Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Bir qadının manifesti

Əsəbləri və ürəyi zəif olanlar oxumasın! Unutmayın ki, istisnalar hər zaman vardır, amma mən istisnalardan danışmıram. Ona görə də, lütfən, mən belə deyiləm deyə düşünməyin. Çünki bunu məhz sənə aid etmirəm. 

Bir qadının manifesti

Ey qadın! Gəl, sənin həyat manifestinə nəzər yetirək, görək hansı hisslərinə daha çox yer ayırır və nələr uğrunda mübarizələr aparırsan. Dünyaya gəlirsən, ata-ananın sevimlisi olmaqçün can atırsan. Bu alınmayanda və ya bacın səni keçəndə ağlayırsan və öz uşaq ağlınla buna qarşı çıxırsan. Demək, ilk zamanlarından artıq paxıllığa yer ayırmağa başlayırsan.

Sonra isə keçirsən anana. Atan ananla sənin yanında mehriban-mehriban danışanda qaçıb onların aralarında oturur və ya oynamaq adıyla onlara yaxınlaşırsan. Çünki eyni mehribanlığı özün əldə etmək istəyirsən. Aha, demək, sən paxıllığın yeni növünü kəşf etmiş oldun: anana paxıllıq! 

Bir qadının manifesti

Anan bəzənərkən ona diqqətlə baxır və gözündən yayılan kimi “mən də anam kimi gözəl görünüm” düşüncəsi ilə onun kosmetik əşyalarının içində itib-batır və özünü lap kloun kimi rəngləyirsən.

Bu hissin tərbiyə edilməyəndə isə o daha da böyüyür və dərinlərə kök atır. İnkişaf edərək ürəyinə qədər gedib çıxır və onu tamamilə ələ keçirir. Bu isə cəmiyyətimizdə özünü müxtəlif formalarda büruzə verir. Məsələn, ictimai nəqliyyat vasitələrində olanda məkana daxil olan bütün qadınları bir-bir gözdən keçirirsən ki, “görüm hələ kim necə bəzənib, kim nə geyib, kim “eybəcər”-dir”. Hələ arada özünü unudub həmin xanıma bir sifət də edirsən və beləcə kənardan baxan kimi hiss olunur ki, ani də olsa, sən onun paxıllığını çəkibsən. Öz beynində avtomatik olaraq özünü onunla müqayisə edir və özünü “dünya gözəli” hesab edirsən. Bundan sonra isə əks cinsin nəzərini üzərinə çəkməklə bunu öz eqona (Məninə) sübut etməyə çalışırsan. Bunu üçün isə bir çox vasitələr var. Əvvəla geyiminin rənglərindən başlayarsan və diqqət çəkən rənglər seçərsən. Sonra isə geyimin formasına əl gəzdirərsən. Bundan sonra isə növbə makiyajdadır. Makiyaj mütləq elə olmalıdır ki, nəinki əks cins, qadınların özləri belə sənə baxanda gözlərindən paxıllıq alovları püskürməlidir və görməli, bilməlidirlər ki, dünyada səndən gözəli yoxdur! 

Bir qadının manifesti

Atalarımız yaxşı deyib, qonşu qonşuya baxar, özünü oda yaxar. Hünəri var qonşun nəsə bir yenilik etsin və ya bu fikrə düşsün. Sən hökmən onu qabaqlamalı və ondan üstün olmalısan. Onun evi sənin evindən gözəl olmamalıdır, təmiri sənin evinin təmirindən baha olmamalıdır, paltarları sənin paltarlarından şıq olmamalıdır. Hətta intellektual səviyyəsi belə səninkindən aşağı olmalıdır. Onun yanında sənə zəng gələndə telefonu açıb, ağzını əyib, bir da burnunda danışaraq cavab verməli, “aloa”, “xoroşo, baxarıq”, “yaxşı, byee” tipli sözlərdən istifadə etməlisən. 

Bir qadının manifesti

Nümunələr hələ lap çoxdur. Hansını sayım ki, saymaqla bitəsi deyil ki. Qadının içindəki ən güclü hiss digər qadına qarşı olan paxıllıq və rəqabət hissidir. Bütün bunların da ucbatından cəmiyyətdə faydası olmayan və hətta cəmiyyətə zərərlər yetirən fərdlər yetişməkdədir.

Çox uzun yazıb səni bezdirməyəcəyəm. Mən sənin tənqidindən çəkinmirəm. Buyur məni tənqid et. Əsas odur ki, qəlbinin dərinliklərində mənim haqlı olduğumu qəbul edəcəksən. Ona görə də mütləq mənim dediklərimə qarşı çıxmağa çalışacaq və onun hər bir kəlməsini fərqli yerlərə yozmağa çalışacaqsan. Amma bir dayan və insafla düşün görək bu paxıllıq, bu mübarizə sənə nə xeyir verib? Bir addım irəliləyəndə iki addım geriləmiş olursan və bu hər dəfəsində təkrarlanır. Ona görə də bir silkələn və özünə gəl. Saflığını geri qazan və əsl qadın ol!

Ardı var...

 

Səslərin sayı: 4
17
7474
loading...
Şərhlər
Offline
ilhame ibrahimova
Burda mene aid cox az sey var evin tek qizi oldugum ucun hen
mise sevilmisem hec kime paxilliq da etmirem.amma duzdur ki qadinin heyati kisiye nisbeten daha cetindir.
6 may 2016 14:51
Offline
nigar dadasova
xebere gore sagolun
27 oktyabr 2015 12:21
Offline
Fatima
Deyesen bu meqaleni beyenmeyen yegane insan menem. Men basqalalrinin xarici gorunusune ve ya maddi durumuna paxilliq edecek derecede dayaz agilda deyilem ve bir cox qadinimizin da bele olmadigi dusuncesindeyem. Meqalenin anaya aid olan hissesi ise meni lap guldurdu. Anaya, sevdiyin ve ya teqdir etdiyin her hansi bir insana benzemek paxilliqdirmi?! Bu hissin adi HEYRANLIQDI!!! Kimdese nese yaxsi bir xususiyyet, yaxsi bir geyimi ve ya boyuk ugurlari varsa bunu bizim tekrarlamagimiz ve ya ondan daha yaxsi olmaga calismagimiz bizi formalasdirir. Reqabet olmasa biz inkisaf ede bilmerik. Men savad heveskariyam, kimse tehsilde menden daha cox ugur qazananda ve ya menden daha gozel elmi meqale yazanda men calissaydim daha yaxsisin ederdim deyib de oturub gece gunduz oxumagin, arasdirmagin neyi pisdi ki?! Heyatimda paxil insanlara da rastlamisam amma cox nadir hallarda. O paxil insanlarin sayesinde, Allaha cox sukur ki paxilliq hissini heyranliq ve reqabet hissinden ayira bilirem. Men ele gelir ki bizi ireli aparan da ´, formalasdiran da yaxsilari gorub ondan daha yaxsi olmaga calismaq hissidi.
17 sentyabr 2015 12:26
Offline
Agat_Kris
Hər birinizin fikri ilə razıyam, amma mən elə paxıl qonşular çooox görmüşəm))
8 sentyabr 2015 15:40
imza: Pozitiv olun!
Offline
MAYA EL
Hər bir qadın özü olmalıdı kiminsə bənzəri yox.
7 sentyabr 2015 14:30
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
●♥ Səma ♥●
Əsl xanım və ya insan belə olmamalıdır. Qəlbi təmiz olan insan belə olmur. Allahın hər kəsə verdiyi ruzi nemət var. onunla yetinməliyik.
Bununla razıyam.Hər insana görə Allahın verdiyi pay var.Buna qismətmi desək,ya nə bilmirəm.Amma "onu aşacam" deyə çox çabalayıb öz ömrünü və yaxınlarının ömrünü yeməməlidi insan.
Maraqlı xəbərdir.Davamını oxuyarıq inşAllah.
7 sentyabr 2015 13:09
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Aliyeva Naz
:( bezen edirik elimizden geleni amma yene istediyimize nail olmuruq .
7 sentyabr 2015 12:32
Offline
Ellada Babayeva
Agat_Kris,
Niyəki? Düz yazmısan əslində. Davam elə. kiss

Atalarımız yaxşı deyib, qonşu qonşuya baxar, özünü oda yaxar. Hünəri var qonşun nəsə bir yenilik etsin və ya bu fikrə düşsün. Sən hökmən onu qabaqlamalı və ondan üstün olmalısan. Onun evi sənin evindən gözəl olmamalıdır, təmiri sənin evinin təmirindən baha olmamalıdır, paltarları sənin paltarlarından şıq olmamalıdır. Hətta intellektual səviyyəsi belə səninkindən aşağı olmalıdır. Onun yanında sənə zəng gələndə telefonu açıb, ağzını əyib, bir da burnunda danışaraq cavab verməli, “aloa”, “xoroşo, baxarıq”, “yaxşı, byee” tipli sözlərdən istifadə etməlisən.

