Qadin.NET / Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Ətirşah bitkisini çoxumuz evimizdə sevərək becəririk. Onun ətri belə evə yayılan zaman insana çox gözəl təsir edir. Ondan hazırlanan yağın faydalı xüsusiyyətləri isə saymaqla bitmir!

Kosmetik və dermotoloji təsiri

Ətirşah yağının cavanlaşdırıcı, tonuslaşdırıcı, ağardıcı xüsusiyyəti var. Bu yağ hər bir dəri növünə uyğundur, onu hamar, elastik edir və cavanlaşdırır. Qan dövriyyəsini yaxşılaşdırır, solğun üz dərisinə sağlam görünüş verir. Yaraları sağaldır və ləkələri təmizləyir. Ondan üz dərisinin iltihablaşması zamanı, civzələrdə, quru eqzemalarda, səpkilərdə, üzün qabıqlanmasında isifadə edirlər. Bundan başqa, yanıqlar, dəri çatları, herpes və göbələk xəstəlikləri zamanı da isifadə olunur. Demək olar ki, hər növ dəri xəstəliklərində isifadə olunur. 

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Bioenergik təsiri

İnsanlarda digərlərindən asılılıq hissini aradan qaldırır, kompleksli olma, özünü nataman hiss etmə və özünə inamsızlıq hallarında yardımçı olur.  Şəxsin özünü qiymətləndirməsi, real motivlərinə və hərəkətləri düzgün qiymətləndirməsinə imkan verir. Hər bir kəsin fərdi aurası var, ətirşah yağı individual olaraq bu auranı bərpa edir. Ətirşah yağı sevmədiyiniz biri ilə ünsiyyətdən sonra  korlanmış enerjini bərpa edir, partnyorlar arasındakı sevgi münasibətlərini də bərpa edir.

Ətirşah yağı bir sıra digər yağlarla birlikdə çox gözəl təsir göstərir: qızılgül, limon və portağal yağları, nanə, evkalipt, berqamot, sidr ağacı yağı, səndəl ağacı yağı, rozmarin, adaçayı yağı, lavanda, yasəmən, mixək.

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Ətirşah yağından isifadə

 Oynaqlarda ağrı və hərəkətsizlik üçün: ətirşah yağı - 4 damcı, qızılgül yağı - 2 damcı, səndəl yağı - 2 damcı, badam yağı - 2 damcı. Bu qarışıq ağrı olan nahiyəyə, əzələ və oynaqlara masaj edilərək sürtülür. 

Stres zamanı sakitləşdirici kimi: ətirşah yağı - 5 damcı və istənilən sitrus bitkisi yağı - 2 damcı.

İnqalyasiya kimi: isti suya 3 damcı əlavə etməklə 5 dəqiqə müddətində nəfəs almaq.

Kompres: 5-7 damcını az miqdarda spirt və ya suda həll etməklə 1/2 l suya çatdırmaqla hazırlanır.

Masaj: 10-15 q baza yağına 1-5 damcı efir əlavə olunur.

Kosmetik yağ kimi: isifadə etdiyimiz əl və bədən kreminizə 3 damcı əlavə edə bilərsiniz. 

Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (2)

Otaqdan xoşagələməz qoxunu aradan qadırmaq istəyirsinizsə, hər 5 kv.m sahəyə 3 damcı efir bəs edir. Bundan həm də aromoterapiya zamanı istifadə edilir, həm də ağcaqanad, milçək və digər cücülərə öldürücü təsir göstərir. Ağcaqanadlarla mübarizə aparmaq üçün 3 damcı ətirşah efiri, 2 damcı lavanda yağı, 2 damcı sidr ağacı yağı daha effektiv təsir göstərir. Ətirşah yağı esterogen hormonunun ifrazını stimulə edir, ona görə də kontraseptiv vasitələrlə bir yerdə istifadə olunur. Aromaterapiya zamanı istifadəsi rahatlanmaq, stressi, revmatik və əzələ ağrılarını ardan qaldırmaq, aktivliyi bərpa etmək və ən əsası həzz almaq məqsədilə istifadə olunur.

 36-38 dərəcə temperaturda su doldurulmuş çanağa 4-7 damcı efir yağı, 1 x/q emulqator (duz, dəniz duzu, süd, bal) əlavə olunur. Efir yağı bilavasitə çanağa girən zaman tökülməlidir. Əks halda onun əksər hissəsi buxarlanıb itəcək.

 Məsləhət görülmür: Həssas dərili insanlarda allergiyaya səbəb ola bilər. Qanda şəkərin səviyyəsi aşağı olanlarda, hamiləlik zamanı, 3 həftə ardıcıl isifadə, 6 yaşa kimi uşaqlara məsləhət görülmür.

10 iyun 2014
GO BACK