Azərbaycanda 15 yaşlı oğlan qeyri-adi biliyi ilə hər kəsi heyrətləndirdi. 10-cu sinif şagirdi Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 10-da keçirdiyi sınaq imtahanından 700 bal toplayıb.
Qadin.Net xəbər verir ki, Fərid Əhmədli lent.az-a müraciət edərək bildirir ki, bu il DİM-in təşkil etdiyi sınaq imtahanlarında 4 dəfə iştirak edib və hamısında da yüksək nəticə əldə edib: "Mən Nərimanov rayonu 45 nömrəli orta məktəbdə oxuyuram. Qiymətlərim həmişə əla olub. Bununla yanaşı əlavə "Hədəf" kursuna da gedib hazırlığımı davam etdirirəm. İstəyirəm ki, iyun ayında keçiriləcək 11-ci siniflərin buraxılış imtahanında iştirak edərək attestat alım. Arzum budur ki IV qrupa sənəd verərək həkim olum".
F.Əhmədlinin atası Əhməd Əhmədov deyir ki, övladında bu cür istedadın olmasını hələ uşaq yaşlarından hiss ediblər: "2-3 yaşlarında olanda onun pazl yığma qabiliyyətini hiss etdik. İstənilən çətin bir pazlı qarşısına qoyan kimi sürətlə yığırdı. Ondan sonra orta məktəbdə ibtidai bazanı qoyduq və məqsəd bu idi ki, 11 illik təhsili daha tez başa vuraq. Artıq 8-ci sinfin sonunda kimya və biologiya fənlərini 11-ci sinif səviyyəsində tamamlamışdı. 9-cu sinfin sonunda da 4-cü qrup ixtisasına daxil olan digər fənləri 11 illik səviyyədə tam səviyyədə mənimsəmişdi. Hazırda isə 10-cu sinifdə oxuyur və istədiyimiz maksimal səviyyəyə çatmışıq".
Ata oğlu ilə bağlı aidiyyəti orqanlardan xahiş edir ki, oğluna iyun ayında keçiriləcək 11-ci sinif buraxılış imtahanlarında iştirak edib attestat almaq hüququ verilsin:
"Mən hər şeyi düzgün başa düşürəm ki, DİM-in keçirdiyi sınaq imtahanları rəsmi olsa da bunun bir hüquqi əsası yoxdur. Amma biz nəticəmizi yalnız sınaq imtahanlarında göstərə bilərdik. Buna görə də sınağa qatılaraq 700 ballıq nəticəni göstərdik. Bu mənim şəxsi fikrimdir ki, 10-cu sinif şagirdinin 700 bal toplaması bizə attestat almaq hüququnu verən bir sənəddir. Düşünürəm ki, bunun qanuni yolu olmasa da xüsusi bir qərarla bu məsələni həll etmək olar. Buna görə də aidiyyəti qurumlara bu məsələdə bizə köməklik göstərmələri üçün müraciət edirəm", - F.Əhmədovun atası bildirir.
O qeyd edir ki, bu il attestat ala bilsələr qarşıda keçiriləcək SAT imtahanlarına qatılmaq hüquqları da olar. Bu məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərovun səyyar qəbulunda da olublar.
Dövlət İmtahan Mərkəzindən məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Cavabda o da qeyd olunur ki, sınaq imtahanları abituriyentlərin imtahana daha da səmərəli hazırlaşmasına kömək məqsədi ilə keçirilir. Buna görə də sınaq imtahanları ali məktəblərə qəbul olmaq və ya attestat almaq üçün əsas deyil.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirdi ki, bunun üçün F.Əhmədov eksternat imtahanlarında iştirak etməli idi: "Artıq imtahanlara az bir zaman qalıb və bu məsələ ilə bağlı vaxtında müraciət etmək lazım idi".
XƏBƏR LENTİ
Körpəyə üzməyi bələkdən öyrədin
Məşhur aktyor gala gecəsinə qatıldı-FOTO
Çürük dişlər bir çox xəstəliklərə səbəb ola bilər
Məhəmməd Peyğəmbərin (s) məzarı köçürülür?
Günün ulduz falı
Qəribəliyi ilə seçilən 6 restoran
İpoteka ilə ev alanlar kimlərdir?
Gökhan "O səs Türkiyə"ni tərk etdi
Mikayıl Cabbarovdan məktəbəhazırlıq qrupları ilə bağlı ƏMR - YENİLƏNİB
Deniz Çakıra 1il həbs cəzası!
Instagram'da mesajlaşma dövrü bitir
“FaceApp”: sizi “qocaldan” proqram təhlükəlidir-FOTO
Qadın əzəmətinin arxasında nə gizlənir?
Əriştəli kek
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
Altsheymer xəstəliyi ilə mübarizədə yeni üsul tapıldı
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ
Gün var əsrə bərabər: Ötənləri yada salaq
6 yaşlı Leyla hər kəsi heyrətləndirdi-FOTO
Yeni qaş trendi: Balıq quyruğu
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Sobada sadə peraşki (foto resept)
Hesabına səhvən 30 milyon köçürdülər - İNDİ QAYTARMIR
Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı başlayıb
Heç görmədiyiniz qəribə meyvələr
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi”
Ana bətni daha dəqiq görüləcək
Ramazanın 25-ci günüС‚ duası
Məhəbbəti necə qoruyub saxlamaq olar?
Xalq artistinin 75 illik yubileyi qeyd olundu
İlham Əliyev bir sıra görüşlər keçirdi
Qara rəngli donlar (2)
Kivi mürəbbəsi (foto resept)
Sabahın HAVAsı
İngiltərədə “super yoluxduran” qadın
Selena Gomez Tarkanın fanatı imiş - FOTO
Həftəsonu Məktəblərdə Dərs Qrafiki- CƏDVƏL
Britni Spirs növbəti ailə qalmaqalına qarışdı
Yaddaş şkalasında yeriniz
Prezident dəyişiklik etdi
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Rahatlıq bəxş edən yataq dəstləri
Tarkanın 4 aylıq qızına bahalı təklif
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
İmplant əməliyyatı etdirənlər üçün vacib məlumatlar
Hava şəraiti kəskin dəyişəcək
Sviten Hokinqin həyat və kainat haqqında fikirləri
Əriyən qar selə döndü, sakinlər təlaşda: bənd hər an partlaya bilər
- ŞƏRHLƏR