Bu gun yenə günlərdən o gün. Eynilə uşaqlığımda olduğu kimi hisslərimi gizlətməyə çalışıram. Üzgünlüyümü, küskünlüyümü kiminsə görməyini istəmirəm. O vaxtdan illər keçsə də , mən heç dəyişməmişəm.
Nə qəribədir... hələ də başıma bir iş gəldiyində, dara düşəndə səni günahlandırıram. Beynimdə eyni düşüncə “Sən olsan belə olmazdı”. Amma heç vaxt küsmədim səndən. Bilirəm, sən də istəməzdin.
Yazmağa çətinlik cəkirəm, göz yaşlarım fikrimi ifadə etməyə imkan vermir. Halbuki başlamazdan əvvəl səninlə söhbətləşməyə qəti qərarlıydım. Dediyim kimi heç dəyişməmişəm. Sən gedəli beləyəm...
O vaxt 6 yaşım vardı. Hələ hərfləri tam bilmirdim. Amma adını yazmaği öyrənmişdim. Harda bir təbaşir, kömür parçası görsəm, onu alıb, yarımçıq tikilmiş evimizin divarlarına dilimlə sənə deyə bilmədiyim, çağıra bilmədiyim o kəliməni dəfələrlə yazırdım. Ağlamaq istəyəndə heç kim gorməsin deyə həyətin ən görünməz yerində sakitcə ağlayardım. Sonra da heç bir şey olmamış kimi evə gəlib başımı qarışdırarardım. Bunu neçə dəfə belə etmişəm, sayını xatırlamıram... Deyəsən indi də elə edirəm axı. Evdə heç kimin olmamasından istifadə edib, kədərimi dilsiz , ruhsuz bir klaviaturaya düzürəm. Evliyəm, məni başa düşən bir ailəm var, amma mən hələ də göz yaşımı gizlədirəm. Bu dəfə isə sirdaşım hörülmüş ev, her hansı bir səssiz həyət guşəsi deyil, monitordur...
Bunları yazmaq çox çətindi mənə. Bəzi insanlar öz hisslərini danışaraq yox, yazmaqla daha gözəl ifadə edirlər. Mən də belələrindənəm. Bəlkə də bu həvəskar yazarlığa, adını divarlara yazaraq başlamışam, heç fərqində də deyiləm...
1988-ci il... o il məktəbə gedəcəkdim. Evin 4-cü uşağı olmağıma baxmayaraq çox həyəcanlıydı. Məktəbə dair hər şey almışdı mənə. O ilə qədər xoşbəxt, diqqət yetirilən uşaq olduğumu əminliklə deyə bilərəm.
Sentyabrın 1-i gəlib çatmaq bilmirdi ki, bilmirdi. Nəyisə bu qədər sevinclə gözlədiyimi xatırlamıram. Sevincli gözləyişlərimin sonunun , hər dəfəsində həyatın acı sürprizilə bitməsini artıq o ildən bəri müşahidə etməkdəyəm. “Həyatdan xoş bir şey gözləmə. Qramla verdiyini, kiloqramla geri istəyən dünyadır”. Budur həyatdan aldığım dərs...
Bir yandan da, dabanımdakı yaranın tənzif dəyişdirmə vaxtı gəlib çatmışdı. O ağrıdıqca, mən ağlayırdım. Doğrusu yaram çox ağrımırdı, sadəcə mən ağlamağa bəhanə axtarırdım. Ağrı azaldıqca, mən daha çox ağlayırdım. Sağalmağını istəmirdim . O tənzif orda ömrüm boyu qalsın istəyirdim. Ondan qalan ən son toxunuş, ən son nəfəs idi mənimçün...
Kübra İ-va
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Əhməd Ağayevin anım günüdür
Flavia Desgranges van der Linden
Siçan ili bizə nə vəd edir?
Maydanda ötən gecə
Məşhur aktyor evləndi-FOTO
Sinqapur şirin-qazlı içkilərdən imtina edir-SƏBƏB
Qızı olanlara müjdə
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Taksi sürücüsü davranışı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakıda internet istifadəçilərinin sayı açıqlandı
Qara nöqtələr üçün maska
Bu gün Milli Teatr Günüdür
Səmada ifa: Pianoçu hamını heyrətləndirdi - VİDEO
Xoşbəxtlik bizim içimizdədir
Bu qız İnstagram-ın yeni ulduzudur
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bayram günü 39 dərəcə isti olacaq
Meyvə pəhrizi
Dağlıq Qarabağda baş verən son hadisələr AŞPA-nın yaz sessiyasında
Praqa Qradı (Praqa kremli)
Apple yeni şirkət alır
Öd kisəsi polipləri
Kələm salatı (foto resept)
Azərbaycan bu ölkələri geridə qoydu
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Murat Boz ayrılıq haqqında-FOTO
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Peter Gerasimonun əsərləri
Sabahın HAVAsı
Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
Alişandan sürpriz evlilik təklifi
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Naomi Kempbel paylaşımı ilə diqqət çəkdi - FOTO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Mətbəx mebelləri
Qara meşə tortu (foto resept)
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Koronavirus Niderlandda xaosa səbəb oldu
Kökəlməyin sirləri
"Qarabağ"a 1 milyon ayrıldı
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Divar kağızları
Əsgər erməniləri niyə qırıb?
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Məzəli şəkillər
- ŞƏRHLƏR