Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

Savadsız vətəndaşın ziyalıya məktubu

 

Savadsız vətəndaşın ziyalıya məktubu



 

Salam mənim əzizlərim. Salamımı elə - belə nəzakət xatirinə söyləmirəm, siz də könülsüzcə salam deyib keçməyin. Vaxtınızın bir hissəsini mənə ayırın, nə olar. Məsləhətinizə ehtiyacım var.

Məni niyə unudursunuz. Nə olar savadsız olanda. Axı biz ki, eyni millətin övladlarıyıq. Məni niyə ələ salırsınız. Savadsız adamam, dünyanın işlərindən başım çıxmır. Başımı aşağı salıb iş- gücümlə məşğulam. Sizin bildiklərinizi mən bilmirəm. Buna görə mənə gülməyin. Bir yol göstərin, məsləhət verin. Bu savadsızlıqdan qurtulmaq üçün nə etməli olduğumu başa salın.

Bir ara qarşıma məqsəd qoydum ki, necə olur olsun dünyagörüşümü artıracam, hamı kimi dünyada nələr baş verdiyindən xəbərdar olacam. Bu məqsədlə hər gün televizora baxmağa başladım. Səhərdən axşamacan ekranın qarşısından əl çəkmədim. Dedim görüm dünyagörüşüm zənginləşəcəkmi? Amma vallah günlərimi havayıdan sərf etdiyimi bir ay tamam olanda bildim. Bir ay boyunca ya çalıb – oxumaq, ya da adamı o ki, var ağladan verilişlərdən başqa heç nə görə bilmədim. Çalıb- oxumağı elə qonşu- qohumun xeyir işlərində də görürəm də. Bununçün daha niyə işimi- gücümü atıb televizora baxım. O ağlamalı verilişləri də niyə zəhmət sərf edib çəkirlər. Onsuz da onu da hər gün yaşayırıq. Hə, bir də tez- tez hansısa olkədə çoxlu adam öldüyünü göstərdilər. Onun arxasınca da studiyada xörək hazırlayırdılar . Düzü elə bildim o ölənlərə ehsan üçün edirlər bunu. Qonşuluqdakı müəllimə məni başa saldı ki, bunun nə acından ölənlərlə, nə də müharibədə öldürülənlərlə heç bir əlaqəsi yoxdur. Ay əzizlərim, o qırdıqları kimlərdir? Bəs niyə sakit durmusunuz? Mənim heç nədən başım çıxmır, bəs siz niyə susursunuz? Dünyadakı bu qədər adamlar niyə qırılanlara və dağıdılan yerlərə görə etiraz etmirlər? Bir dəfə də gördüm ki, uşaqları bir yerə yığıb nəsə şənlik edirlər. Mən yenə bilmədim bu nə olan şeydir, o qonşu müəllimə dedi ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Amma digər bir kanalda səfalət içində yaşayan müdafiəsiz qalmış uşaqları görüb heç nə başa düşə bilmədim. O dənizin qırağında qalmış uşaq meyidini görəndə dedim ki, kaş dünyada uşaqların müdafiə günü olduğunu hələ də bilməmiş olaydım.

Əvvəlki oxuyanlar varıydı ey, mahnıları ilə yaşamaq eşqimiz artırdı , daha onlar da görünmürlər ekranda. Dünyasını dəyişəndə nə olar barı lentlərini göstərələr. Kimdisə vallah tanıya bilmədim oxuduğunu başa düşə bilmirəm, deyirlər azərbaycanca oxuyur. Amma nə qədər qulaq asıramsa cümləsinin nə əvvəlini , nə də axırını tuta bilmirəm. Oxuduğundan çox oynayır. Uşaq da mənə deyir ki, sən geridə qalmısan. Nə qədər irəli çıxmaq istəyirəmsə vallah, bir yol açan olmur ki, irəli gedim. Başınızı niyə ağrıdım, televizordan heç nə öyrənə bilmədim. Qonşu müəllimə dedi ki, qəzet oxu, dünyada və olkəmizdə baş verənlərdən xəbərin olsun. Ölüm – zülüm öyrəndiyim hərflərin səbəbinə on – on beş qəzet oxudum. Gördüm ki, burda da televizordakı kimidir hər şey. Ya bir – birilərini asıb – kəsirlər , ya da eləcə müharibələrdən yazırlar. Hər qəzet bir şey yazır. Mən savadsız adamam nə bilim ki, bunun hansı düzgün yazır. Qəzet oxumağa da həvəsim öldü. Hə ümidim qaldı bircə o müəllimənin sonuncu məsləhətinə. Dedim elə hamı bir- birinə kitab oxu deyir, bəlkə, bunun dünyagörüşümə bir köməyi oldu. Beləliklə ədəbiyyat axtarışına çıxdım. Dedim görüm indiki zamanda ədəbiyyatda nə var, nə yox ? Başladım eyni ölkədə, eyni dildə və eyni əlifbada yazan yazıçıların əsərlərini oxumağa. Yəni müasir Azərbaycan ədəbiyyatına ümid etdim. Qonşu müəllimə sağ olsun mənə həmişə kömək edir.O dedi ki, indiki yazarları facebookdan oxu. Özü də oradan necə istifadə etməyi də öyrətdi. Vallah nə qədər ələk – fələk elədimsə elə buranı da qəzetlərdəki kimi qarışıq gördüm. Bütün yazıçılar bir – birini təhqir edirlər. Biri deyir ədəbiyyat mənim yazdıqlarımdır, o biri deyir yox müasir ədəbiyyatı mən yaradıram. İndi mən kimin yazdıqlarına inanım ay başınıza dönüm ?

