Natella Osmanlının müsahibələrinin birində ən çox sevdiyi roman qəhrəmanlarının kim olduğu cavabına “Əcəl Zəngi”nin Robertini misal gətirdiyini oxumuşdum. Maraqlıydı Robetin kişi xarakteri...
Sonralar Heminqueydən iki kitabı axarlı şəkildə oxusam da, onun “Əcəl Zəngi”ni oxumaq üçün çox səbr etməli oldum. Kitab haqqında çox ziddiyətli fikirlər eşitmişdim, kimisi “əsl vaxt itkisidir”, kimisi “çox gözəl əsərdir” dedi. Öz rəyimi bilmək üçün ən yaxşısı əsəri oxumaq qərarına gəldim. Kitab həddindən artıq ağır yazılıb. Müəyyən dialoqlar var ki, mən orda kimin kim olduğunu qarışdırırdım. Ümumiyyətlə bir nüansı qeyd etmək istəyirəm ki, Heminqueyin əsərlərini oxuyan zaman mən özümü hadisələrin içində canlı olaraq görə bilmirəm, amma Den Braunun əsərlərini oxuyanda sanki hadislərin içində oluram. Bu baxımdan Heminqueyin yazı üslubunu çox bəyənməsəm də oxuduğum hər üç əsərini bəyəndim.
Üçüncü müraciətim “Əcəl Zəngi” oldu. Kitabı oxumamışdan öncə əcəl zənginin kimin üçün çalındığını düşünürdüm?. Romanı oxuyan zaman aydın oldu ki, əslində romanın adı əsərin əvvəlində epiqraf kimi verilmiş XVII əsr keşişi, ingilis şairi Con Donnun moizəsindən götürülüb.
Konstantin Simonovun romana giriş yazısından belə aydın olur ki, Heminquey rusları daha çox sevib və onun öz sözüylə desəm “dərhal” bu əsərin rus dilinə tərcümə olunmasını istəyibdi.
“Əcəl zəngi” romanının əsas və təyinedici cəhəti – Heminqueyin faşizimlə barışmaz və fəal nifrətidir.
Romanda cavan amerikan, ispan dili müəllimi, Robert Cordanın İspaniya vətəndaş müharibəsində partizan dəstələrinə kömək etməsindən danışılır. Partladıcı-ekspert kimi ona körpünü partlatmaq tapşırılır. Çoxlarının təriflisi olan Robertin xarakteri ilə tanış oldum və bu mənim üçün də tərifli bir obraz oldu. Düşünürəm ki, hər bir kişidə olması vacib olan xüsusiyyətlər məhz Robertdə var idi.
“Demək olar ki, mən inandığım məqsəd uğrunda vuruşmuşam”. Əgər biz burada qalib gəlsək, onda hər yerdə qələbə çalacağıq. Dünya yaxşı yerdir və onun uğrunda vuruşmağa dəyər və mən onu tərk etmək istəmirəm” – deyə Robert düşünürdü.
Müharibənin fonunda Robertlə Mariyanın sevgisindən də bəhs olunur. Robertlə Mariyanın arasındakı sevginin təfərrüatları çox açıq şəkildə təsvir olunubdur. Amma bu hissi mən romanda iki gəncin təmiz, saf, qarşılıqlı məhəbbətini əks etdirən xeyirxah məvhum kimi qarşıladım.
Heminquey romandakı Mariyanı təsvir edərkən İnqrid Berqmanı təsəvvür etdiyini deyirmiş. Üç ildən sonra İnqrid Berqman eyniadlı filmdə Mariya obrazını canlandırmışdır.
“Robert və Mariyanın faciəli məhəbbətinə həsr olunmuş səhifələr Heminqueyin bütün yaradıcılığında ən güclü, ən yüksək, ən saf və təmiz səhifələridir” – deyirdi Konstantin Simonov.
Əsərdə mənim üçün maraqlı olan obrazlardan biri də Pilar oldu. Bu Pilarda Paulo Koelhonun Rio-Pyedranın sahilində oturub ağlayan Pilarının xüsusiyyətlərini axtarsam da, tapa bilmədim bu tamam başqa bir Pilar idi.
Əcəl zənginin harayını eşidəndə soruşmayın kimdir dünyadan köçən? Elə özümüzük…
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ən böyük başlı qız bəladan qurtuldu
Martda çox isti olacaq
Pulu hansı cibinizdə saxlayırsınız?
HAVA necə olacaq?
Azərbaycan Kuboku canlı yayımda
"Şən uşaqlar" - içlikli pomidorlar (foto resept)
Bakının tramvay keçəcək ünvanları məlum oldu - SİYAHI + RƏSMİ
Qeyri-adi dekorasiyalar
Kraliça II Yelizaveta Keyti mükafatlandırdı
Cemli rulet (foto resept)
Məşhur aktrisa ana olacaq-FOTO
Qat-qat xəmirdən pendirli-şüyüdlü ruletlər(foto resep)
Həkim xəbərdarlığı: körpələrə bal verməyin!
Beyonsedən qızının adına görə 10 milyon dollar istənildi - FOTO
Bu şəxslərə ŞAD XƏBƏR - Hər birinə bu qədər PUL VERİLİR
“TikTok” rəhbərliyindən Trampa cavab
Mikroskopla çəkilmiş şəkillər
Bananla hazırlaya biləcəyiniz 3 maska
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
Qəhvə içmək ölüm riskini azaldır
Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti
Şəhid ailələri üçün “Qaçqınkom”un nazirliyə verdiyi mənzillərin ünvanları - SİYAHI
İlham Əliyevin sənət adamlarının təkliflərinə cavabı
"Azərbaycan coğrafiyası" dərsliyi ləğv olunur...
Peyğəmbər Əfəndimizin (s.ə.s.) möcüzələri
İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım
Oktyarbr ayı üçün bayram və tarixi günlər
Artur Rasizadə qanunu dəyişdi
Millət vəkili xəyanətdən yazdı
Azərbaycan qadınlarının sayı açıqlandı
500-700 bal toplayan abituriyentlərin sayını AÇIQLANDI
Saxta ətirlər xəstəliyə səbəb ola bilər
Audi A1-i bolidə döndü - FOTO
Bundesliqada XVI tura start verildi
Ağzı açıq yatanlar bu yazını oxusun
ƏFSANƏ tortu (foto resept)
Mətbəximizin möcüzəsi
Azərbaycan avtomobil idxalını azaldıb
Uzun donlar
Süd,bal və kələm
Sərdar Ortaç qəza keçirmiş xanımı haqqında danışdı-FOTO
Faydalı məsləhətlər
Evdə hazırlanan maskalar
Məşhur aktrisa hamilədir
Qadınlar haqqında deyilmiş aforizmlər (3)
Sizi sevdiyini göstərən 6 əlamət
Ordumuzun snayper qadınları
Cennifer Lopez son paylaşımı ilə Diqqət Çəkdi-FOTO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - FOTO