Bakıda hava
USD AZN
EUR AZN
08:33Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41137

"Rusiya və Türkiyə Qarabağda müharibəyə başlayırlar"

"Rusiya və Türkiyə Qarabağda müharibəyə başlayırlar"
"Suriyada və İraqdakı konflikt, həmçinin, onların doğurduğu miqrasiya problemi digər problemləri kölgədə qoydu. Misal üçün, Liviya və Yəməndəki konflikt, yaxud Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ikinci plana keçib. Son zamanlar "dondurulmuş" adlandırılan Dağlıq Qarabağ münaqişəsində gərginlik xeyli artıb və tez-tez iki ölkə arasında yeni qanlı müharibənin başlayacağı haqda xəbərdarlıqlar eşidilir".

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Çexiyanın "Echo24" portalında yayımlanan "Qafqazda yeni müharibə kimə əlverişlidir?" sərlövhəli məqalədə deyilir.

Portal yazır ki, Dağlıq Qarabağ ərazisi beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır: "Lakin burada etnik ermənilər yaşayırlar və ərazi Ermənistanla sərhəddədir. İki ölkə hələ I Dünya müharibəsi dövründə bu ərazi uğrunda vuruşurdu, lakin Sovet İttifaqı buna son qoydu. Ötən əsrin 80-ci illərinin sonunda isə münaqişə yenidən qızışdı. 1994-cü il atəşkəs imzalanana qədər Qarabağda müharibə getdi, nəticədə Azərbaycan öz ərazilərini itirməklə üzləşdi. Ermənistanın zəbt etdiyi bu ərazilərdə "Dağlıq Qarabağ Respublikası" yaradıldı. Bu kvazidövləti heç kim tanımır. "DQR" müstəqil olduğunu iddia edir, lakin heç kəsdə şübhə yoxdur ki, onu Ermənistan, dolayısı ilə Rusiya dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə zəif Ermənistan müharibədən qalib çıxmışdı. Azərbaycan münaqişə boyunca həmişə Türkiyənin dəstəyindən istifadə edib. Hər şeydən əvvəl hər iki dövlətin xalqı türkdür, həmçinin, Ankaranın Qafqaza dair öz siyasi maraqları var. Azərbaycana dəstək verənlər sırasında Qərbin də əksər ölkəsi var idi. Müsəlman İran isə həmişə Ermənistanı dəstəkləyib. Burada İranın Türkiyə ilə rəqabəti ilə yanaşı, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar faktoru da önəm daşıyır. Tehran hesab edirdi ki, Azərbaycanın müharibədə mümkün qələbəsi cənubdakı azərbaycanlıların ayağa qalxması və ona qarşı çıxması ilə nəticələnə bilər".

Məqalədə vurğulanır ki, münaqişə boyunca zaman-zaman gərginlik müşahidə olunub.

"Lakin heç vaxt ağır artilleriyadan istifadə qeydə alınmamışdı. Son iki ildə isə cəbhədə vəziyyət xeyli gərginləşdi, iriçaplı silahlar və ağır artilleriya dövriyyəyə girdi. Yeni minillikdə Rusiya Vladimir Putinin rəhbərliyi ilə yüksəlməyə başladı və Moskva Ermənistana dəstəyini daha da artırdı. Azərbaycan ağıllı davranaraq, Moskva ilə sıx münasibətlər qurdu. Rusiya müasir silahları Azərbaycana satmağa başladı, lakin çox baha qiymətə. Buna paralel olaraq da Ermənistana güzəştli şəkildə silahlar verməyə davam etdi. Azərbaycan öz hərbi büdcəsini artırdı və Ermənistanın dövlət büdcəsindən də yüksək həddə çatdı. Bu, Rusiyanı narahat etməyə bilməzdi, məhz buna görə İrəvana böyük miqdarda silahlar verdi", - deyə portal yazır.

Məqalədə qeyd olunur ki, artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişib: "Cəbhə xəttində artilleriya, vertolyotlar, pilotsuz təyyarələrin görünməsi adi hal alıb. Buna görə Dağlıq Qarabağda müharibənin başlaması gözləniləndir. Məlumatlar var ki, Azərbaycan öz arsenalına ən müasir silahları qatıb. Rusiya isə Su-30SM təyyarələrini Ermənistana verir. Beləliklə, Rusiya yenə "parçala və hökmranlıq et" siyasətini yürüdür".

Portal qeyd edir ki, Rusiya-Türkiyə qarşıdurması Dağlıq Qarabağa sıçraya bilər.

Mənbə: Milli.Az

Səslərin sayı: 0
0
613
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış