Bakıda bəzi sərnişin avtobuslarında gedişhaqların qalxması sərnişinlərin narazılığına səbəb olub. Bir çoxu yol haqqının qaldırılmasının heç bir əsası olmadığını düşünür. Şikayət edənlər bildirirlər ki, avtobuslarda gedişhaqları artırılsa da, göstərilən xidmətin keyfiyyəti yüksəlməyib.
“Avtobus sürücüləri dəyişməyiblər. Həmişəki kimi avtobuslar uşaqların əlindədir. Avtobuslar yenə də basabasdır. İstidən maşında adam boğulur. Yalnız gedişhaqqını artıra bilirlər”, - deyə Yaqut Kərimov adlı sərnişin şikayətində bildirib.
Sərnişinlər deyirlər ki, bəzi avtobusların qiymət artımından sonra onların qrafiklərində də problemlər yaranıb. Avtobuslar həmişəkindən fərqli olaraq gec işləyir. Sərnişinlər avtobusların qiymətinin artırılmasından sonra, metrodan istifadənin daha sərfəli olacağını deyirlər. Çünki metroda tıxac problemi olmur. Sərnişin istədiyi ünvana tez çata bilir.
Nəqliyyat Nazirliyindən isə deyilənlərin heç bir əsası olmadığı bildirilir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun anspress-ə verdiyi məlumata görə, Bakıda sərnişin avtobuslarında qiymət artımı olmayıb. Onun sözlərinə görə, bəzi avtobusların hərəkət sxemi dəyişdirildiyi üçün gedişhaqqında da fərq yaranıb.
“Əgər avtobusların hərəkət sxeminə dəyişiklik edilirsə, məsafə uzanır. Mövcud qanuna uyğun olaraq, gedişhaqları da avtomatik olaraq dəyişir. Qiymətlər də buna uyğun tənzimlənir. Əslində bu qiymət artımı sayılmır. Avtobuslarda gedişhaqlarının artımı yalnız Tarif Şurası tərəfindən müəyyən edilməlidir. İndi avtobuslarda qiymət dəyişikliyi məsafəyə görədir. Avtobusların hərəkət sxemi dəyişdirildiyi üçün onların yolundakı kilometraj artır. Bu səbəbdən də qiymətlər dəyişib”, - deyə Namiq Həsənov bildirib.
Nazirlik rəsmisi onu da əlavə edib ki, hazırda Bakıda və şəhərətrafında sərnişin avtobuslarında xidməti yüksəltmək üçün Dövlət Avtomobil Xidməti müəyyən tədbirlər görür. Həm avtobuslar yenilənir, həm də yeni sürücü kadrlar hazırlanır.
Namiq Həsənov deyir ki, bu yenilənmə işləri avtobus qəzalarının azalmasına, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına böyük kömək edəcək.
“Sürücülərin peşəkarlıq səviyyəsi artanda, davranışı normalaşanda, yol qaydalarına düzgün əməl etdikdə, təbii ki, baş verən qəzaların qarşısı alınır. Həm sürücü mədəniyyətini formalaşdırır, həm də qəzaların qarşısı alınır. Bu istiqamətdə işlər davam edəcək”.
Nazirlik rəsmisi avtobuslarda qiymət artımının Bakıya gətiriləcək komfortlu avtobusların istifadəyə verilməsilə əlaqələndirilən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu barədə gəzən söhbətlər həqiqətə uyğun deyil.
“Bakıya gətiriləcək yeni, komfortlu avtobusların xidmətə buraxılmasına görə qiymət artırılması barədə gəzən fikirlər də əsassızdır. Həmin avtobuslar harada ehtiyac varsa, həmin ərazilərə veriləcək. Yeni avtobusların gətirilməsinin qiymət artımı ilə bağlı əlaqəsi yoxdur. Əgər qiymət artımı da nə vaxtsa olacaqsa, bu Taarif Şurasının qərarı ilə baş verəcək. Bu da ictimaiyyətə açıqlanacaq. Amma yaxın günlərdə qiymət artımı gözlənilmir.
Namiq Həsənov intellektual idarəetmə sisteminin düzgün işləməməsi məsələsinə də aydınlıq gətirib: “Bəzən şəhərdə müəyyən problemlər olur. Yol təmir olunur, tıxac olur. Bununla bağlı, bəzi hallarda avtobus dayanacaqlarındakı göstəricilər səhv olur. Lakin bu o demək deyil ki, intellektual idarəetmə sistemi düzgün işləmir. Bu sistem çox dəqiq işləyir”.
Ekspertlər Bakıda bəzi avtobusların qiymətinin artırılmasının sərnişinlərin maddi büdcəsinə mənfi təsir edəcəyini bildiriblər. Tanınmış iqtisadçı Vüqar Bayramovun anspress-ə verdiyi məlumata görə, bu ən çox əhalinin kasıb təbəqəsinin ziyanınadır.
“Qəsəbə ətrafı avtobuslarda qiymət artımı, düşünmürəm ki, kəndlərdən şəhərə gələnlərin gündəlik xərcləri artacaq. Həmin istiqamətdə fəaliyyət göstərən taksilər də xidmət haqqlarını artıracaq. İndiki dövrdə avtobuslarda qiymət artımı heç də məqsədə uyğun addım deyil”, - deyə Vüqar Bayramov bildirib.
Sahibkarlar isə sərnişin avtobuslarında gediş haqqının artımı sayəsində xidmətlərin keyfiyyətinin də yüksələcəyini bildirirlər. “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafovun anspress-ə verdiyi məlumata görə, hazırda avtobuslardakı gedişhaqları çəkilən xərclərlə tərs mütənasibdir.
“Hazırda avtobuslarda gedişhaqları çəkilən xərclərdən çox azdır. Təbii ki, sahibkarlar bundan çox əziyyət çəkir. Əgər gedişhaqqı artarsa, təbii ki, avtobuslar yenilənər. Avotbuslarda komfortlu şərait yaradılar. Təcrübəli sürücülər işə götürülər. Onlara yaxşı məvacib verilər”, - deyə Etibar Manafov bildirib.
Qeyd edək ki, Tarif Şurası avtobuslarda gediş haqqını artımı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Anspress-in Tarif Şurası saytına istinadən verdiyi məlumata görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 aprel 2013-cü il tarixli 1 nömrəli Qərarına dəyişiklik edilib.
Həmin dəyişikliklərdən sonra marşrutlardakı qiymətləri sizə təqdim edirik:
Qərara görə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı marşrutlarında qiymət 20 qəpik,
şəhərətrafı və qəsəbələrarası marşurutda isə 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 111, 113, 118, 119, 133, 135, 138, 142, 143, 144, 145, 148, 156, 158, 159, 162, 170, 174, 178, 190, 198, 202, 204, 206, 208, 209, 210, 213 və 216 saylı marşrutlarında 20 qəpik,
15 km-dən 25 km-dək olan 102, 104, 105, 106, 108, 109, 110, 116, 117, 120, 121, 124, 125, 129, 131, 132, 134, 137, 139, 146, 147, 151, 153, 154, 155, 161, 163, 165, 166, 167, 168, 169, 176, 177, 179, 180, 181, 182, 183, 184, 185, 186, 188, 189, 191, 193, 199, 201, 203, 205, 214, 215 və 217 saylı marşrutlarda 25 qəpik,
25 km-dən 30 km-dək olan (30 km daxil olmaqla) 103, 112, 114, 123, 127, 128, 130, 140, 152, 160, 173, 175, 192, 207 və 211 saylı marşrutlarda 30 qəpik,
30 km-dən 40 km-dək olan 100, 107, 126, 136, 141, 149, 157, 172, 194, 196, 197, 200 və 212 saylı marşrutlarda 35 qəpik,
40 km-dən 45 km-dək (45 km daxil olmaqla) 101, 164 və 171 saylı marşrutlarda 50 qəpik,
45 km-dən 50 km-dək (50 km daxil olmaqla) 187 saylı marşrutda 70 qəpik,
50 km-dən yuxarı gediş məsafəsi olan 115, 122, 150 və 195 saylı marşrutlarda 80 qəpik müəyyənləşdirilib.
XƏBƏR LENTİ
"Eurovision 2016" Türkiyəsiz keçəcək
Son model ayaqqabı modelləri
Kartof salatı(foto resept)
Sağlam və ağ dişlər üçün tövsiyələr
Zərərli vərdişlər
"Avropa derbisi"nə 1 gün qaldı
Ebru Şahinə yeni TƏKLİF
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Sobada qat-qat xəmirli balıq (foto resept)
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
Bakı buxtasının ən böyük Gülü sökülür?
Gözləmək iztirabı
Bekhemdən qəribə istək-FOTO
Sosial şəbəkədən qorxan ölkələr.
Rəngarəng çantalar
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Stəkanlar üçün hörmələr
Xoşbəxt edən 5 qida
Bu da çox qənaətli Passat
HAVA necə olacaq?
Yeni heyvan növü yaradıldı-FOTO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Hava haqqında - 27.09.2013
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Düzgün duruş üçün dartınma hərəkətləri
Qırılan dırnaqlardan xilas ol
Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Timati yenidən ata oldu-FOTO
Sellüloz - cavanlığın cövhəri
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Yazın 10 super qidası
Kartof dolması (foto resept)
Qara pişik uğursuzdurmu?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Saç tökülməsinin qarşısını alan qidalar
Həbs edilən İŞİD-çilər danışdı
"Ağıllı" pəncərələr də yaradıldı
Boşanma xəbərlərinə qayınanası son qoydu
Həddən artıq sarımsaq yeməyin zərərləri
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Gözəl göz makiyajları
Zoğalın bilmədiyimiz faydaları
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Kimi aldadırsan?
“Miss Yer Kürəsi” o oldu- FOTO