Zərnişan Xalidənin anasının qohumlarından idi və instituta da onu elə Zərnişan düzəltmişdi. Kənddən gələn Xalidə Zərnişan oxuduğu müddətdə onlarda qalacaqdı. Karın könlündəki deyiblər, Xalidə Bakıya köçüb oxumağa başlayan kimi özününkülərin də üstünə Zərnişanın tökdüklərini yığıb lap ovsanatdan çıxdı. Çixmaya da bilməzdi, çünki Gülzar heç vaxt balalarını korluq çəkmyə qoymamışdı, ürəkləri nə istəmişdi birə- on qat hazır olmuşdu. Varlığa nə darlıq.
Xalıdə geyimdə-gecimdə institutun gözü idi və Xalidənin institutun gözü olması Zərnişanın da “qiymətini” qaldırmışdı. Xalidənin paxıllığını çəkən qızların sayı-hesabı yox idi. İnsafən, o, çox yaraşıqlı qız idi, hər bir oğlanın ağlını başından alacaq qədər gözəl idi.
Bəd gözdən Allah saxlasın. Amma Xalidə özünü bəd nəzərdən saxlaya bilmədi. İnstitutun bədnəzər aspirantlarından biri Xalidəni görən kimi and içdi ki, iki dünya bir olsa da qız onun olacaq, vəssalam! Bu aspirantın adı Niyazdı, beş ildir qadın xəstəlikləri üzrə aspiranturaya girmişdi, amma elmi işinin nə əvvəli idi, nə axırı. Tələbələr onun keçdiyi bu dərsdən kor qalırdılar. Niyaz həm də evliydi, iki uşağı vardı, amma ailəcanlı adam deyildi. Arvad uşağını buraxıb düşmüşdü Xalidənin dalına, qızı yoldan çıxarmaq istəyirdi.
Bir gün Niyaz həyasızlığına salıb Xalıdənin qabağını kəsdi: ”Ölmüşəm, götür”. Xalidə bir şey başa düşmədi: ”Boy, müəllim, başıma xeyir, niyə ölürsən ki?”
- Az, sən nə dil bilməzsən, sənin dərdindən ölürəm də....
- Müəllimə bax, sən də müəllimsən?
- Az, nə müəllim, məhəbbət müəllimə-zada baxmır.
- Heyvanına şükür, İlahi, - Xalidə ərkəsöyün böyümüşdü, söz götürən qız deyidi, Zərnişanın institutda sayılması isə qızı lap cızığından çıxarmışdı.
Niyaz dediyindən dönən deyildi, hiyləgərlikdə tayı-bərabəri tapılmazdı. Bir həftəyə ”siyasəti” dəyişib Xalidənin dizlərini yerə gətirdi, yəni Xalidəni lövhənin qabağına çıxarıb sorğu-sual elədi. Nə soruşdusa o bilmədi. Axı, Xalidə instituta biliyi ilə girməmişdi... Xalidə artıq Niyazın torundaydı, ancaq Niyaz hələ onunla məzələnirdi, təcrübə dərslərində onun üzünün suyunu tökürdü, qızı lüt meyidlərin yanına gətirib deyirdi ki, bədən üzüvlərini bir-bir göstərsin. Xalidə qızarıb-bozarırdı, puçur-puçur tər tökürdü. Niyaz müəllim qızı qınayıb özü qabağa gəlirdi və qadın xəstəliklərinə aid yazdığı dissertasiyadan bir “şərəfli” nitq söyləyirdi. Elə bir nitq ki, nəinki Xalidənin, hətta qrupda nəki qız vardı, hamisinin üzündə olub-qopan su tökülürdü.
Qərəz, Xalidə qış semestrində Niyaz müəllimdən kəsildi və bütün imtahanları versə də, Niyaz müəllimdən yaya qədər ləngidi. Qız yaxşı bilirdi ki, Niyaz müəllim gec-tez ona qiymət yazacaq, buna görə də nə Niyaz müəllimi sayırdı, nə də ki Zərnişana deyirdi. Həm də onda get-gedə Niyaza meyl artmışdı. Xalidə özü də hiss etmədən onu görməyəndə darıxırdı. İnsafən, Niyaz da görkəmcə pis oğlan deyildi, gözəgəlimliydi, qızların çoxu onun üçün “sinov”gedirdilər.
Qiymət almaq Xalidə üçün su içmək qədər asan idi. Zərnişana deyərdi, Zərnişan da Niyazı çağırıb abrını verərdi, ”siçan olmamış dağarcıq yırtırsan?” deyərdi. Lakin Xalidə hər şeyi açıb-ağartmaq istəmirdi. O istəyirdi ki, Niyaz müəlim onu tez-tez laboratoriyaya çağırsın, dərs soruşsun. Niyazın dərdi də bu deyildimi?
Elə bu arada Niyaz müəllimin rəhbəri, tərs kimi avtomobil qəzasına uğradı, sonra da məlum oldu ki, o daha Niyaza rəhbərlik edə bilməyəcək. Niyaza yeni rəhbər lazım oldu və Zərnişan məsləhət bilindi. Zərnişan da etiraz etmədi, o gündən də Niyaz onlara ayaq açdı.
Quş dimdiyindən tora düşdüyü kimi qızlar da dilindən tora düşər. Xalidənin taleyi də belə oldu. O dilindən tora düşdü:
- Zərnişan xoşuna gəlirmi?
Laboratoriyada üz-üzə oturmuşdular. Niyaz müəllim bığaltı qımışdı, bu elə-belə sual deyildi, Xalidənin gözlərindən aydınca oxunurdu ki, o Niyazı qısqanır. Çünki, Xalidə bir-iki dəfə Zərnişanın xalatının qəsddən açılmış aşağıdakı düymələrinin altından bir-birinin üstünə aşırılıb par-par parıldayan baldırlarına Niyazın göz qoyduğunu görüb üzünü turşutmuşdu, bozarmışdı. İndi də Xalidə şübhəsiz ki, buna işarə edirdi və Niyaz baltanın hara vurulduğunu duyub ikibaşlı danışdı:
- Əlbəttə, xoşuma gəlir, amma sən...
Xalidəyə tərəf yeridi:
- Sən xoşuma hamıdan çox gəlirsən...
Niyaz müəllim bu sözləri deyə-deyə Xalidənin əllərini tutmuşdu... Birdən qızı vəhşi kimi özünə tərəf çəkdi, qollarının arasına alıb sıxdı, odlu dodaqlarını onun boyun-boğazında, sifətində gəzdirdi. Xalidə haçandan-haçana hıçqırdı... Niyaz müəllimlə Xalidənin bu cürə görüşləri çox oldu, amma daha Xalidə ağlamadı. Bir gün də Niyaz müəllim Xalidəni dayısının maşınında, dayısının Nardarandakı bağına gətirdi. Niyaz əvvəlcədən hazırlıq görmüşdü. Xalidəyə ürəyin istəyən qonaqlıq verdi, axşamtərəfi də gedib dənizdə çimdilər. Xalidə özünü göyün yeddinci qatında hiss edirdi, elə bilirdi ki, dünyada ondan xoşbəxt qız yoxdur.
Birdən sanki qızın gözü açıld, yuxudan ayıldı:
- Yaxın gəlmə, - deyə ona yaxınlaşan Niyaza qışqırıb geri çəkildi, divara qısılıb ağladı. Niyaz təəccüblənmədi. İlk dəfə yad kişi yanına düşən və köməksiz olduğunu birdən-birə dərk edən qız bundan başqa nə edərdi...
- Nədi, nə oldu sənə?
Niyaz sakit və etinasız halda dilləndi ki, qızı hürkütməsin, onu sakitləşdirsin.
- Evə istəyirəm, qurban olum sənə, Niyaz, məni evə apar...
Niyaz dinməz-söyləməz Xalidəni də götürüb maşının yanına gəldi, qapını açıb qızı içəri çağırdı. Sükanın arxasına keçib saxta cəhd göstərdi, amma maşın işə düşmədi, xeyli əlləşib üzünü Xalidəyə tutdu, peşman-peşman dedi:
- Bağışla məni Xalidə, öz sənətim olsaydı......
Niyaz ”tülkülük” edirdi, Xalidə ona inandı və bu inam ona baha oturdu. Yaxınlaşıb özünü günahkar, məyus göstərən Niyazın könlünü almağa çalışdı. Niyaz da eləmə tənbəllik onu ehmalca qucağına götürdü, evə tərəf yeridi. Xalidə artıq Niyazın qucağında uyumuşdu, o elə bilirdi ki, daha bundan sonra həmişə xoşbəxt olacaq.
Samir Kazımoğlunun “Ağrı” əsərindən bir parça.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sağlamlığımızı alan səslər
Lətifələr
Dilan Çiçek kökəlmək üçün bunu da etdi-FOTO
Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTO
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Qar uçqunu 216 adamı öldürüb
Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi
Bakıda keçirilən Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq
Nüsrət bu dəfə Brus Uillis üçün bişirdi-FOTO
İrem Derici izləyicilərini təəccübləndirdi-FOTO
Qəbilə aforizmləri
Ən uyğun vaxtı bilək
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Məşhur aparıcı övladını itirdi
Dodaqlar
Ronaldu bir qolla iki yeni rekorda imza atdı
Avatarlar 1-ci hissə
Yalançı adamı necə tanımaq olar?
Bir fincan "Coca-cola"nın orqanizmə zərərləri
Azərbaycanın daha bir incisi
Kristiano Ronaldo BMT-nin xeyriyyə fonduna 600 min avro ianə edib
Saç düzləşdirilməsinin üsulları (2)
"Ailə qurmayın" - Tanınmış bəstəkardan qızlara məsləhət
Qeyri-adi turp
Sürmə çəkməyin asan üsulları
5 real həyat hekayəsi
Məşhur müğənni ifa zamanı səhnədən yıxıldı - FOTO/VİDEO
Bu dərdi biganə anlamaz!!!
İsveç şahzadəsi xəstəxanada işə başladı-FOTO
Alişanın qeyri-adi toy dəvətnaməsi-FOTO
Çətin xarakterli insanlarla yola getməyin yolları
Bacısı Bergüzar Korel haqqında DANIŞDI
Hər kəs Hadisəni qınadı-SƏBƏB
"Qanlı Yanvar" həqiqətləri
Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı
Nyu York moda həftəsində qeyri-adi trendlər
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Tibbdə möcüzə reallaşır: İnsan başı…
Berkay AÇIQLAMA VERDİ
Düzgün makiyaj üçün 20 qızıl qayda
Günün ulduz falı
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq
Rəqəmsal dünya - Estoniya birinci, Türkiyə isə ...
İbrət götürməli olduğumuz kəlamlar
Gmail-də daha bir yenilik
Xarakterin necədir?
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Gülməli heyvanlar
“Instagram” öz messencerini sınaqdan keçirəcək
- ŞƏRHLƏR