışımına əlavə edib, taxta qaşıqla qarışdırıb, alt hissəsinə və kənarına yağlı soba kağızı yerləşdirib kek qəlibinə tökün. 

Əvvəlcədən isidilmiş 180 dərəcə sobaya qoyduqdan sonra keksin yanına bir kasa dolu su qoyun. Bu kekin daha yumşaq olmasına kömək edəcək.

Üstü qızardıqda sobadan çıxara bilərsiniz. 

Yumşaq tort keksi (foto resept)

19 dekabr 2018
GO BACK