Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Şeytanın insanlar üçün qurduğu tələlər (1)

 

Şeytanın insanlar üçün qurduğu tələlər (1)

Bilindiyi kimi şeytan Adəmə səcdə etməklə əmr olunduğu zaman bu İlahi əmrə qarşı çıxmış və : "Çünki mən Adəmdən daha xeyirliyəm" deyərək ona səcdə etməməklə özünün haqlı olduğunu iddia etmişdir. Nəticədə qazandığı cəzaya düçar olmuş, İlahi hüzurdan və cənnətdən qovulmuşdur və bu zaman İblis uca Allahdan özü üçün möhlət verilməsini istəmiş və bu istəyi qəbul edilmişdir. Onun bu istəyini İlahi hikmətinə görə qəbul edən Uca Allah bu zaman onun belə dediyini bizlərə bildirməkdədir : "(İblis) dedi: 'Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!' " (Əraf surəsi, 16-17).

Bax, Allahın düşməni özünə möhlət verildiyini anlayınca Adəm oğullarına düşmənliyini belə ifadə etmiş, Allahın doğru yoluna oturub bütün gücü ilə insanları bu doğru yoldan azdıqmaq üçün çalışacağını, heç bir zaman bu çalışmalarına ara vermədən davam edəcəyinə "and içərək" bildirmişdir. İbn Abbas, ibni Məsud, Cabir və Mücahid kimi İslam böyüklərinin bildirdikləri kimi, müsəlmanların Allahın Kitabı, haqq yolu və dini olan İslam ilə əlaqələrini zəiflətmək üçün hiylə və vəsvəsələrinə davam edəcəyinə and içmişdir

Şeytanın insanlar üçün qurduğu tələlər (1)

Şeytanın insan üçün qurduğu tələlərdən birincisi:

Əslində Allahın və möminlərin düşməni olan şeytanın tələlərindən biri: İnsan övladını aldatmasıdır. Belə ki, insana zərərli olan bir şeyi və ya bir işi, ona faydalıymış kimi təşviq edər və insanı ora doğru sürükləyər. Sonra da durar, insanın fəlakətinə gülüb şadlanar. Ona oğurluq, zina və adam öldürmə kimi neçə-neçə günahları işləməsi üçün bütün gücü ilə təşviq edər, onu belə günahlı və fəlakətli yollara sürər, sonra da onun aqibətinə sevinər. Bunu biz Uca Rəbbimizin Kitabından öyrənmişik. O, bir ayədə belə buyurur: "O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: 'Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!' Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: 'Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!' - demişdi" (Ənfal surəsi, 48)

Bilindiyi kimi şeytan Bədr döyüşündə müşriklərə Suraka bin Malik surətində görünmüş, onlara yönəlib: "Gedin, savaşın! Mən sizinlə bərabərəm, övlad və uşaqlarınıza gələn zərər və fəlakətlərə qarşı sinə gəlib sizə arxa olaram", deyərək onları aldatmışdır. Allahın əsgələri olan mələklərin Rəsulallaha (s.ə.s) və onun ordusuna yardım etmək üçün endiklərini gördükdə qaçıb oradan uzaqlaşmış və onları tək başına buraxmışdır. Rəsulallahın (s.ə.s) şairi bir şerində bu hadisəni dilə gətirmişdir.

Şeytanın qadınla zina etməsi üçün aldatdığı rahibə etdiyi də bunun misalıdır. Əvvəlcə qadına zina etməsi, sonra onu və uşağını öldürməsi üçün aldadan şeytan sonra qadının əqrəbasını rahibin üzərinə göndərərək rahibi ölümlə buraxmış, ölüm vaxtı da onu qurtarmağı bəhanəsi ilə ona səcdə etməsini əmr etmiş, sonra da onu buraxıb qaçmışdır. Yəni o qədər günahlar etməyə vadar etməsi bəs deyilmiş kimi son nəfəsində onu özünə səcdə etdirərək rahibin kafir olaraq ölməsini təmin etdikdən sonra oranı tərk etmişdir. Bax, onun işi budur, belədir. Hadisə ilə əlaqəli olan ayələrdə belə buyrulmuşdur: "(Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana: 'Kafir ol !' - deyər. (İnsan) kafir olan kimi (Şeytan onu qoyub qaçaraq): 'Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!' - deyər" (Həşr surəsi, 16). Ayənin enmə səbəbi hər nə qədər də olsa, xüsusidirsə, ifadə etdiyi məna ümumidir. Yəni şeytan onu dost edib hiylələrinə aldanan bütün insanlara belə edər. Onları günah və küfrə sürükləməyə çalışar, bunun baş verməsi üçün tələlər qurar. Ən sonda da bütün dostlarından uzaqlaşar, "mən sizin hamınızdan uzağam" deyər və çıxar. Necə ki, axirətdə də bütün dostluq və düşmənliklərin əsas mahiyyəti meydana çıxınca öz dostlarına belə söyləyəcəyini də Quranımız xəbər verməkdədir: "Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim)" (İbrahim surəsi, 22).

Şeytanın işi-gücü şeytanlıq olduğu halda "Mən Aləmlərin Rəbbi olan Allahdan qorxaram" deməsi barəsində alimlər bəzi açıqlamalar vermişlər. Qatadə və İbn İshaq "Allahın düşməni olan şeytan, "Mən sizin görmədiyinizi görürəm" deyərkən doğru söyləmiş olması ilə bərabər, "Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" deyərkən yalan söyləyirdi. Çünki o, Allahdan qorxan deyil" söyləmişlər.

Alimlərimizdən bəzilər də : "şeytan dini və mənəvi baxımdan Allahdan qorxmayan olsa da, Allahın əzab və cəzasının gəlməsindən qorxa bilər. Necə ki, hər hansı bir kafir və ya müşrikin, qəlbində dini mənası ilə Allahdan qorxusu olmamaqla bərabər, hər hansı bir kimsə tərəfindən öldürülməkdən qorxduğu kimi Allahdan bir əzab və cəza gəlməsindən qorxmuş da ola bilər. Bunun isə dini, imani bir mənası yoxdur" demişlər. Doğru olan da bunun olmasıdır. Necə ki, Ata, Zəccac, əl Ənbari kimi alimlərimizin sözləri də bu mənanı dəstəkləyir.

 

...Ardı var...

 

 

Səslərin sayı: 0
0
255
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır