Milli.Az Avtosfer.Az-a istinadən bildirir kii, avtobus sürücləri nə qədər qayda pozursa, bir o qədər də sərnişinlər qaydaları pozur. Metroda da qayda pozanlar az deyil və cəzalar mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 140-1-ci maddəsində metropolitendən istifadə qaydalarının pozulması ilə bağlı cərimələr əksini tapır. Lakin qanunlar cəmiyyətdə yetərincə təbliğ edilmədiyi üçün əksəriyyətin bundan xəbəri yoxdur. Bunu nəzərə alaraq metro istifadəçilərinin daşıdıqları məsuliyyət və qayda pozuntusuna görə onları gözləyən cərimələrlə bağlı məqamları diqqətə çatdırırıq.
İXM-140-1.1. Stansiyaların vestibüllərini, keçirdlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə -
10 manat miqdarında cərimə edilir.
140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə -
15 manat miqdarında cərimə edilir.
140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə -
30 manat miqdarında cərimə edilir.
140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan "Stop" açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə -
50 manat miqdarında cərimə edilir.
140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə -
70 manat miqdarında cərimə edilir.
140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə -
100 manat miqdarında cərimə edilir.
BPİ Metropolitendə Polis Şöbəsindən verilən məlumata görə, bu qanunlardan əksər sərnişinlərin xəbəri olmasa da, qayda pozduqlarına görə cəzalananların sayı xeyli çoxdur. Əsasən, metroda siqaret çəkənlərin çoxluq təşkil etdiyini deyən polis əməkdaşları bildirdilər ki, həmin sərnişini saxlayıb şöbəyə gətirirlər və burada barəsində inzibati protokol tərtib edildikdən sonra cərimə kassaya ödənilir. Metro polisləri etiraf edirlər ki, sərnişinlərin əksəriyyəti bu qaydaları və ona adekvat cərimələri bilmədikləri üçün pozuntuya yol verirlər: "Bəzi sərnişinlər var ki, vaqondan düşüb eskalatora minən kimi siqareti yandırır. Lakin bu, qanun pozuntusudur. Ümumiyyətlə, "M" hərfi yazılan yerdən daxil olduqda metro ərazisi sayılır və sərnişinlər qanunla üzərlərinə düşən vəzifələri icra etməlidirlər. Qaydaları pozmaq olmaz. Bəzən sərnişinlər vaqonların qapısını tutub saxlayırlar və bununla da qatarın hərəkətini gecikdirirlər. Bu da inzibati məsuliyyətə səbəb olur. Sürahiyə toxunanlar, yerə zibil atanlar, vaqonları yazanlar da az deyil. Yazanların hamısını tutmaq mümkün olmasa da, zibil atanlar, qapını tutub saxlayanlar, siqaret çəkənlər, qadağan olunmuş əraziyə daxil olunlar polislər tərəfindən saxlanılır və cərimə olunur".Ümid edirik ki, sərnişinlər cərimə olunmamaq üçün bundan sonra metroda bu qaydalara əməl edəcəklər. Bununla həm mədəniyyət göstərmiş olurlar, həm həyatlarına təhlükə yaranmır, həm də cərimə olunmurlar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Əlavə pul qazanmaq istəyən müəllimlərə ŞAD XƏBƏR
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
Məşhur müğənni 30 kq arıqlayıb tanınmaz hala düşdü - FOTO
Ən güclü Fiat 500
Aleyna Tilkidən qəribə açıqlama
Xanımların olmazsa olmazları
"Sabahdan işə gəlmirəm" dedi, pərt oldu - VİDEO
Nə qədər adam geri zəkalıdır?
Yağlı və quru saçlara qulluq
Qadın və ananın həqiqi məqamı
Tabutu açanda ŞOK OLDULAR - Ölən qadın ...-FOTO
Məşhur modelin bu addımı QALMAQAL yaratdı-FOTO
Körpü altında studiya tikdi
Hava haqqında - 17.09.2013
Dünyanın ən bahalı dikdabanın qiyməti bəlli oldu-FOTO
Üz quruluşuna görə sırğa seçimi
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
İradəsizlik
İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı
Günə müsbət əhvalla başlamaq üçün üsullar
Baharın Azərbaycana gəlmə vaxtı açıqlandı
HAVA necə olacaq?- 15 fevral
2019-un rəngli və maraqlı trendləri
Bölgələrimizin mətbəxi - Qarabağ
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Acundan AÇIQLAMA-FOTO
Anası ilə sevgilisini səhv saldılar - FOTO
"Bizim Tarla" - Dondurulmuş meyvə
2020 Kopenhagen moda həftəsi
Madonna "Eurovision 2019"da yer alacaq
Günün qoroskopu: gün uğursuz alına bilər
Qaxda qeyri-adi hadisə olub
Pensiyaçıların nəzərinə!
İspaniya kraliçası göz qamaşdırdı-FOTO
Hər işçisinə 50 min dollar hədiyyə etdi və...-FOTO
Ailə qurmaq istəyən 209 nəfərdə QİÇS aşkarlandı
Mətin Şəntürk
Yaqut Qarayeva: “Payız-qış mövsümündə...”
Polşada "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında" kitablar nəşr olunub
Azərbaycan alimlərindən daha bir ilk
2016–cı ilin səyahət təqvimi
Təhsil Nazirliyi məktəbəqədər təhsil sektoru üzrə özəl fəaliyyətlə məşğul olmaq təşəbbüslərini dəstəkləyəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Rəngarəng ziyafət donları
Diktatoru məzarından çıxarmaq, yoxsa bağışlayıb unutmaq?
Sarkisyanla bağlı şok etiraf
Bijuteriya boyunbaqlar
Müdrik insanların qəribə tərəfləri
JLo geyiminə görə tənqid olundu-FOTO
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