Masturbasiya mövzusu cəmiyyətimizi uzun müddət düşündürmüş, müxtəlif və uzun -uzun müzakirələrə səbəb olmuşdur. Cəmiyyətə görə bəzən normal, bəzən də anormal qəbul edilmişdir. Dövrümüzdə yeniyetməlik dövründə olan gənclər üçün bu proses normal hesab edilir. Və gənc nəslin bu barədə maariflənməsi üçün müxtəlif addımlar atılır. Uşaqlarının masturbasiya etməsi valideynləri çox narahat edir və hətta onları dəhşət bürüyür. Halbuki, kiçik yaşlı uşaqlarda masturbasiya etmək daha çox yayılıb və bu son dərəcədə normal və sağlamlıqdır. Əslində buna masturbasiya demək doğru deyil. Buna daha çox uşaqların cinsəl orqanları ilə oynamaq desək daha doğru olar. Uşaqlar cinsəl orqanları ilə əlləri və barmaqları ilə necə oynayırlarsa o cür oynayırlar.
Masturbasiya cinsi orqanı rahatlatmaq və ya zövq almaq üçün edilən hərəkətdir. Masturbasiya hallarına bəzən 3-5 yaşlarında, əsasən isə 17-18 yaşlarda rast gəlmək olur. Uşaqlarınızda masturbasiya hərəkətlərinə rast gəldiyiniz zaman bunu onlara qadağa etməyin. Burda qorxulu heç bir şey yoxdur. Hətta bunun üzə çıxması yaxşıdır. Bunu etməyən uşaqlar psixoloji cəhətdən anormaldırlar. Masturbasiya hərəkətlərini kəşf etmiş uşaqların valideynləri narahat olmamalıdırlar. Bir uşağın masturbasiya etdiyini anlamaq üçün bəzi hərəkətlərinə diqqət etmək lazımdır.
* Cinsi orqanları ilə oynayırsa və əlini tez-tez cinsi orqanında görürsünüzsə.
* Bilərək və ya bilmədən əlinə aldığı hər bir əşyanı cinsi orqanlarına sürtürlərsə.
* Tez-tez üzü aşağı yatıb sürünürsə
* Hər hansı oyuncağın üzərinə uzanıb, bir müdət belə qalırsa.
* Evdə və ya məktəbdə cinsi orqanlarını oturduqları stula sürtürlərsə.
* Tez-tez otağına gedirsə, və orada uzun müddət qalırsa
Bu zaman artıq masturbasiyadan danışmaq olar.
Valideynlər bu zaman nə etməlidirlər?
Masturbasiya etməyi onlara qadağa edə bilməzsiniz. Və bunun müalicəsi yoxdur. Çünki tam təbii haldır. Qəbul edin ki, övladınız artıq onu rahatladacaq, zövq verəcək bir prosesi kəşf edib. İdarə edə biləcəyiniz yalnız ona məsləhətlər etmək, masturbasiyanın təbii hal olduğunu başa salmaqdır. Lakin masturbasiyanın burun təmizləmək və ya ayaqyoluna getmək kimi şəxsi və intim hal olduğundan cəmiyyət arasında edilməməsini demək lazımdır. Bu hərəkəti insanlar qarşısında etməyin son dərəcədə pis hal olduğunu deməlisiz. Əks halda görməməzlikdən gəlsəniz uşağınız bu hərəkəti hər kəsin önündə edəcək.
Övladınızla aparacağınız digər mövzu isə onun hər dəfə əlini cinsi orqanına apardığı təqdirdə cinsi orqanlarına mikrob keçəcəyini və bu zaman xəstələnəcəyini başa salmaq lazımdır. Övladınız hər dəfə əllərini cinsi orqanına aparan zaman"çək əllərini birdə görməyim" demək əvəzinə əllərini məşqul edəcək başqa bir məşğuliyyət tapmaq lazımdır. Məsələn bu zaman "Mənə bir stəkan su ver" və ya "gəl şəkil çəkək" kimi deyə və onu başqa yönə yönləndirə bilərsiniz. Əgər evdə masturbasiya edən uşağınızdan kiçik və ya yeni doğulmuş uşağınız varsa onunla maraqlandığınız zaman böyük övladınızın hərəkətlərinə fikir versəniz bu zaman onun masturbasiya etdiynin şahidi olarsınız. Buna görə də ondan kömək istəməli, balaca qardaşına (bacısına) kömək etməsini deyə bilərsiz. Beləliklə, balaca qardaşa qarşı olan qısqanclığı da aradan qaldırılmış olar və onun fikrini masturbasiyadan uzaqlaşdıra bilərsiniz.(bu 3-5-7-yaşlı uşaqlara aiddir)
Həkimə nə zaman müraciət etmək lazımdır?
Bəzən uşaqlar yaşadığı stressdən və ya sevgisizlikdən də masturbasiya edə bilərlər. Əgər masturbasiya edən övladınızın ruh sağlığından narahatsınızsa, yuxarıda dediyimiz üsullarla ona kömək edə bilmirsinizsə bu zaman uşaq həkiminə və ya psixoloqa müraciət etməyin zamanıdır.
P.S Analar və atalar, əsasən də analar, övladınızın masturbasiya etməsi nə utanılacaq, nə də dünyanın sonu kimi bir hadisə deyil. Bu təbiidir. Bu xəbərimizdə də sizə bunu çatdırmaq istədik.
XƏBƏR LENTİ
Erməni güləşçi: "Azərbaycanlılara təşəkkür edirəm "
Bu mağazada ikisarılı yumurta satılır - mütəxəssislər isə xəbərdarlıq edir - VİDEO
Ailə qurmağa mane olan səbəblər
BÜRCLƏR bizə nə vəd edir?-7 Avqust
Sabah da yağış yağacaq
Fotomontaj deyil
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir
Ən bahalı toy
7 il əvvəl yoxa çıxan qoyun qayıtdı
Yeni “AntiCOVID sistemi” təqdim olunub - VİDEO
"Bakı" Çempionlar Liqasının qalibini məğlub etdi
Bizim Qadin.Netlilər serialı (3-cü bölüm)
Fərqli çarpayı modelləri
Ömrümüzü nə qısaldır?
Ronaldu Corcinaya evlilik təklif etdi
Karantindən qaçan şəxslə bağlı AÇIQLAMA
İlk peşəsi müəllim olan məşhurlar
Göz iltihabı
Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…
Şeyma Subaşı izləyicilərini QORXUTDU-FOTO
Ana südünün xərçəngə qarşı mübarizəsi
Hava haqqında
Boğazlı köynək (vodolazka)
Çoxuşaqlı ailələr bunu bilməlidir
Ordumuzun reytinqi
Merve Bolğur bütün dostlarını sildi
Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir
İsraildə Yeni il Bayramı Qadağan Olundu-SƏBƏB
Buzovna çimərliyində təmizlik aksiyası keçirilib
Ayaq bilərzikləri-3
Hamiləlik dövründə bunlardan zövq alın
“WhatsApp” ən populyar mobil proqram seçildi
İlham Əliyev sərəncam verdi
Cim Kerridən GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ-FOTO
İnternetdə 1 dəqiqədə nələr olur?
Kenan Beren Saata yazdığı mahnını oxudu
Hansı yaxşıdır: qadın, yoxsa kişi kollektivi?
1905-1906-ci illər qırğınları
Heyvanın inanılmaz faydaları
Bu taksilərdən istifadə edənlər vergi ödəyəcək - BU GÜNDƏN
Qadın olmaq...
Monika Belluçinin bu FOTOsu diqqət çəkdi
Əsəblərimizi necə cilovlayaq?
Ötəri saydığımız xəstəliyin dəhşətli fəsadı
Düyü yuxası ilə ətli blinçiklər (foto-resept)
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Ətli makaronlu yemək (foto resept)
Naxçıvan dolması (foto resept)
Boyunbağılar
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
- ŞƏRHLƏR