O şeirlər var ey həmişə oxuyurduq, yaxşı hikmətli sözlər deyirdilər bax onlardan oxuyuram, mənə gülürlər, indi yazdıqları şeirləri də vallah əzbərləmək olmur elə bil söhbət edirsən. İndi mən neynəyim ? Nə oxuyum ki, bir az maariflənim? Bu savaşanlar bilmir ki, onların davasından oxucular əziyyət çəkir. Ədəbi yazıları oxuyanda elə bilirsən ki, bunu başqa xalqın nümayəndəsi yazıb.Heç bizim yazılara oxşamır.

Vallah çoxunu heç başa düşmürəm. Deyirlər ədəbiyyatımız da parçalanıb. Ürəyim ağrıyır. Parçalanmaq bu Vətənin alnına yazılıb elə bil. Hər yeri, hər şeyi parçalanır. Bu dərdlərin hamısına dözərəm, bircə hökumətimizin parçalanmasına dözəmmərəm. Siz, Allah, qardaşlarım, bacılarım, nə olar, hamınıza yalvarıram, bircə dövlətin parçalanmasına razı olmayın. Dövlətimiz var olsa o biri problemlərimizi yoluna qoyacağıq. Özü də deyirlər dövlətimiz müstəqil imiş. Daha Allahdan nə istəyisiniz. Bizə qalır bircə bu azadlığı qorumaq.

Anam həmişə atamdan inciyəndə deyirdi ki, “ bir ana , bir bacı gərəkdir məni ağlamağa. “İndi vallah bizim Vətəni də, ədəbiyyatımızı da, bir sözlə; hər şeyimizi ağlamağa bir canıyanan lazımdır. Oturub ağı deyib də hönkür – hönkür ağlamağı demirəm ey ... ayrı cür ağlamağı nəzərdə tuturam. Savadsızam fikrimi izah edə bilmirəm özünüz tapın bu ağlamağın necə ağlamaq olduğunu.

Pərvanə Bayramqızı

06.01. 2018

Səslərin sayı: 2
5
204
Digər yazılar
Şərhlər
Offline
Parvana Bayramqizi
Doğrudan, vəziyyət elə də ağlamalı deyil?))))
6 yanvar 2018 21:21
Offline
Emma Svon
Bir ay boyunca ya çalıb – oxumaq, ya da adamı o ki, var ağladan verilişlərdən başqa heç nə görə bilmədim. Çalıb- oxumağı elə qonşu- qohumun xeyir işlərində də görürəm də. Bununçün daha niyə işimi- gücümü atıb televizora baxım. O ağlamalı verilişləri də niyə zəhmət sərf edib çəkirlər. Onsuz da onu da hər gün yaşayırıq.


Facebook səhifəsində bu xəbəri gördüm. Tv- aparıcılarımız da ağlamalı gündədi.
6 yanvar 2018 17:30
Offline
Iceberg
Məncə vəziyyət elə də ağlmalı deyil ))
6 yanvar 2018 16:40
imza: shafaabdulla.blogspot.com
Offline
Parvana Bayramqizi
O ziyalının yerində olmaq, vətəndaşın dediklərini həyata keçirmək....
6 yanvar 2018 15:50
Offline
Xəyalə Murad
O "savadsız" əlində güzgü tutub qarşımızda dayanıb. Bizi bizə göstərir. Səhvlərimizi, düzlərimizi... Sillə təsiri verir.
6 yanvar 2018 13:48
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır