Nikah müqaviləsi nə deməkdir və bağlanması məcburi xarakter daşıyırmı? Bu suallara BHM Bakı Hüquq Mərkəzi hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev cavab verib.
Belə ki, hüquqşünasın dediyinə görə, nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimini dəyişdirərək müqavilə rejimini müəyyənləşdirir. Başqa sözlə, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
“Nikah müqaviləsində müxtəlif məsələlər müəyyənləşdirilə bilər: tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, tərəflərin hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, nikahın pozulması halında, tərəflərin hər birinə düşəcək əmlak, eləcə də ər-arvadın əmlak münasibətlərinə dair hər hansı digər məsələlər” – deyə hüquqşünas bildirib.
T.Əliyev bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.6-cı maddəsinə görə nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
Hüquqşünasın sözlərinə görə, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Nikah müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır.
Sonda T.Əliyev qeyd edib ki, nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Emre Aşık boşandığı xanımına hər ay 25 min ödəyəcək
Müəllim şikayəti
2012-ci ilin qış geyimləri
Burcu Esmersoy hər kəsi HEYRƏTLƏNDİRDİ-SƏBƏB
"Barselona" - "Deportivo" matçı ilə bağlı şok iddia
Tarixi faktlar- 2
Ramazan ayı - 5-ci günün duası
Sarımsaqlı-kartoflu zapekanka (foto resept)
II Elizabet Meqan və Harrini tituldan məhrum etdi!-SƏBƏB
Dünyanı heyrətləndirən uşaq indi..
SALAT BƏZƏDİLMƏSİ ÜSULLARI (foto dərs)
Bütün Dünya Bu qızdan danışır-SƏBƏB/VİDEO
Türkiyədə qədim yeraltı şəhər tapıldı
Jaguar F-Type artıq satılır
Kökəltməyən 7 qida
"Almaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın inkişafında maraqlıyıq"
Saçların düzgün daranması
Kakaolu, şokoladlı keks (foto-resept)
Saçlarımız üçün şampun hazırlayaq
Leyla Əliyeva poeziya gecəsində - FOTO
Məşhurlar dünən və bu gün
Putinin erməni jurnalistə cavabı: "Azərbaycan kimi bir ölkə..."
Bakıda daha bir ekspres xətt fəaliyyətə başlayır
"Zemheri" final edir
Nazik dodaqlı xanımlara TÖVSİYƏ - Daha böyük görünməsi üçün...
Milli Məclis orduya dəstək üçün çarx hazırladı - VİDEO
Aldığı ayaqqabı şoka saldı: İçindən qeyri-adi məktub çıxdı
Telefonunuzda bu simvolu görsəniz açmayın
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
HAVA necə olacaq?
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi
82 yaşında birinci sinfə gedir - FOTO
Seda Sayan Bakıya gəlir
Meryem Üzerlidən sevgi açıqlaması
Yaralı hərbçimiz həkimlərin səyinə baxmayaraq, həlak oldu - RƏSMİ
BMT-dən Ermənistana yardım
Cərimənizi ödəyin, yoxsa... - REYDLƏR BAŞLADI
Mükəmməl sevgili ola bilmək üçün...
Məkkədə 10 min nömrəli otel
Kişi öz əmlakını filə vəsiyyət etdi
Diqqət! Xəstəlik yaxınlığımızdadır
Mədə-bağırsaq xəstəlikləri üçün
2012-ci ilin aksesuarları
Di Kaprio dövlət başçılarını qar bəbirlərini qorumağa çağırır
Klubumuzun Avrokuboklarda rəqibi bəlli oldu
Google sürücüsüz avtomobil buraxacaq
Şimşək çaxacaq, yağış yağacaq!
Düz danışmağı sevmirəm
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
- ŞƏRHLƏR