"Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiyanın Azərbaycana münasibətinin sonuncu göstəricilərindən biridir. Azərbaycan nə qədər Rusiya ilə yaxın qonşuluq münasibətlər qurmaq istəsə də, belə münasibətlər qursa da, Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir, Azərbaycana qarşı ən sərt addımlar atmaqdan belə çəkinmir".
Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirən millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
F. Mustafa bildirib ki, bu qüvvələr, ümumiyyətlə, Azərbaycanın maraqlarına xidmət edən hər hansı qurumun Rusiyada fəaliyyət göstərməsini istəmir: "ÜAK-ı birbaşa Kremldən idarə olunan, Kremlin istəyini həyata keçirən bir qurum kimi görmək istəyirlər. Təbii ki, ÜAK onsuz da həmişə Rusiyada mövcud hakimiyyəti dəstəkləyib, Kremlə konflikt yaradacaq hər hansı addım atmayıb. Amma belə görünür ki, onlar daha çox özlərinə bağlı, birbaşa Azərbaycan qarşı danışa biləcək qurum istəyirlər. Yəni baxışlarda ziddiyyət var. Belə bir addımı atmaqla birbaşa Azərbaycan dövlətinə qarşı münasibətlərini ortaya qoyublar. Bu münasibətlər də hər halda yaxşı istiqamətdə inkişaf etməyəcək. Azərbaycan hakimiyyəti Rusiya tərəfinə narazı olduğunu çatdırır, Azərbaycan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğvinə kifayət qədər həssas yanaşır. Ola bilsin ki, yaxın zamanlarda bu narazılıq ifadəsi Rusiyanın müəyyən dərəcədə yenidən düşünməsinə səbəb ola bilər və onlar bu mövqedən geri çəkilə bilərlər".
Millət vəkili ÜAK-ın qeydiyyatının ləğvinin hüquqi yox, siyasi addım olduğunu vurğulayıb: "Bu qərar siyasi qərar olmasaydı, Rusiyada yaşayan bir etnik toplumu təmsil edən təşkilatın bu dərəcədə incidilməsinə yol verilməzdi. Çünki hər bir qüvvə, ölkədəki etnik komponentlə müəyyən dərəcədə danışıq, davranış üslubu var. Həmin etnik toplumu incidəcək addımı atmaq heç bir halda hakimiyyətin xeyrinə deyil. Milyondan artıq azərbaycanlının yaşadığı bir yerdə hakimiyyətin bu addımı atması ən azı özünə xeyirli deyil. Belə bir siyasi qərarı həyata keçirmək əslində dar düşüncənin məhsuludur".
Politoloq Qabil Hüseynli isə APA-ya açıqlamasında bildirib ki, belə bir addım atılması ermənipərəst mövqedən irəli gəlir, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışır: "Son bir neçə aydır ki, Rusiya ermənilərə xoş gələn ərməğanlar edir. Rusiya-Ermənistan silahlı qruplaşmasının yaradılması və erməninin komandir təyin edilməsi, Ermənistana "İsgəndər" raketləri də daxil olmaqla, pulsuz böyük miqdarda müasir silah və sursat verilməsi bu sıradadır. Üstəlik, sanki Ermənistana diqtə edilir ki, danışıqlar prosesindən geri çəkil. Danışıqlar prosesi bu gün demək olar ki, durğunluq dövrünü keçirir. Bu azmış kimi, Ermənistan müharibə ritorikasını daha da artırıb, Azərbaycanı təhdid və şantajedici bəyanatlarla hövsələdən çıxarmağa çalışırlar. Hazırda cəbhə bölgəsində vəziyyət gərgindir, Azərbaycanın yaşayış məntəqələri atəşə tutulur. Amma ordumuz da onlara layiqli cavab verir. Yəni Ermənistan təxribatlarla Azərbaycan iri miqyaslı müharibəyə cəlb etməyə çalışır. Rusiyadan təminat alınmasa idi, Ermənistanın bunu etməyə qətiyyən cəsarəti çatmazdı".
Q. Hüseynli hesab edir ki, ÜAK sıradan çıxarılmaqla Rusiyada vaxtı ilə sabiq baş nazir müavini Abbas Abbasovla bir olan, sonradan ondan ayrılan Söyün Sadıqovun "AzərRoss" təşkilatını canlandırmağa və onu işə salmağa çalışacaqlar.
Milli.Az
XƏBƏR LENTİ
"Barselona"nın yeni kapitanı kim olacaq?
Lütfi Zadənin dünya elminə verdiyi töhfələr
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Yeni qaydalar: ölülərimizi başqa cür basdıracağıq
“Qalatasaray”ın ikinci prezidenti və arvadı koronavirusa yoluxdu
Günün ulduz falı
Ayrılığa alışmadım
Azərbaycanla bağlı bəyanat
Günün ulduz falı
Whatsappda maraqlı yenilik
Çingiz Mustafayev yaradıcıllığına Türkiyə marağı
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Gözəl tortlar
Hadise tətilə çıxır
Çağatay tərəf müqabili axtarılır
Ərimin arvadları…
Obama sərt danışdı
Ayaqaltı modelləri
Kişiləri xəyanətə nə vadar edir?
"Hasarları təcili şəkildə sökmək lazımdır!"
Qidanı dərmana görə seçin!
"Şirinim" tortu (foto resept)
Peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək
Rusiyanın avtomobil nəhəngi çökür
Nil Karaibrahimgil dənizə corabla girdi-FOTO
"WhatsApp" 3 günlük bağlandı
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Məşhur fransalı memar Azərbaycan Memarlıq və İnşaat Universitetində olub
Mübariz İbrahimov
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
Göbələk salatı( foto resept)
Pendirli, pomidor souslu küftələr (foto resept)
İraq İŞİD-ə qarşı ilkə imza atdı
Su içək, sağlam olaq
Evlilikdən əvvəl 5T qaydası
Avqustda 4 gün iş günü olmayacaq!
"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri
Samsung və LG barışır
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
Danimarkada 9 yeni süni ada yaradılacaq
Yazmağa başlayıram - 2
Dünya bu fotolardan danışdı
2020 dəb və gözəllik trendləri
Demet Akalının təyyarəsində bomba həyəcanı-VİDEO
Məşhur bloger koronavirusa görə həbs olundu
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Vaksin hazırdır - Rusiya RƏSMƏN AÇIQLADI
Dünya tibb elmində ilk
"Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir"