Nədir?
Normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir. Atrofiyalar, hüceyrə sayısının azalmasına (riyazi) və ya hüceyrə həcmlərinin kiçilməsinə bağlıdır; İkisi birlikdə ola bilər. Atrofiya səbəbilə həcmi kiçilən toxumanın yerini bağ toxuması ala bilər (fibrosis). Sümük iliyi atrofiyasında, bu toxumanın yerini yağ toxuması alır. Atrofiyalar iki qrupa bölünür: Fizioloji atrofiya, patoloji atrofiya.
Fizioloji Atrofiya: Həyatın müəyyən dövrlərində bəzi orqan və toxumaların atrofiyaya məruz qalmasıdır, buna“involusiya” da deyilir. Yaranması normaldır, olmadığı zaman patologiya kimi qəbul edilir.Məsələn; Doğuşdan sonra ana bətni, əmizdirməkdən sonra məmələr kiçilir və normal halına qayıdır. Yaşlandıqda bütün orqanlar və bədən kiçilir, bunasenil atrofiya deyilir. Müəyyən sərhədlər daxilində təbiidir.
Patoloji Atrofiya: Xəstələrin çoxunda damar sərtliyi və buna bağlı olaraq damarlarda daralma vardır. Daralan damarların qidalandırdığı toxumalara az qan gəlir və qeyri-kafi qidalanma ortaya çıxır. Patoloji atrofiyanın bütün bədəni əlaqələndirdiyi hallarda atrofiya hədsiz isə xəstə bir dəri bir sümük qalır, buna “kaşeksi”deyilir. Əsas patoloji atrofiyalar; Aclıq və yaşlılıq atrofiyası, hərəkətsizlik atrofiyası, endokrin atrofiyası, təzyiq atrofiyası, damar atrofiyası və şüa atrofiyasıdır.
-Aclıq Atrofiyası: Yetərsiz qidalanmağa bağlıdır. Əvvəl karbohidratlar və yağlar sonra zülallar əridilərək istehlak edilir. Orqanlar kiçilir. Başlıca səbəbləri; Yoxluq (qıtlıq, müharibə, əsir düşərgələri), bəzi yoluxucu xəstəliklər və xərçəng, psixoloji anoreksiya (anoreksia nervosa), mədə-bağırsaq xəstəlikləri (xora, uzun müddətli ishallar).
-Yaşlılıq Atrofiyası: Fizioloji atrofiya sərhədlərini aşan yaşlılıq atrofiyasıdır. Beyin kiçilməsi nəticəsində yaşlılıq (dementia senilis), sümüklərdəki atrofiya nəticəsində yaranan osteopoz və sınıqlar önəmli nümunələrdir.
-Hərəkətsizlik Atrofiyası: İşləməyən orqanlar kiçilirlər. Uşaq iflici olan ayağın normal şəklinə nisbətən kiçik qalması, gipsə qoyulan qolun nazikləşməsi kimi.
-Endokrin Atrofiyası: Hormonların ifrazatı hipofiz vəzinin nəzarətindədir. Hipofiz vəzi xəstəliklərində, hormon tarazlığı pozulmasına bağlı olaraq başqa vəzilərində və zamanla bütün bədəndə atrofiya görülür. Bundan başqa bir hormon kənardan verilsə, o hormonu ifraz edən vəzi kiçilir, hormon verilməsi kəsilsə, yenidən əvvəlki böyüklüyünə çata bilər.
-Təzyiq Atrofiyası: Bir toxumanın uzun müddət normaldan artıq təzyiq altında qalması ilə olur. Təzyiq səbəbindən damarlar sıxılır və qidalanma pozulur. Pis düzəldilmiş bir protez, altındakı çənə sümüyünə təzyiq edərək onu incəldir.
-Damar Atrofiyası: Damar sərtliyi nəticəsi görülən qidalanma pozğunluğu bəzi orqanlarda atrofiyaya yol açır. Yaşlılıqda görülən və zəifliyə yol açan beyin atrofiyası ən çox görülənidir.
-Şüa Atrofiyası: Müəyyən bir ölçünün üzərindəki şüaların təsiri ilə bəzi orqanlarda atrofiya görülür. Uzun illər günəş şüalarının təsiri altında qalmaq dəri atrofiyasına və qarışmasına səbəb olur. Yüksək rentgen şüaları testis və ovarium atrofiyasını əmələ gətirir, sonsuzluq ortaya çıxır.
Fuad Nəzərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Doğulduğumuz fəslin xasiyyətimizə təsiri
"Faylin" Hindistanı cənginə alıb: 5 nəfər ölüb, 500 min nəfər təxliyyə olunub
Azərbaycana 40 sm qar yağdı, əlaqəni kəsdi
Baş nazirdən məktəblərdə tədris ilinin müddəti ilə bağlı MÜHÜM QƏRAR
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
“Xocavənd, Xankəndi və Xocalı sakinlərinə Azərbaycan pasportu veriləcək” - AÇIQLAMA
Qadına hər yaşda lazım olan vitaminlər
Messi imicini dəyişdi-FOTO
Günün ulduz falı
Uşaqların yataq otaqlarının hekayələri
Xaçmazda bir gün qaz olmayacaq
Azərbaycanın yeni avtomatı – AZ-7,62
30 milyona ev aldılar
“WhatsApp” yeni rekorda hazırlaşır
Koronavirusla bağlı SON STATİSTİKA
İçkili axşamın bəlasından xilas olmaq üçün oxuyun
Yay fəslində payız havası
Dünyanın İT şirkətləri Azərbaycanda birgə istehsal yarada bilərlər
Hava haqqında - 20.01.2014
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Qaraçörəkotu yağının faydaları
Putindən ABŞ-a nüvə hədəsi
Yuli Qusman: "Bakı da mənim vətənimdir, Moskva da"
Xına qoyma sənəti - Mehndi
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Bu məhsul ucuzlaşdı - FOTO
600-ə yaxın usağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb
Laçın rayonunun yeni giriş tablosu
Bu gün Günəş tutulacaq
Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz - VİDEO
Moskvada yüzlərlə skinhed qafqazlı miqrantlara hücum edib
"Sərkisyan hərbi cinayətkar elan olunsun"
Yeni VİRUS tapıldı-"Lassa"-NECƏ QORUNMALI?
Facebook yeni şirkət aldı
Qeydiyyat və Notariat Baş İdarəsi fasiləsiz iş rejiminə keçib
Sulu, şokoladlı keks
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
Qadınlar və kişilər haqqında maraqlı məlumatlar
Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur - RƏSMİ
Aşiq olduğunuzu göstərən işarələr
Bir şəklinin qiyməti 40 avrodur
Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO
Sindi Krouford Sakinlərin Borcunu Ödədi
Azərbaycanda peşə məktəblərində yenilik
Ən etibarsız parollar - SİYAHI
Dünyanın ən balaca iti odur
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Qara tutun faydaları
"Sannois" ləqəbli bəstəkar
Qeyri-adi etiraz aksiyası
- ŞƏRHLƏR