Ətirşah bitkisini çoxumuz evimizdə sevərək becəririk. Onun ətri belə evə yayılan zaman insana çox gözəl təsir edir. Ondan hazırlanan yağın faydalı xüsusiyyətləri isə saymaqla bitmir!
Kosmetik və dermotoloji təsiri
Ətirşah yağının cavanlaşdırıcı, tonuslaşdırıcı, ağardıcı xüsusiyyəti var. Bu yağ hər bir dəri növünə uyğundur, onu hamar, elastik edir və cavanlaşdırır. Qan dövriyyəsini yaxşılaşdırır, solğun üz dərisinə sağlam görünüş verir. Yaraları sağaldır və ləkələri təmizləyir. Ondan üz dərisinin iltihablaşması zamanı, civzələrdə, quru eqzemalarda, səpkilərdə, üzün qabıqlanmasında isifadə edirlər. Bundan başqa, yanıqlar, dəri çatları, herpes və göbələk xəstəlikləri zamanı da isifadə olunur. Demək olar ki, hər növ dəri xəstəliklərində isifadə olunur.
Bioenergik təsiri
İnsanlarda digərlərindən asılılıq hissini aradan qaldırır, kompleksli olma, özünü nataman hiss etmə və özünə inamsızlıq hallarında yardımçı olur. Şəxsin özünü qiymətləndirməsi, real motivlərinə və hərəkətləri düzgün qiymətləndirməsinə imkan verir. Hər bir kəsin fərdi aurası var, ətirşah yağı individual olaraq bu auranı bərpa edir. Ətirşah yağı sevmədiyiniz biri ilə ünsiyyətdən sonra korlanmış enerjini bərpa edir, partnyorlar arasındakı sevgi münasibətlərini də bərpa edir.
Ətirşah yağı bir sıra digər yağlarla birlikdə çox gözəl təsir göstərir: qızılgül, limon və portağal yağları, nanə, evkalipt, berqamot, sidr ağacı yağı, səndəl ağacı yağı, rozmarin, adaçayı yağı, lavanda, yasəmən, mixək.
Ətirşah yağından isifadə
Oynaqlarda ağrı və hərəkətsizlik üçün: ətirşah yağı - 4 damcı, qızılgül yağı - 2 damcı, səndəl yağı - 2 damcı, badam yağı - 2 damcı. Bu qarışıq ağrı olan nahiyəyə, əzələ və oynaqlara masaj edilərək sürtülür.
Stres zamanı sakitləşdirici kimi: ətirşah yağı - 5 damcı və istənilən sitrus bitkisi yağı - 2 damcı.
İnqalyasiya kimi: isti suya 3 damcı əlavə etməklə 5 dəqiqə müddətində nəfəs almaq.
Kompres: 5-7 damcını az miqdarda spirt və ya suda həll etməklə 1/2 l suya çatdırmaqla hazırlanır.
Masaj: 10-15 q baza yağına 1-5 damcı efir əlavə olunur.
Kosmetik yağ kimi: isifadə etdiyimiz əl və bədən kreminizə 3 damcı əlavə edə bilərsiniz.
Otaqdan xoşagələməz qoxunu aradan qadırmaq istəyirsinizsə, hər 5 kv.m sahəyə 3 damcı efir bəs edir. Bundan həm də aromoterapiya zamanı istifadə edilir, həm də ağcaqanad, milçək və digər cücülərə öldürücü təsir göstərir. Ağcaqanadlarla mübarizə aparmaq üçün 3 damcı ətirşah efiri, 2 damcı lavanda yağı, 2 damcı sidr ağacı yağı daha effektiv təsir göstərir. Ətirşah yağı esterogen hormonunun ifrazını stimulə edir, ona görə də kontraseptiv vasitələrlə bir yerdə istifadə olunur. Aromaterapiya zamanı istifadəsi rahatlanmaq, stressi, revmatik və əzələ ağrılarını ardan qaldırmaq, aktivliyi bərpa etmək və ən əsası həzz almaq məqsədilə istifadə olunur.
36-38 dərəcə temperaturda su doldurulmuş çanağa 4-7 damcı efir yağı, 1 x/q emulqator (duz, dəniz duzu, süd, bal) əlavə olunur. Efir yağı bilavasitə çanağa girən zaman tökülməlidir. Əks halda onun əksər hissəsi buxarlanıb itəcək.
Məsləhət görülmür: Həssas dərili insanlarda allergiyaya səbəb ola bilər. Qanda şəkərin səviyyəsi aşağı olanlarda, hamiləlik zamanı, 3 həftə ardıcıl isifadə, 6 yaşa kimi uşaqlara məsləhət görülmür.
XƏBƏR LENTİ
İşinizdən razısınızmı?
Azərbaycana yeni vəzifə həvalə edildi
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Tarkan xanımı üçün yollara düşdü
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO
Lauranın maraqlı makiyaj nümunələri
Qadın.netlilərin ləhcəsi (1)
Niyə məhz Qadın.Net?
Ayaq incəldən idmanlar
Günün qoroskopu: səbr edin
Sürücülərə xəbərdarlıq edildi
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Cırıq qaloşlar muzeyə qoyuldu
İspan dili 20-ci dərs
Ronaldodan təsirli paylaşım -FOTO
Dəriyə qulluq üçün istifadə olunan təbii yağlar
Gəlinlik seçərkən...
Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
HAVA necə olacaq?-22 İyul
Tərəvəzli gül boxçalar (foto resept)
Balqabaqlı oladi (foto-resept)
Microsoft-dan yeni smartfonlar
Lazer epilasiyasından əvvəl bilməli olduqlarınız
Sabahdan I sinifə qəbul başlayır
Şəkiyə güclü qar yağıb
Gülbən Ergən yenidən gəlin olacaq-FOTO
Bakıda yolun çökməsinin səbəbi bilindi
Notr-Damın damında bağ salına bilər
Ən “təhlükəli” qan qrupu açıqlanıb
Sizdən bir xahişim var!..
Əllərimizi soğan iyindən qoruyaq
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Turşu suyunun faydaları
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı - RƏSMİ
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO
Badamın inanılmaz faydaları
Psaki girovlar barədə danışdı
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Su zanbağının hazırlanması
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
- ŞƏRHLƏR