Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
17 yanvar 11:46leylahuseynova Salam gununuz ugurlu olsun 17 yanvar 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun!
37972

Neyləyim? (Etiraf)

Neyləyim? (Etiraf)

Salam xanımlar! Düzü necə başlayım bilmirəm. Artıq səbrim tükənib. iki övadım olmasa artıq çoxdan canıma qıymışdım. Ancaq artıq onlar da mənim bunu etməyimə mane olmayacaq qədər mənasın itirib. Bilirəm hər kəs məni qınayacaq ki, övladları olan ana onları qoyub getməz. Ancaq daha dözə bilmirəm.

Yoldaşımla 2008-ci ildə sevərək evlənmişik. Hər iki ailənin razılığı ilə nigahımız baş tutub. 3 il çox gözəl yaşamışıq. 1-ci övladımın 3 yaşı olan zaman 2-ci övladıma hamilə idim. Yoldaşımın məndən yavaş-yavaş soyuduğunu hiss edirdim. Çox çalışırdım ki, məndən soyumasın. 3 yaşlı oğlum üstəlik hamilə, üstəlik hamiləliyim də çətin keçirdi. Buna baxmayaraq ağrılarımı yoldaşıma demirdim. Az qazanmağına baxmayaraq ehtiyacımızı ona demirdim. Çox ehtiyacım varsa anamdan xahiş edirdim. Lakin anama da yoldaşımın yaddan çıxarıb almadığnı deyirdim ki, çətin yaşadığımızı bilməsin. Deyə bilərsiniz ki, özümə baxmamışam, pinti və ya səliqəsiz olmuşam. Xeyir. Salonlara getməsəm də evdə öz təmizliyimə səliqəmə hər zaman fikir vermişəm. Lakin buna baxmayaraq yoldaşım gün-gündən məndən uzaqlaşırdı. Nə isə qızımız dünyaya gəldi.

Neyləyim? (Etiraf)

Çətin doğuş olduğu üçün qızım zəif oldu. Bir müddət müalicə almalı oldu. Sağ olsun bütün xərcləri əmim öz boynuna götürdü. Gecə gündüz yatmadım uşaqlara baxdım. yoldaşımın da heç nəyini əskik etmədim. Lakin yoldaşımın sosial şəəbəkələrdə bir xanımla yazışdığını və hətta görüşdüyünü də gördüm. İlk öncə etirazımı bildirdim, evdən getdim. Boşanmaq istədiyimi dedim. Çox üzr istədi. Etməyəcəyini dedi. Bağışladım. Məcbur idim. Gedib kiməsə sığına bilməzdim. Ancaq üstündən bir neçə il ötməsinə baxmayaraq yoldaşım hələ də həmin xanımdan ayrılmayıb. Hələ üstəlik həmin xanım yoldaşımla olan intim şəkilləri də göndərir ki, bax, yan! Boşan ondan. Ancaq elə bu xanımın acığına boşanmaq istəmirəm. Ancaq...Artıq hər şeyi görsəm də səsimi çıxarmıram. Lakin bunun axırı yoxdur. Ata evinə geri dönmək istəmirəm. Bir neçə dəfə intihara cəhd etmişəm. Hər dəfə oğlum qarşımı alıb .Elə bil Allah onu yuxudan oyadıb ki, anana mane ol. Ancaq bu dəhşətdir. Onların yazışdırqlarınışəkillərini görmək məni hər gün min dəfə öldürür. Artıq rahatlaşmaq istəyirəm. Anama övladlarımı tapşırmışam.(anama demişəm ki, mənə bir şey olsa övladlarım sənə əmanət) Vəsiyyət məktubumu da yazmışam ki, ölümümdə yoldaşım günahkardır. Övladlarımı anama, qardaşıma verin. Yalvarıram siz deyin mən nə edim. Hiss edirəm ki, iradəm tükənib. Daha dözə bilmirəm.

