Bakıda hava
USD AZN
EUR AZN
08:57Xəyalə Murad Sabahınız xeyir,Pəri xanım 08:34PERI sizinde sabahiz xeyir xeyale xanim 08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41221

Maşınlar Bakının mərkəzində saxlanılarsa

 

“Paytaxtda tıxacın aradan qaldırılması üçün quraşdırılan “Park-manat”ların yarım saatı 50 qəpik olacaq”

Bakı. Cavid Zeynallı - APA. Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal - “Park-manat” gətirilib. APA-nın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Onun sözlərinə görə, terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə bu gün Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq. H. Abutalıbov deyib ki, ilin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq.

Bakının mərkəzində nəzərdə tutulmayan yerlədə qanunsuz saxlanılan bahalı avtomobillərin polislər tərəfindən götürülməməsi barədə suala cavabında BŞİH başçısı bunları deyib: “Bu məlumatlar yalandır. İcra Hakimiyyətinin işçiləri, polislər qnundan kənar heç nə etmir. Kimliyindən asılı olmayaraq, bahalı, hətta xüsusi nömrəli maşınlar şəhərin mərkəzində nəzərdə tutulmayan yerlərdə saxlanırsa, götürülür. Bununla bağlı birinci gün xüsusi sərəncamım olacaq”.

H. Abutalıbov deyib ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək. Onun sözlərinə görə, “Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq.Bakıda velosiped yolunun çəkilməsi barədə suallara cavabında H. Abutalıbov

geniş küçələr salınandan sonra velosiped yollarının da olacağını açıqlayıb.

Mənbə:Apa.az

Səslərin sayı: 0
0
772
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış