Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:00Feride Hamiya salam!Necesiz 10:33Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlər!
40179

Tezliklə ayrılacağınızın 5 əlaməti

TEZLIKLƏ AYRILACAĞINIZIN 5 ƏLAMƏTI.


MÜNASIBƏTLƏRINIZIN MÖHKƏMLIYINI BIR DAHA YOXLAMAQ ŞANSI


Son zamanlar Sizə yaxın olan insan Sizə qarşı soyuq davranır?

Siz isə ondan tezliklə evlənmək tətlifi gözləyirsiniz!

Hansı addımları atmalısan?

Yaxşı olardı ki, seçimi xanım etsin: münasibətlərə birinci son qoyub, onunla ayrılsın, və ya dostunun sərt qərarını gözləsin.
Birinci variantda xanım özunu təhqir edilməkdən qoruyub, qürur hissi ilə "Əlvida" deyə bilər.
İkinci variantda - itaətli qadın kimi nə vaxt onu yola salacaqlarını gözləməlidir.
Psixoloqlar Sizi yalnız xəbərdarlıq edir.
"Qaçaqı" müəyyən etmək üçün onun davranışının 5 əlamətini təqdim edirlər.

1-CI ƏLAMƏT - TELEFON ZƏNGLƏRI AZALIR.
Hələ bir qədər əvvəl dostun Sənə gündə bir-neçə dəfə zəng vururdu: səbəbli-səbəbsiz. İndi isə demək olar hec yada düşmürsən. Soruşanda səbəbini, eşidirsən: "Vaxtım yox idi", "Çox yorğunam" və s.

BU NƏ DEMƏKDIR?
Sənə qarşı ilk marağı sönüb. O, hiss edir ki, Sən münasibətlərinizin davamı olaraq, ondan nəsə ciddi bir addım gözləyirsən. Dostun isə subaylıq həyatını hələ doyunca yaşamayıb. Cıddi əlaqəyə özünü hazır hesab etmir. Amma Səndən də ayrılmaq istəmir və hərdənbir zənglərilə onu hələ də gözlədiyini yoxlayır.

SITUASIYADAN ÇIXIŞ YOLU
Onun üçün əlçatmaz ol! Qoy o, hiss etsin ki, sənin işin başından aşır. Güman etmək olar, ki bu hərəkətlərinlə Sən onun diqqətini cəlb edə bilərsən.

YALNIŞ MÖVQE.
Tez-tez ona zəng vurub "itməsinin" səbəbini inadkarlıqla soruşmaq. Hədə-qorxu gəlmək, ultimatumlar qoymaq, bütün bu kimi hərəkətlər, səni ondan daha da uzaqlaşdıracaq.

2-ci ƏLAMƏT - DOSTUN SIZIN GƏLƏCƏK HƏYATINIZ HAQQINDA AZ SÖHBƏT SALIR.
Demək olar ki, Sən onun gələcək planlarına aid deyilsən. Söhbətdə o, yalnız öz işləri, dostları haqda danışır. Sanki, sən onun həyatında yoxsan.

BU NƏ DEMƏKDIR?
Onun həyatı, yaxın və uzaq gələcəyi artıq planlaşdırılıb. O, Sənə qarşı heç bir məsuliyyət daşımaq istəmir. Dostun sadəcə yeniliklərdən qorxur.

SITUASIYADAN ÇIXIŞ YOLU
Çalışın hələlik həyatınızı onsuz yaşayasınız. O, hiss etməlidir ki, Siz onsuzda çox gözəl, maraqlı gün keçirirsiz.

YALNIŞ MÖVQE.
Yalvarmaq, dəqiq tələb etmək mənasızdı. Ən böyük səhvdə onda olar ki, Siz toyunuz haqqında söhbət açasınız. Bu mövzudan sonra o, burdəfəlik itəcək.

3-cü ƏLAMƏT 
Dostun Ailəli Tanişlarini Misal Çekərək Evlilik Həyatının Zülmləri Haqqinda Tez-Tez Söhbət Salir. "Subayliq sultanlıqdır" məsəli dilindən düşmür.

BU NƏ DEMƏKDIR?
Bəzi kişilər üçün "Azadlıq", "Əlvida" sözünün sinonimidi. Amma belə də olur ki, həyatınız artıq bir-birinə o qədər sıx hörülüb ki, səxsi maraqlarınıza her qalmır. Bax elə bu zaman ikinizdən biri "boğulmağa" başlayır. Məhəbbət azad olmalıdır. Əgər siz dostunuz üçün dəyərlisizsə o, mütləq sizin sevginizi yüksək qiymətləndirəcək.

SITUASIYADAN ÇIXIŞ YOLU
Münasibətlərinizi sadələşdirin. Hər ikiniz müstəqil olun. Onsuzda Siz onu ailə qurmağa məcbur edə bilməyəcəksiz. Evliliyi hər iki unsan istəməlidi. Qadın gərək səbirli, təmkinli olsun. Kişilər tələsməyi sevmir, onlar daha tez təlaşa düşürlər və situasiyadan qaçırlar.

YALNIŞ MÖVQE-İnadkarlıqla tələb etmək.
Bir çox kişilər üçün tələbin məzmununun fərqi yoxdur. Hər tələbə, tə'kidə - o YOX deməyə hazırdı. Ona görə müdrik olun! Sualları ötəri yolla, sakit tərzdə verin.

4-cü ƏLAMƏT - SƏN ONU QICIQLANDIRMAĞA BAŞLAYIRSAN
Gözlənilmədən Sənin hər bir hərəkətin dostunu qıcıqlandırır. Nə vaxtsa ona xoş gələn sözlər, ədalar, indi onu özündən çıxarır. Tez əsəbləşir, hövsələsiz olur.

BU NƏ DEMƏKDIR?
O sizin münasibətlərdən yorulub. Çox vaxt kişilər qəstən aqressiv davranmağa başlayırlar ki, xanım özü ayrılmaq qərarını versin. Və bununla situasiya öz-özünə həll olsun.

SITUASIYADAN ÇIXIŞ YOLU
Əgər özünə inanırsan tənqidi ciddi qəbul etmə. Amma nəzərə al ki, bu fakt təhlükəlidir və münasibətlərinizin uçmaq qorxusu günbəgün artır. Bəlkə O Sənin tayın deyil? Deyiblər: "Gedəni saxlamazlar".

YALNIŞ MÖVQE.
Ağlayıb, hər dəfə, onun fikrincə, "səhv" hərəkətlərinə görə üzr istəmək - bununla Sən yalnız özünə əziyyət verəcəksən.

5-ci ƏLAMƏT - SƏN AYRILACAĞINIZI HISS EDIRSƏN
Güclü hissiyatın səni heç vaxt darda qoymayıb.

BU NƏ DEMƏKDIR?
Və indi də, sənin fikrincə, sən çox aydın ayrilacağinizi hiss edirsən.

SITUASIYADAN ÇIXIŞ YOLU
Səmimi söhbət etməyə cəhd elə. Ondan problemləri haqqında ətraflı soruş. Amma sorğu-sualında həddini bil. Əks halda dostun elə başa düşə bilər ki, Sən onu kəməndə salmaq istəyirsən. Nəticədə qaçışını sür'ətləndirər.

YALNIŞ MÖVQE - Öz hissiyatınıza 100% inanıb münasibətləri kökündən qırmaq.
Bəlkə bu Sizin həyatınızın ilk və son sevgisidi. Kobud, sərt qırılmış əlaqəni bərha etmək çox çətin olur, bəzən isə mümkünsüz. Qərar verməyə tələsməyin!

Sizə uğurlar.

Həmişə sizi düşünən Sizin psixoloq.

Səslərin sayı: 11
35
9860
loading...
Şərhlər
Offline
Mələksima
YALNIŞ MÖVQE - Öz hissiyatınıza 100% inanıb münasibətləri kökündən qırmaq.
Bəlkə bu Sizin həyatınızın ilk və son sevgisidi. Kobud, sərt qırılmış əlaqəni bərha etmək çox çətin olur, bəzən isə mümkünsüz. Qərar verməyə tələsməyin!
25 aprel 2015 01:07
Offline
Xanim_Xatun
BU NƏ DEMƏKDIR?
O sizin münasibətlərdən yorulub. Çox vaxt kişilər qəstən aqressiv davranmağa başlayırlar ki, xanım özü ayrılmaq qərarını versin. Və bununla situasiya öz-özünə həll olsun.
28 mart 2015 14:34
Offline
♥ﷲ Sevda Memmedova♥ﷲ ◕
Men sevdim agladim gece gunduz ama deymezmis bir oglan ucun aglamaq deymez
10 aprel 2014 17:12
Offline
Qəribə
Cox saqolun.
19 mart 2014 11:20
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
איסון ממדוב.
Bu xeber esasen subaylara aitdi cox saqolun
1 mart 2014 10:43
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
♥NiLuFeR♥
XEBER MUELLIFINE TEWEKKURLER
13 fevral 2014 21:46
Offline
Huseynova Nigar
eger bir insaniki sevmedin ,sonradan ne qeder calisirsan calis sevmeyi bacarmazsan..... ALLAH HEC KIMI SEVMEDIYINE MECBUR ETMESIN INSALLAH....cox aileler hele de sevgi olmadan qurulur
20 avqust 2013 17:45
Offline
Samir Aliyev
bele sebebler gosetrmekdense qisa ve konkret oturub daniwmaq daha yaxsidi.yeniki ayriliq qerari almaq
20 avqust 2013 17:29
Offline
BELLA
subay xanimlarimiz meslehet axtarirlar baezen.ele bunlari oxusalar yaxsi olar.tesekkür
31 oktyabr 2012 00:38
Offline
Nazli.A( Kerim ve Medinem)
hec bir kiwiye gore aglamaga deymez,tewekkurler
17 oktyabr 2012 16:51
Offline
ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ
Subay qizlarimiza daha lazimli ve geniw movzudur
17 oktyabr 2012 16:47
Offline
ancela-ela
tesekkurler
24 yanvar 2012 00:19
Offline
gunay
salam ALLAH hec kimi sevdiyindan ayrilmasin bu cox catindi va birda ALLAH vafasiz oglanlarin urayina insaf salsin ki qizlarin qalbiyla oynamasin onlari gozuyasli buraxmasin
23 dekabr 2011 22:56
Offline
Kunu Emka
hec bir oglana gore goz yasi tokmeye deymez. winked
19 dekabr 2011 15:13
Offline
Lalelik
Heytada sen sevdiyine yox, seni sevene deyer verib, hormet etmelisen. Yada sevdiyine cox sevdiyini gostermemelisen, qoy her zaman cekinsinki her zaman seni itirmek tehlukesi var, arxayinlawmasin.
1 dekabr 2011 13:23
Offline
test
QIZLAR HEC BIR KISIYE GORE AQLAMAQA DEYMEZ OZUMUZU ALCATMAYAQ BIZ OZUMUZU ZEIF GOSDERDIYCE BEZI KISILER QUDURUR am
1 noyabr 2011 12:33
Offline
J e a l o u s y
Bir sozle kisilere inam yoxdur.Aldanmayin qizlar!!!
26 oktyabr 2011 00:47
Offline
Flowers
yene de her şey her ikiisnen asilidir
23 oktyabr 2011 21:14
Offline
Aynur
geden getsin .. onun arxasinca aglamaga deymez.. ancaq Allah hec kime qismet elemesin Amin
28 sentyabr 2011 23:10
Offline
1
ALLAH UZAQ ELESIN AYRILIGI HAMIDAN
29 avqust 2011 22:15
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Klip çəkirdi intihar etdi-VİDEO

    Məncə cinayətdir. Hər kimsə klipin sujetinə əsasən rekvizit silahdan atəş açılacağını təxmin edib əsil güllə qoya bilərdi.
  • Məşhur proqnozçudan BÖYÜK ZƏLZƏLƏ xəbərdarlığı-2 gün sonra

    Hugerbitsin Yutub kanalında yayımlanan videosunda qeyd olunub ki, Türkiyə vəziyyəti diqqətli şəkildə izləməlidir, 7 və ya 6 baldan yuxarı zəlzələnin baş vermə ehtimalı yüksəkdir. Seysmik aktivlik cəhətdən xüsusən Aralıq dənizi bölgəsinin fərqlənəcəyi bildirilib.
  • “Xaç atası” filmindəki ev satılır-FOTO

    280 kvadratmetrlik 4 otaqlı malikanə 1940-cı ildə tikilib və ingilis stilində dekor edilib.
  • 13:01 - Müəllif: Feride
    Cenifer Lopezdən stil dərsləri (1)

    Cenifer Lopezdən stil dərsləri

    Bu qadin cox gozeldi ne geyinmek laz geldiyin de bilir
  • Qiyamətdə "dağılmayacaq" anbar evlər -FOTO

    Qiyametden hec kim qaca bilmez
  • Sərdar Ortaçın xanımı məhkəməlik oldu-SƏBƏB

    Bu aralar abort etdirmə xəbəri ilə gündəmdən düşməyən Xloe bunun şayiə olduğunu iddia edib. Amma bir aparıcı onun səsini yazdığını, hər şeyi etiraf etdiyini deyibş
  • Klip çəkirdi intihar etdi-VİDEO

    Belə ki, o, özünü klip çəkdirən zaman rekvizit kimi istifadə olunan tapançadan atəş açıb. Açılan güllə onun başına tuş gəlib. Castin hadisə yerində vəfat edib.
  • Müsəlman cəhənnəm əzabı çəkərmi?

    "O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!" (İnfitar 82/19)
  • 18:57 - Müəllif: Ayla Ayla
    2019 Bahar Dəbi (3)

    2019 Bahar Dəbi

    Sarının hər tonu bahar aylarının sevimlisi olacaq.
  • İtkin düşmüş gəmi tapıldı-77 il sonra

    Sualtı qayıq 77 il sonra tədqiqatçılar tərəfindən Finlandiya körfəzində tapılıb. Araşdırmalar zamanı məlum olub ki, sualtı qayıq top gülləsi dəydiyi üçün batıb. Hazırda araşdırmalar davam edir.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!