Səslərin sayı: 2
26
3487
loading...
Şərhlər
Offline
Səttarova Ləman
Xanim, sizin ucun cox cetindi anlaya bilirik. biz sizi belke de yaxsi basa duse bilmirik, amma bir reallig var ki, siz yoldasinizdan bosanmirsiniz ki sirf o qadinin acigina, bes niye o xanimin acigina yasamag istemiyesiz? Eger heqiqeten de bunlara doze bilmirsinizse, bosanin. ama qetiyyen ozunuze qesd etmeyi dusunmeyin. Ailenizi qorumag isteyirsinizse, onda dozun. bir gun gelecek ki yoldawiniz da sizin qiymetinizi anlayacaq. Allah size sebr versin, yardimciniz olsun. 2 korpeniz var, axi onlarin gunahi yoxdu,. korpeler en cox anadan yetim qalarlar, ona gore ovladlariniz ucun yawamalisiniz. Allah komeyiniz olsun.
5 fevral 2016 15:14
Offline
MAYA EL
Xanım özünüzü öldürməklə hər şey bitmir bəs körpə ballarınız.Siz Allaha sığınıb dua edin inanın xəyanət edən cəzasın çəkəcək. Kiməsə görə həyatınıza qıymayın
29 dekabr 2015 23:51
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Sonay Quluzade
İntiharla rahatlıq olsaydı, dünya aləm darda qalan intihar edərdi. Əksinə intihar edən şəxs Cəhənnəmdə də etdiyi qaydada intihar edəcək, həm də dəfələrlə. Yəni intihar çıxış yolu deyil. Kənardan məsləhət vermək qədər asan bir şey yoxdur. Və əmin olun ki, heç kim sizi qınamır, axı qınanılası bir şey etməmisiniz. Mən sənin yerində olsaydı, ehtiyacımı anamdan istəməzdən əvvəl yoldaşımdan tələb edərdim, amma imakanı yetəcək qədər. Sənin yoldaşın məsuliyyətdən azad olub, özünü sərbəst sayır, bəlkə də qazandığının əksər hissəsini o qadına yedirdir. Xülasə sən Allaha dua elə, boşanmaq da hələ çıxış yolu deyil, inşəAllah ki, islah olar.
O qadınlar var ha, ailələrin dağılmasına səbəb olurlar, zinadan əlavə, neçə nəfərin haqqına girdiklərinə görə cəzalarını alacaqlar inşəAllah.
Allah asanlaşdırsın.
29 dekabr 2015 09:32
Offline
Chichek
Ay Alllaaaahhh tuklerim urpeüdi. Baci hec meslehet deyil. Ona gore ovladlarini yetim qoymaga deymez... Ele bil ki o yoxdur. Usaqlarin ucun yasa
28 dekabr 2015 15:16
Offline
Ro-Xe-Sa
Selale xanim siz hec o erinize gore caniniza qiymaga deymez, siz caniniza qiymaqla guya onu pesman edeceksiz? Xeyir.Xeyir. Xeyir. Hec bir deyer veremeyen kisi sizin gozunuzden axan 1 damla yasa deyemez, hemdeki siz usaqlari dusunun, bir nece vaxtdan sonra hec o erinizi gormeye gozunuz olmayacaq, size etdiyi xeyanetlere gore. Bu sinanmis , yoxlanmis , coxlarinin basina gelemis heyati hadiselerdi. Heyifsiniz , tek o balalarinizi dusunun, en yaxsisi bosanin, ne inki caniniza qiymaq.ALLAH size yardimci olsun
28 dekabr 2015 12:40
imza: فراق
Offline
Fatma xanım
Bir pozğuna görəmi həyatına qıyırsan bəs ananın günahı nədi ona belə cəza verirsən o iki körpəni heç mi düşünmürsən
27 dekabr 2015 23:13
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Emma Svon
Şəbnəm xanımla həmfikirəm. Bu qədər eqoist olmayın. Övladlarınızı düşünün və öz ayaqlarınızın üstündə durmağı öyrənin. Balalrınızı taleyin hökmünə buraxmayın. Kimsə ananbı əvəz etməz.
27 dekabr 2015 14:36
Offline
ŞƏBNƏM
Bacı ilk önce sene deyimki sizin yaşadığınız bu dureurmları yüzde 80 qadın yaşıyıb ve standart yazılanlara mende qatılıramki intihar etmek qurtulmaq deyil daha beteridir deyirsen ailen dindardır sen daha yaxşı bilirsen. İkinciside men başa düşmedim seni sen yalnız özünü düşünürsen? yoxsa uşaqlarını? Sen uşaqlarını düşünseydin bele hereketi heç ağlına getirmezdin. Sence senin uşaqlarına kim senin kimi baxar? Anan bele olsa bacın bele olsa heç kim senin kimi baxmayacaq uşaqlarına. Uşaqların bir ömür boyu boynu bükük gezecekler ve senin o vicdansız şerefsiz erinde azadlığa çıxıb daha da özünü serbest hiss edib gedecek o birirnin yanınıa ve ya başqasıyla evlenib heyatını yaşayacaq. Sen ele bilirsen ona ezab vereceksen ölümünle? Esla 3-5 gün belke pis ola pis olmaya o da el gözüne. Bacı sen her şeyden önce anasan. Önce analığını düşün, uşaqlarınçün yaşa, bele ezab çekmekdense ayrıl öz heyatını yaşa. İnan ilk başda belke çetinlik çekeceysen sonradan özün ayaq üste dura bileceksen.Çalışın güçlü olun zeif olmaqla heçne elde olunmur can bacı. Men qadınların indiki dövrde yaşadığı bele halları ve ya başqa şeyleri müşahide ederek meqale hazırlayıram İnşallah ümid edirem bu yaxınlarda bititrib sizlere teqdim edecem. İnşallah o meqalede sene aidde şeyler var oxuyub görersen ve heyatına qerar verersen. Heç bir zaman kiminse üçün yaşamayın heyatda. Önce Allah üçün yaşayın sonra size ehtiyacı olan övladlarınızçün. İnanın kişiler sizin bu çekdiklerinize deymezler hetta göz yaşınıza bele. Bacı uşaqlarını düşün ve özüne söyle onların her şeyden çox sene ehtiyacı var. yardımcı olmağa her zaman hazıram bacı can ne zaman lazım olsa
27 dekabr 2015 13:06
Offline
Ellada Babayeva
İntihar etmək çarə deyil. Siz anasız əxlaqsız qadına görə intihar etməyə dəyməz. Güclü olun! Şeytana uymayın..
27 dekabr 2015 01:00
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Şelalae xanım Qadın.netin rəsmi səhifəsində yazılan rəyləri görməyinizi çox istərdim. 1-2 rəy kopi etdim oxuyun!

Sima Abdullayeva

Sende erinin tayisan turklerin sozu olmasin bencilsen yeni eqayissen men bileni erdende atadan anadanda övlad şirin eziz olur erede göre intahar edib övladlarini yetim qoymagi fikirlesenede o er layiqimiş sen ana olmagi bacarmamisan ki kişiye gore intahar fikirlesirsen

Ulviyye Zeynalova

Elə adama görə intihar edib onun yolunu daha da acırsan.iki gül balanı böyüt,onlar sənə allahın hədiyyəsidi.Yoldaşını vecinə alma.Kişilər onlara dəyər verdikcə özlərini əvəzolunmaz sayırlar.Sən anasan.Ancaq övladlarını düşün.Sən olmayandan sonra onlar boynubükük qalacaqlar.Bir müddət sonra hec yoldaşını önəmsəmıyəcəksən.İradəni yıg övladlarını böyüt bacım.Bilirəm cətindi amma sən bunu bacarmalısan,cünki anasan!!!


Seva Aliyeva

Canım bacım seninkimi xanımlar yani xeyanetle üzlewen xanımlar coxdu.deymez kimin ücünse canına qıyasan.sen bir düwünsen olmadan balalrın nece olacaq qappaz altında qalacaq düzdür allah analarımıza can sağlığı bexw etsin ama hamı bir gün haqqa qovuwacaq ve balaların yene tek qalacaq üstelik hec kim atanı ananı evez ede bilmez balalarını sahibsiz qoymağğa deymezzzx hemde ele heyat yoldawından ötrü bir weyi unutmaki sen tekdeyilse bele problemler cox ailelerde var.deymez sebirli ol Allah sebr edenlere hemiwe kömek olar günaha girme
26 dekabr 2015 22:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Aysel Camallı
Oxudum,son illerde esitdiyim xeberlerden..evvela onu deyim heckime gore olmeye deymez..bu zeiflikdir.kisilerin qaninda var bu gizli askar ferqi yoxdu onlarcun.yolun tapmaq lazimdir..uzaqbasi ayrilmaq..
26 dekabr 2015 22:53
Offline
איסון ממדוב.
Ilahi deysetdi can baci sen inthar ederek balalarina ve sadece valideyinlerine eziyyet verersen o zaten gedib heyatin yasayacaq deymez sebrli olun insallah belke aqli basina geler/Ele xanimlari Allah ozu islah etsin insallah
26 dekabr 2015 22:49
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Nermin_Guler
Xeyri bacı ali təhsilim yoxdur. 2008-ci ildə məktəbi bitiridim. Yoldaşımın ailəsi elçi gəldi. İlk öncə istəməsəm də sonra yoldaşımı tanıdım və sevdim. İndi çox peşmanam çooox(

Mən sizi qınamaq istəmirəm. Ancaq gərək sevməyə, evlənməyə tələsməyədiniz. Ali təhsiliniz olsa indi özünüzə daha güvənli olardınız. Sizin də qarşınıza vicdanszın biri çıxıb. Allahdan dualarınız əsirgəməyin. İntiharı isə heç düşünməyin.
26 dekabr 2015 22:49
Offline
Aysel İ.
Mən bilmək istərdim xanımın ali təhsili var?

Şelale Hüseynova
22:30
Xeyri bacı ali təhsilim yoxdur. 2008-ci ildə məktəbi bitiridim. Yoldaşımın ailəsi elçi gəldi. İlk öncə istəməsəm də sonra yoldaşımı tanıdım və sevdim. İndi çox peşmanam çooox(
26 dekabr 2015 22:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Cavadova Xedice
Allah yardımçınız olsun.
26 dekabr 2015 22:29
Offline
Nermin_Guler
Xanımlar xahiş edirəm məni qınamayın. Mənim yerimə heç kim dözməzdi. 2011-ci ildən bəri mən nələrə dözmüşəm(( Yoldaşım məni döymürdü, təhqir etmirdi. İndi bir neçə dəfə şillə də vurub, təhqir də edib. Nəməni atır nə onu. İnanın intihara cəhd etsəm də bacarmamışam. Uşaqları yatırıb dərman içmək istəyirdim ki, oğlum oyanıb ağladı( Əlimi saxladım. Özümü danladım. Ancaq Nə qədər dözüm.((

4 ildir necə dözmüsünüz bütün bunlara. Mən bilmək istərdim xanımın ali təhsili var?
26 dekabr 2015 22:21
Offline
Aysel İ.
Dəniz84,
Hər nə olursa ağıllarına ilk gələn intihardı. İntihar etməklə heçnə bitən deyil əksinə o dünyada etdiklərimizə görə cavab verəcəyik. Görünür intihar edənlər bunu düşünmür

Şəri, Xanımın mənə indicə yazdığı ismarıc.
Şelale Hüseynova
22:10
Xanımlar xahiş edirəm məni qınamayın. Mənim yerimə heç kim dözməzdi. 2011-ci ildən bəri mən nələrə dözmüşəm(( Yoldaşım məni döymürdü, təhqir etmirdi. İndi bir neçə dəfə şillə də vurub, təhqir də edib. Nəməni atır nə onu. İnanın intihara cəhd etsəm də bacarmamışam. Uşaqları yatırıb dərman içmək istəyirdim ki, oğlum oyanıb ağladı( Əlimi saxladım. Özümü danladım. Ancaq Nə qədər dözüm.((


Şelale Hüseynova
22:15
Bilmirəm bacı nəyə görəsə şərh yaza bilmədim. Deyəsəm mailim olmadığı üçün şərhimi qəbul etmədi. Sizə yazdım.

Bilirəm ki, intihar günahdır. Valideynlərim dindar, imanı insanlardır. Lakin bu təhqirlərə, alçalmalara daha dözə bilmirəm...
26 dekabr 2015 22:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Şəri Babayeva
Dəniz84,
Hər nə olursa ağıllarına ilk gələn intihardı. İntihar etməklə heçnə bitən deyil əksinə o dünyada etdiklərimizə görə cavab verəcəyik. Görünür intihar edənlər bunu düşünmür.
26 dekabr 2015 22:02
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
Siz anasız bunu unutmayın. Sizi şeytan azdırır deyəsən.

Həqiqətən də bu xanımı şeytan azdırır. Son vaxtlar intiharlar çox artıb. Dərin düşünmürlər. Hə gedim özümü atım, və ya nə isə. Axı bu çıxış yolu deyil. İki-Üç gün bundan qabaq bir videoya baxdım.Ögey ana 5 yaşlı oğlan uşağına zülm edirdi. Həmin qadını artıq həbs ediblər. 46 il də iş veriblər. Nə olsun? O uşaqlara olunan onların həyatı bpyu yaddaşından çıxmayacaq(.
26 dekabr 2015 21:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Şəri Babayeva
Özünüzünü öldürmək istəyirsiz? Sizcə bu çıxış yoludu? Özünüzü öldürməklə heçnə əldə edən deyilsiz xanım. Boşanın özünüzü niyə öldürürsüz? Yadaki o qadını məhkəməyə verin. Övladlarınızı düşünün. Siz özünüzü öldürsəniz o əxlaqsız qadın qalib gəldiyini düşünəcək.
Ancaq artıq onlar da mənim bunu etməyimə mane olmayacaq qədər mənasın itirib.

Siz anasız bunu unutmayın. Sizi şeytan azdırır deyəsən. diablo
26 dekabr 2015 21:51
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
  • 03:42 - Müəllif: TrodwirlOS
    Quranla ünsiyyət (2) (32)

    Quranla ünsiyyət (2)

    VLC media player cannot only convert between completely different video formats but it also does the same with changing audio codecs. MP4 recordsdata can contain video and sound data. It's a file container that supports different multimedia content types equivalent to a number of audio streams, subtitles, SECOND and 3D picture frames. MP4 is also used for streaming media providers (on-line or digital TV). This file kind supports the control of transmission speeds for media signal, in addition to correcting corrupted frames. Due to comparatively low system requirements, MP4 is now the most well-liked container sort for sharing media. Lastly, it's best to select the output format and audio quality. Within the MP4 dialog field, select the format settings for the final MP4 information. Depending on high quality you want, choose the bitrate of the file, sample charge and the number of channels. You will most likely lose some audio content material if you happen to choose the mono possibility. You can choose what sample price you need to use. forty four.1 kHz (or 44100 Hz) is the sample rate utilized by audio CDs. Lower than that and you may begin to hear the loss in quality. Set your output location by clicking on the "Settings" button from the toolbar. Click on the "Browse" button by "Vacation spot folder for transformed files" to pick an output destination for the brand convert cda to mp4 new MP4 information. Click "OKAY" if you find yourself performed to shut the settings window. Insert your CD into your pc. The CD must go brand-up into the CD tray. It will open the CD's contents in the Any Audio Converter window. This model of Find out how to Convert CDA to MP3 was reviewed on November eleven, 2017. Whenever you convert audio tracks utilizing the Total Audio Converter app, you may have access to choices that assist to provide you extra control over the finished product. Obtain and set up the Digital Media Converter from the DeskShare website. The download is free and there is a free trial. Simply simply download and have a strive. Right here can be tutorial about easy methods rip cda to mp4 to convert CDA to MP3 format. The DVD format was developed within the pc age so DVDs comprise regular information identical to those on your exhausting disk. Which means they'll merely be copied from the DVD to your laptop. Click on MP3 Audio. Doing so will select MP3 as your information' conversion output. Batch mode for a number of recordsdata conversion job. The software is converting CDA tracks into MP4 format. A: The CDA to MP4 Converter download for COMPUTER works on most present Windows working systems. A file conversion is just a change of the file that was created in one program ( MP4 file) to a type intelligible for one more program (i.e. CDA format). There are a lot of websites offering file conversion of MP4 to CDA files "Online" - with out having to obtain a special program to your computer. However, if you have not found the suitable MP4 file converter within the Web, you should use our list of packages to cope with the conversion of the MP4 to CDA file.
  • 01:19 - Müəllif: PoolioryZP
    Quranla ünsiyyət (2) (32)

    Quranla ünsiyyət (2)

    Sans logiciel audio tel que MAGIX Audio Cleanic , le format CDA de CD de musique n'est malheureusement pas facile à lire ou à convertir dans votre ordinateur sous Windows. Aiseesoft mac convertisseur vidéo ultimate est un logiciel de conversion parfait pour les utilisateurs mac aiseesoft mac convertisseur vidéo final convertisseur cda à mp3 est un logiciel de conversion parfait pour les utilisateurs mac aiseesoft mac convertisseur vidéo final est un logiciel de conversion parfait pour les utilisateurs mac qui peut convertir les fichiers vidéo/audio en 2d et 3d avec une haute vitesse de conversion. Consideration car c'est un logiciel allemand et son web site est disponible uniquement en allemand ou en anglais. Je vais enfin pouvoir mettre les exercices oraux de mes cours de FLE sur clé et les lire through mon moveable en classe dans l'ordre de mon schéma de cours. Ensuite pour ce qui est du sort de lecteur à privilégier : d'expérience, pour des disques en bon état, la plupart des marques/modèles se valent et donnent des résultats strictement identiques. Il vous reste alors à déterminer le type de compression qui vous interesse (sans perte ou avec perte) , puis de choisir un format compatible avec votre matériel. La seconde consiste à directement faire un glisser-déposer de vos fichiers vers le programme. Utilisateur de SDR Free CDA to MP3 Converter, vous pourriez être intéressé également par ces outils : Free MP3 Cutter, DJ Music Mixer ou Replay Media Catcher. Après avoir téléchargé Cdex et converti les fichiers, je n'ai pas été capable de retrouver mes fichiers MP3. Si vous avez le Lecteur Home windows Media Player 10, vous pouvez compresser vos CD audio en MP3 en quelques secondes, et éviter ainsi de devoir toujours mettre le CD dans le COMPUTER. Cda to mp4 batch converter download see this website: the way to convert cda to mp4 free preserve relate convert my cda music to mp4 could Most media gamers want a special codec to play one of these file, not to mention the poor assist for the OGG format available on the market of moveable gamers. Parmi eux, le plus connu est le lecteur Windows Media (Home windows Media Player) qui est le lecteur multimédia de Microsoft. Convertisseur de fichiers audio pour mp3 wav et 20 autres formats de fichiers.. Convertissez wma en mp3 avec switch convertisseur de fichiers audio pour windows. Au fait, j\'ai encore une query : comme clic droit/propriétés ne débouche sur aucune choice de réglage si on a choisi de créer CD-Rom ISO pour rester en MP3, j\'ai le même problème que précédemment concernant les filtres (par ex. de normalisation du volume convertir cda en mp3). Mp3 est un format propriétaire, c'est-à-dire qu'il faut un encodeur/décodeur Lame pour lire et convertir les Mp3. Privilégiez le Ogg/Vorbis 320kb qui respecte mieux le spectre audio que le MP3 320kb et encodage tjs a taux Variable. Ferme ensuite Home windows Media Participant puis relance-le et retourne dans les options, au même endroit et vérifie si les réglages (en particulier le format d'extraction) est bien resté sur MP3. Tlcharger Version Gratuite Simplement parce que Media-Convert est la meilleure manire de convertir des. La lecture de tous les formats de médias comme les video cd mp4 mpg m4v mov mkv avi flv wmv mpeg rmvb mp3 wma aac ac3 asf 3gp and many others.. free média player supporte gratuitement dvd et d'autres codecs médias sur computer , Free média participant peut gratuitement supporter presque tous les formats de médias et dvd y compris les vidéos de 10. C'est très simple commencez par ouvrir le lecteur en allant dans le menu démarrer puis tous les programmes et enfin dans la liste des programmes qui apparait devant vos yeux cherchez et cliquez sur le lecteur Home windows Media. Vidéo en audio Convertisseur pour extraire MP3, WMA et d'autres fichiers audio à partir des codecs vidéo populaires.
  • Evlənmək üçün Everestə çıxdılar

    Evlənmək üçün Everestə çıxmağa ehtiyac yox idi :-)
  • Dünyanın ən gözəl 12-i qadını

    Gözəl xanımlardır. Ancaq Dünyanın ən gözəli demək düz olmaz. İceberg deməli Asiyalılar o qədər də gözəl deyillər.
  • Yaponlar yeməyi niyə çubuqla yeyir?

    Yaponlar hesab edir ki, çubuqlar xüsusilə güclü iştahı olan insanlara lazımdır. Çünki qaşıqla yemək daha rahatdır, taxta çubuqla biri tikəni tutmağa çalışana qədər ağızda olan yeməyi daha çox və diqqətlə çeynəməyi çatdırmaq mümkün olacaq. Yəni, ağızda olan qida iri-iri udulmayacaq. Yeməyə başlayandan 15-20 dəqiqə sonra toxluq hissi gəlir və orqanizm artıq qida tələb etmir. Bundan başqa, mədə çox çeynənmiş qidanı daha yaxşı həzm edir.
  • Evlənmək üçün Everestə çıxdılar

    Kişinin başında papaq var)) yenə canın fikirləşib
  • Qadınların daha dözümlü olduğunu göstərən xüsusiyyətlər

    Qadınlarin daxilində o potensial var, lazım olanda üzə çıxır
  • Pəhriz zamanı bu qidalardan uzaq durun

    meyvə qurusunu şirniyyat ehtiyacını ödəyir deye eşitmişdim amma
  • Dünyanın ən gözəl 12-i qadını

    Asiyalılar çoxda gözəl deyildi məncə
  • Rihanna və Cenniferdən sonra Demet Akalın geyindi - FOTO

    Bu da yeni trend oldu. daha nə edəcəklər??
Maraqlıdır