Heç çatmır mənə amma bu cür qonşuların sayı-hesabı yoxdu. diablo
7 sentyabr 2015 00:31
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Kim desəki mən paxıl deyiləm vallah yalandı istər istəməz nəyin sə kimnsə paxıllığını çəkirsən
Düz deyirsən canım
6 sentyabr 2015 19:21
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Hər kəsin qismətində nə varsa odur bəli. Yaşadığımız həyat kiminsə arzu etdiyi hətar ola bilər. Şükr etməliyik.

Əlbəttə şükür etməliyik. Ancaq mən heç nə etmədən otur ki, Allah verəcək də demirəm. "Səndən hərəkət məndən bərəkət" Yəni Allahın bizə nələrisə verməsi üçün özümüz də çalışmalıyıq. lakin xoşbəxtliyimizi başqasının bədbəxtliyi üzərindən qurmamaq şərtilə.
6 sentyabr 2015 18:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Qəlbi təmiz olan insan belə olmur. Allahın hər kəsə verdiyi ruzi nemət var.

Hər kəsin qismətində nə varsa odur bəli. Yaşadığımız həyat kiminsə arzu etdiyi hətar ola bilər. Şükr etməliyik.
6 sentyabr 2015 18:06
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Atalarımız yaxşı deyib, qonşu qonşuya baxar, özünü oda yaxar. Hünəri var qonşun nəsə bir yenilik etsin və ya bu fikrə düşsün. Sən hökmən onu qabaqlamalı və ondan üstün olmalısan. Onun evi sənin evindən gözəl olmamalıdır, təmiri sənin evinin təmirindən baha olmamalıdır, paltarları sənin paltarlarından şıq olmamalıdır.

Bu mənə çatmır və gülürəm belə şeylərə. Əsl xanım və ya insan belə olmamalıdır. Qəlbi təmiz olan insan belə olmur. Allahın hər kəsə verdiyi ruzi nemət var. onunla yetinməliyik.
6 sentyabr 2015 18:02
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Bəyəndiyinə sevindim. Mən hələ müşahidələrimin çox az qismini yazmışame. Hamsın yazsaydım gərək yerli dibli köçəm burdan)))))))))

Növbəti hissədə nələr gözləyir bilmirəm, amma bilirəm ki, bu dəfə də biz xanımlar özümüzü görəcəyik.
6 sentyabr 2015 17:33
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ellada Babayeva
Saflığını geri qazan və əsl qadın ol!

Mən həqiqətən anormalam. crazy Mən uşaqlıqda makiyaja meyilli olmamışam elə indidə.
6 sentyabr 2015 16:22
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Agat_Kris
Ceylan Mumoğlu,
Ardini yaziyorum)) gorek alincaqmi)

Xəyalə Murad,
Bəyəndiyinə sevindim. Mən hələ müşahidələrimin çox az qismini yazmışame. Hamsın yazsaydım gərək yerli dibli köçəm burdan)))))))))
6 sentyabr 2015 15:27
imza: Pozitiv olun!
Offline
Xəyalə Murad
Bu xəbəri oxuyanda istər-istəmər özümü müdafiə etmək istədim. Hətta Agat xatırlayırsansa, sənə demişdim ki, "mən uşaq vaxtı belə olmamışam". Yazı insanın içini üzə çıxaracaq həddədir. Əladır.
6 sentyabr 2015 15:16
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Son zamanlar saytımızda maraqlı xəbərlər dərcə gedir, Maşallah, göz dəyməsin give_ros
Gözəl xəbərdir, Agat, yorulmayasan, ardını indidən merak edirəm, əsl qadın necə olmalıdır, görəsən? blum
6 sentyabr 2015 13:56
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )