Bakıda hava
USD AZN
EUR AZN

Yetim dünya

Son günlər nədənsə işlərim heç alınmırdı, maddi cəhətdən sıxıntı çəkirdim. Evdəki ehtiyat pullar da tükənmək üzrə idi. Heç zaman belə bir duruma düşməmişdim. Pul sıxıntısı da acizliyim ucbatından olmamışdı. Yaxşı işim var idi, pul cəhətdən korluq çəkmirdim. Tanış-bilişlərə həmişə əl tuturdum. İndi isə borc almağı düşünürdüm. Bu haqda fikirləşirdim ki, telefonuma zəng gəldi. Rayondan böyük qardaşım idi...

Anamın ölüm xəbərindən sarsıldım. Anamı son mənzilə yola salmaq üçün məni gözləyirdilər. Təbii ki, ailəvi getməli idik. Təcili iş yerinə getdim ki, yol pulu da olsa, tapa bilim. Amma alınmadı. Kor-peşman qayıtdığım zaman blokda əl dəsmalına bükülmüş bağlama gördüm. Tələsik götürüb evə gəldim. Bükülü dəsmalda 7 ədəd 100-lük dollar, 20 ədəd 10 min manatlıq pul var idi. Arvad-uşağa dedim: "Yığışın, gedirik". Elə çıxmaq istəyirdik ki, blokda vay-şivən qopdu. Qapıbir qonşumuz Firəngizin qışqırtısı idi.
- Firəngiz, nə oldu sənə birdən-birə?! - həyat yoldaşım  özünü ona yetirib hövlnak soruşdu.
- Evimiz yıxılıb, anam alver üçün gətirdiyi pulları salıb itirib!
Firəngizin anası ayda iki-üç dəfə şəhərə gəlib rayonda satmaq üçün buradakı “optovoy”lardan şey-şüy alıb aparırdı. Bu dəfə də ona lazım olan şeyləri almaq üçün taksi ilə “optovoy”a gedib. Pulu çıxarmaq istəyəndə pullarının yerində olmadığını görüb və həmin taksi ilə yenidən qızının evinə qayıdıb. Düşünüb ki, bəlkə pulları unudub, qızının evində qoyub. Ancaq pullar evdə də tapılmayanda ana-bala əmin olublar ki, arvad pulları haradasa salıb itirib. Mən hadisənin nə yerdə olduğunu dərhal anladım. Demək, dəhlizdə tapdığım pul Firəngizin anasının pulu imiş. 
Onların hər ikisini sakitləşdirməyə çalışdım. Firəngizlə anasını evimizə dəvət etdim. Firəngizin anasından soruşdum:
- Məsmə xala, pulun nə qədər idi?
Məsmə xala pulunun miqdarını dəqiqliklə dedi.
- Narahat olmayın, pulunuzu mən tapmışam - dedim.
Bunu eşidən kimi ana-bala sevincdən heç bilmədilər nə etsin. 
- Məsmə xala, pullarını verirəm, ancaq bir şərtlə. Həmin puldan mənə 100 dollarını bir həftəliyə borc verirsən. Bu  mənə çox vacibdir. Bir az bundan öncə rayondan qardaşım  zəng vurdu ki, anam rəhmətə gedib, rayona getməliyəm. Bir  həftədən sonra pulunuzu qaytaracağam.
Yenidən bayıra çıxmaq istərkən qardaşım ikinci dəfə zəng vurdu.Telefonu açdım. Qardaşım dedi: “Daha əziyyət çəkib gəlməyin! Anam artıq özünə gəldi. Bayılmışdı, indi artıq yaxşıdır”. Mən qardaşımın yalan danışdığını zənn etdim. Hökmən gələcəyimi bildirdim. O, Allaha and içdi ki, anam özünü daha yaxşı hiss edir. Dönə-dönə gəlməməyimizi tapşırdı. Rahat olmaq üçün qardaşım telefonu anama verdi və onunla danışdım. Anam telefonda: “Oğul, zəhmət çəkib o qədər yolu gəlməyin. Mən indi yaxşıyam. Bir balaca huşumu itirmişdim, uşaqlar da qorxub, sənə zəng vurublar. Daha narahat olmayın! Gəlməyə heç gərək yoxdur. İş-gücündən ayrılma, oğul! Di, salamat qal, gözümün nuru, oğlum!”
Anamla danışandan sonra rahat oldum. Dünyanın bəzəyi, çiçəyi analar! Övladlarına azca da olsun zərər gəlməsini, inciməsini, ayağına daş dəyməsini belə istəməyən analar! Nə yaxşı ki, siz varsınız! Yoxsa, dünya yetim  qalardı!!!
Səslərin sayı: 3
10
1496
loading...
Şərhlər
Offline
sevil aliyeva
Allah o adama ureyine gore verdi
7 iyun 2014 18:59
Offline
QARA QIZ
ALLAH NEYİNKİ ANALARIMIZI ATALARIMIZIDA BAŞIMIZIN ÜSTÜNDEN EKSİK ETMESİN AMİN
7 may 2014 20:37
Offline
Nurka Glamurka
Allah hec kimi anasiz qoymasin sad
7 may 2014 01:02
Offline
Ruhəngiz
,Allahım heç zaman anaları cavan ikən almasın,övladlar vaxtsız yetim qalmasın

Amin bacım.
Xəbərə görə təşəkkürlər,Fira.
5 may 2014 21:03
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
ÖzDüNyAm
Cox sagolun xanimlar xeberimi beyenib serh yazdiqiniz ucun. give_ros
22 aprel 2014 00:13
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Ellada Babayeva
Allah analarımız başımızın üstündən əksik etməsin.Amin!!Yaxşı edib deyib pulları mən tapmışam.
22 aprel 2014 00:10
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aytac Mammedova
Haram tikə heçvaxt boğazdan keçməz.Allahın ona yazığı gəlib,hər işdə də b6r xeyir var,Allah bütün anaları qorusun.Düzdür nə vaxtsa haqq dünyasına qovuşacaq amma,Allahım heç zaman anaları cavan ikən almasın,övladlar vaxtsız yetim qalmasın,Çoxsağolun bacı,
20 aprel 2014 21:34
Offline
Şəri Babayeva
Allah bütün anaları qorusun Amin!!!Maraqla oxudum.
20 aprel 2014 14:38
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
AFET
Cox maraqli idi .Goresen O, isin ustu acilmasaydi pullari xercleyecekdimi?
20 aprel 2014 13:24
Offline
ÖzDüNyAm
Aaa bu nedi xeberime niye hec serh yazilmiyibdi?? cray
20 aprel 2014 11:40
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )