Bakıda hava 14°
USD AZN
EUR AZN
08:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41128

Ağrı

Zərnişan Xalidənin anasının qohumlarından idi və instituta da onu elə Zərnişan düzəltmişdi. Kənddən gələn Xalidə Zərnişan oxuduğu müddətdə onlarda qalacaqdı. Karın könlündəki deyiblər, Xalidə Bakıya köçüb oxumağa başlayan kimi özününkülərin də üstünə Zərnişanın tökdüklərini yığıb lap ovsanatdan çıxdı. Çixmaya da bilməzdi, çünki Gülzar heç vaxt balalarını korluq çəkmyə qoymamışdı, ürəkləri nə istəmişdi birə- on qat hazır olmuşdu. Varlığa nə darlıq.

Xalıdə geyimdə-gecimdə institutun gözü idi və Xalidənin institutun gözü olması Zərnişanın da “qiymətini” qaldırmışdı. Xalidənin paxıllığını çəkən qızların sayı-hesabı yox idi. İnsafən, o, çox yaraşıqlı qız idi, hər bir oğlanın ağlını başından alacaq qədər gözəl idi.

Bəd gözdən Allah saxlasın. Amma Xalidə özünü bəd nəzərdən saxlaya bilmədi. İnstitutun bədnəzər aspirantlarından biri Xalidəni görən kimi and içdi ki, iki dünya bir olsa da qız onun olacaq, vəssalam! Bu aspirantın adı Niyazdı, beş ildir  qadın xəstəlikləri üzrə aspiranturaya girmişdi, amma elmi işinin nə əvvəli idi, nə axırı. Tələbələr onun keçdiyi bu dərsdən kor qalırdılar. Niyaz həm də evliydi, iki uşağı vardı, amma ailəcanlı adam deyildi. Arvad uşağını buraxıb düşmüşdü Xalidənin dalına, qızı yoldan çıxarmaq istəyirdi.

Bir gün Niyaz həyasızlığına salıb Xalıdənin qabağını kəsdi: ”Ölmüşəm, götür”. Xalidə bir şey başa düşmədi: ”Boy, müəllim, başıma xeyir, niyə ölürsən ki?”

- Az, sən nə dil bilməzsən, sənin dərdindən ölürəm də....
- Müəllimə bax, sən də müəllimsən?

- Az, nə müəllim, məhəbbət müəllimə-zada baxmır.

- Heyvanına şükür, İlahi, - Xalidə ərkəsöyün böyümüşdü, söz götürən qız deyidi, Zərnişanın institutda sayılması isə qızı lap cızığından çıxarmışdı.

Niyaz dediyindən dönən deyildi, hiyləgərlikdə tayı-bərabəri tapılmazdı. Bir həftəyə ”siyasəti” dəyişib Xalidənin dizlərini yerə gətirdi, yəni Xalidəni lövhənin qabağına çıxarıb sorğu-sual elədi. Nə soruşdusa o bilmədi. Axı, Xalidə instituta biliyi ilə girməmişdi... Xalidə artıq Niyazın torundaydı, ancaq Niyaz hələ onunla məzələnirdi, təcrübə dərslərində onun üzünün suyunu tökürdü, qızı lüt meyidlərin yanına gətirib deyirdi ki, bədən üzüvlərini bir-bir göstərsin. Xalidə qızarıb-bozarırdı, puçur-puçur tər tökürdü. Niyaz müəllim qızı qınayıb özü qabağa gəlirdi və qadın xəstəliklərinə aid yazdığı dissertasiyadan bir “şərəfli” nitq söyləyirdi. Elə bir nitq ki, nəinki Xalidənin, hətta qrupda nəki qız vardı, hamisinin üzündə olub-qopan su tökülürdü.

Ağrı

 Qərəz, Xalidə qış semestrində Niyaz müəllimdən kəsildi və bütün imtahanları versə də, Niyaz müəllimdən yaya qədər ləngidi. Qız yaxşı bilirdi ki, Niyaz müəllim gec-tez ona qiymət yazacaq, buna görə də nə Niyaz müəllimi sayırdı, nə də ki Zərnişana deyirdi. Həm də onda  get-gedə Niyaza meyl artmışdı. Xalidə özü də hiss etmədən onu görməyəndə darıxırdı. İnsafən, Niyaz da  görkəmcə pis oğlan deyildi, gözəgəlimliydi, qızların çoxu onun üçün “sinov”gedirdilər.

Qiymət almaq Xalidə üçün su içmək qədər asan idi. Zərnişana deyərdi, Zərnişan da Niyazı çağırıb abrını verərdi, ”siçan olmamış dağarcıq yırtırsan?” deyərdi. Lakin Xalidə hər şeyi açıb-ağartmaq istəmirdi. O istəyirdi ki, Niyaz müəlim onu tez-tez laboratoriyaya çağırsın, dərs soruşsun. Niyazın dərdi də bu deyildimi?

Elə bu arada Niyaz müəllimin rəhbəri, tərs kimi avtomobil qəzasına uğradı, sonra da məlum oldu ki, o daha Niyaza rəhbərlik edə bilməyəcək. Niyaza yeni rəhbər lazım oldu və Zərnişan məsləhət bilindi. Zərnişan da etiraz etmədi, o gündən də Niyaz onlara ayaq açdı.

Quş dimdiyindən tora düşdüyü kimi qızlar da dilindən tora düşər. Xalidənin taleyi də belə oldu. O dilindən tora düşdü:

- Zərnişan xoşuna gəlirmi?

Laboratoriyada üz-üzə oturmuşdular. Niyaz müəllim bığaltı qımışdı, bu elə-belə sual deyildi, Xalidənin gözlərindən aydınca oxunurdu ki, o Niyazı qısqanır. Çünki, Xalidə bir-iki dəfə Zərnişanın xalatının qəsddən açılmış aşağıdakı düymələrinin altından bir-birinin üstünə aşırılıb par-par parıldayan baldırlarına Niyazın göz qoyduğunu görüb üzünü turşutmuşdu, bozarmışdı. İndi də Xalidə şübhəsiz ki, buna işarə edirdi və Niyaz baltanın hara vurulduğunu duyub ikibaşlı danışdı:

- Əlbəttə, xoşuma gəlir, amma sən...

Xalidəyə tərəf yeridi:

- Sən xoşuma hamıdan çox gəlirsən...

Ağrı

Niyaz müəllim bu sözləri deyə-deyə Xalidənin əllərini tutmuşdu... Birdən qızı  vəhşi kimi özünə tərəf çəkdi, qollarının arasına alıb sıxdı, odlu dodaqlarını onun boyun-boğazında, sifətində gəzdirdi. Xalidə haçandan-haçana hıçqırdı... Niyaz müəllimlə Xalidənin bu cürə görüşləri çox oldu, amma daha Xalidə  ağlamadı. Bir gün də Niyaz müəllim Xalidəni dayısının maşınında, dayısının Nardarandakı bağına gətirdi. Niyaz əvvəlcədən hazırlıq görmüşdü. Xalidəyə ürəyin istəyən qonaqlıq verdi, axşamtərəfi də gedib dənizdə çimdilər. Xalidə özünü göyün yeddinci qatında hiss edirdi, elə bilirdi ki, dünyada ondan xoşbəxt qız yoxdur.

Birdən sanki qızın gözü açıld, yuxudan ayıldı:

- Yaxın gəlmə, - deyə ona yaxınlaşan Niyaza qışqırıb geri çəkildi, divara qısılıb ağladı. Niyaz təəccüblənmədi. İlk dəfə yad kişi yanına düşən və köməksiz olduğunu birdən-birə dərk edən qız bundan başqa nə edərdi...

- Nədi, nə oldu sənə?

Niyaz sakit və etinasız halda dilləndi ki, qızı hürkütməsin, onu sakitləşdirsin.

- Evə istəyirəm, qurban olum sənə, Niyaz, məni evə apar...

Niyaz dinməz-söyləməz Xalidəni də götürüb maşının yanına gəldi, qapını açıb qızı içəri çağırdı. Sükanın arxasına keçib saxta cəhd göstərdi, amma maşın işə düşmədi, xeyli əlləşib üzünü Xalidəyə tutdu, peşman-peşman dedi:

- Bağışla məni Xalidə, öz sənətim olsaydı......

Niyaz ”tülkülük” edirdi, Xalidə ona inandı və bu inam ona baha oturdu. Yaxınlaşıb özünü günahkar, məyus göstərən Niyazın könlünü almağa çalışdı. Niyaz da eləmə tənbəllik onu ehmalca qucağına götürdü, evə tərəf yeridi. Xalidə artıq Niyazın qucağında uyumuşdu, o elə bilirdi ki, daha bundan sonra həmişə xoşbəxt olacaq.

Samir Kazımoğlunun “Ağrı” əsərindən bir parça.

Ardı var...

Səslərin sayı: 4
17
3181
loading...
Şərhlər
Offline
aysel mirzeyeva
Niyazi meni cox eseblesdirdi ikinci hisede ne olacaq sebisizlikle gozleyirem. am
29 may 2014 18:17
Offline
Farida_Asadova
Aysun Memmedova,
ikinci hissə yayimlanib gözəlim..... blum
28 aprel 2014 00:23
Offline
Aysun Memmedova
Ayy cox maraqli hekayedir,ardini gozleyecem canim
28 aprel 2014 00:04
Offline
Farida_Asadova
Əzizlərim şərhlərinizçün hər birinizə ayrılıqda təşəkkür give_ros Yaxin zamanda ikiknci hissə də yayımlanacaq inşAllah..
21 aprel 2014 19:25
Offline
♥NiLuFeR♥
Çox maraqlı hekayədir,ardını gözləyəcəm
13 aprel 2014 11:42
Offline
AFET
Maraqli hekayedi Niyazi kimilerin Allah belasini versin ardini sebirsizlikle gozluyurem
.
10 aprel 2014 19:13
Offline
Şəri Babayeva
Maraqlıdı,Niyazı öldürməyə hazırlaşıram artıq, diablo am ireful əsəbləşdirdi məni.
10 aprel 2014 18:26
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Qəribə
Cox maraqli hekayedi davamin gozleyirem.
10 aprel 2014 15:46
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
nihatmehtizadə
Maraqlıdı indiki qızlar niyə bu qədər saf,yel beyin olurlar.bəlkə də ailə tərbiyəaindən asılıdır.Belə qızlara heç də təəsüflənmirəm, negative morning Özü də evli biri ilə.Niyaza da ki,lənət olsun.Axırını gözləyirəm,səbirsizliklə give_ros
10 aprel 2014 15:02
Offline
Aminim
Gulum,
Demey olarki Gulum yazmaq istediklerimi yazib.! Allah insanin aglini alinca, canini alsin.ardini tez gonder baci
10 aprel 2014 13:04
imza: qadin.net
Offline
toma676
Bezi qizlarin aqli dabaninda olur.Buda onlardan biri.
10 aprel 2014 12:09
Offline
Gulum
Feridem canım bacım Bu yazınla demek olar ki bu gün gündemde olan esas probleme toxunmusan Axı niye bezi qızlar bu derecede (quşbeyin)olurlar Bu kimi mövzular demek olar ki metbuatda televiziyada oz acı sonluqları ile hemişe işıqlandırılır Amma ne Xalidekimiler ne de Niyazkimiler bir netice cıxarmır Burda deyibler ki qozbeli qebir düzelder Belke de meni bir cox Qadın netliler qınayacaq ki niye Xalideni bu qeder günahlandırıram Amma Allah ona bu gözellikle yanaşı gören gözler ve eşiden qulaqlar da verib Xalidekimiler özleri öz heyatlarını şikest edirler sonra da deyirler ki Taleyin qismetidi Canım bacım yazının ardını gözleyirem bye
10 aprel 2014 12:07
Offline
PƏRVANƏ ƏLİYEVA......
Mende Ruhengiz bacim deyen kimi Xalidenin gelecey taleyini artiq gorurem..Allah Niyazi kimilerine nehlet elesin..Xalide kimi yelbeyinlerede Aqil vare onnan versin..Ardini gozluyurem Feridem...Onda lap etrafli yazacam..Eziyyetine gore cox saqol..
10 aprel 2014 10:54
Offline
Sonay Quluzade
Yelbeyin qız görəndə dəli oluram. Niyaz neynəsin ey? Hər alçağın sözünə inanarlar. Xalidə indən belə çox başına döysə də, bir xeyri olmayacaq. Çox sağ ol, Fəridə. Adı tanış gəldi, mövzu tanış gəlsə də, dəqiq bilmirəm ki, oxumuşammı? Çünki bu mövzu hekayə-roman üçün ən populyar mövzudur. Bir az oxusam, dəqiq deyəcəm ki, oxumuşam, yoxsa yox. Çox sağ ol, Fəridə.
10 aprel 2014 09:34
Offline
איסון ממדוב.
Cox maraqli hekayedi davamin sebirsizlikle gozleyirem.
10 aprel 2014 08:58
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ellada Babayeva
Ardını oxuyandan sonra fikrimi deyəcəm..Niyaz kimi insanların kökü haçan kəsiləcək görən rahat nəfəs ala bilim.. ireful

Ardını gözləyəcəm.Maraqlıdır.
10 aprel 2014 01:25
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ruhəngiz
Hekayəyə görə çox sağ ol bacım.İndidən Xalidənin gələcək taleyini təxmin etmək olar.Çox heyif ki Niyazın-şeytanın vəsvəsəsinə uydu.Ardını gözləyək görək nə olacaq.
10 aprel 2014 00:16
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış