Bakıda hava
USD AZN
EUR AZN
08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41216

Ümumxalq hüzn və Milli Qürur günü

Ümumxalq hüzn və Milli Qürur günü

1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərinin yaşayırdı.Seperatçı-terrorçu ermənilər getdikcə azğınlaşdılar.Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara divan tutulmasına aşkar və gizli yolla himayədarlıq edirdi.

    Azərbaycan xalqı arıq dərk edirdi ki, SSRİ dövləti ona heç bir kömək göstərməyəcək.Nicat yolu imperiya boyunduruğunu atmaqda və müstəqillik əldə etməkdədir.İmperiya isə azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı.Azərbaycanda xalqdan uzaq rəhbərlər Moskvanın göstərişi ilə hərəkət etdiklərindən xalqın etimadını təmamilə itirmişdilər.

    Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ –nin dağılmasına qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün SSRİ ərazisində azdlıq hərakatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi.Odur ki, Bakı ətrafına ən müasir silahlar və texnika ilə təchiz olunmuş müxtəlif qoşun hissələri gətirilmişdir.1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-sində saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tədbiq edilməsi haqqında” fərman verdi.Xalqı qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlandı.Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi.

   “Bakı əməliyyatı”na SSRİ Müdafiə Naziri D.Yazov şəxsən rəhbərlik edirdi.Bakı qarnizonunun qoşunları, başqa yerlərdə gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi.Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı.Əsgərlər gözyaşardıcı qazdan istifadə edir,eyni zamanda adamları avtomat silahdan güclü atəşə tuturdular.Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyasılarının işçiləri küçə fənərlərini söndürmüşdülər.Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasındakı projektorların köməyi ilə tapılır, atəşə tutulurdular.Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların- qocaların, qadınların uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən yoldan keçənləri, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.

    Bakıda və Respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs olunmuş, 4 nəfər itkin düşmüşdü.Şəhər təsərrüfatına və əhalinin mülkiyyətinə külli miqdarda ziyan dəymişdir.

   Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər. Əliyalın, lakin sinəsində

 Azərbaycan sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız – 13 yaşlı İlqardan tutmuş, 73 yaşlı Vəfadar kişiyə kimi neçə-neçə insanımız şəhid oldu.Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə qəsd edən Fərizənin dastanı dillərə düşdü.

   Fövqəladə vəziyyət elan olunmasına baxmayaraq,Bakı yanvarın 22-də azadlıq şəhidləri ilə vidalaşdı.Şəhər matəm libası geyinmişdi.Respublikada 3 gün matəm elan olunmuşdu.”Azadlıq”meydanında böyük matəm mitinqi keçirildi.Bu azadlıq yolunda müqəddəs şəhidlərə  ehtiramın,habelə Moskvanın qanlı əməllərinə qarşı etirazın ifadəsi idi.Şəhidlər şəhərin ən uca yerində dəfn edildi...20 yanvar şəhidlərinin  və 31 mart soyqırım qurbanlarının müqəddəs ruhları bir-birinə qovuşdu.      

  İmperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi.Bu böyük faciə Azərbaycan xalqını daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı.

 

   Bir daşı qırmaq üçün bəlkə yüz dəfə ona vurursan.Ancaq qırılması nədir,heç çatlamır da.Sonra birdən yüz birinci vuruşda daş ikiyə bölünür.Bax,o zaman anlayırsan ki,daşı ikiyə bölən son vuruş deyil,ondan əvvəlkilərdir.Bəs görəsən 20 Yanvar hadisəmizi bu qədər təbliğ edirik,nədən daşı qırılmır və ya nə vaxt qırılacaq?

Səslərin sayı: 45
316
29137
loading...
Şərhlər
Offline
Nura 45
Allah sehitlerimizi elesin

Allah sehidlerimize rehmet etsin
21 yanvar 2014 00:27
Offline
Irane
Allh butun sehidlerimize rehmet etsin
20 yanvar 2014 22:50
Offline
Ellada Babayeva
Mənim onda 5-6 yaşım olardı.Bina evində əhmədlidə qalırdıq.Eyvana qaçıb çıxdım,anam qışqırdı əyil aşağı baxanda gördüm çoxlu tanklar gedir..Allah şəhidlərə rəhmət eləsin..
20 yanvar 2014 22:30
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
allah wehidlerimize rehmet etsin..ailelerine saqliqli omur versin..wehidlik boyuk zirvedi
20 yanvar 2014 21:47
Offline
Heyat terzi
Allah butun wehidlerimize Rehmet elesin /Amin
20 yanvar 2014 21:26
Offline
AFET
Allah bütün şehidleri rehmet elesin mekanları cennet olsun.
20 yanvar 2014 20:48
Offline
PƏRVANƏ ƏLİYEVA......
Bu hadiseler bash verende 8 de oxuyurdum men..Ele xatirliyiramki ele bil dunen olub.onda heyet evlerinde yashiyirdiq biz..tanklar duz evlerimizin yaninda korpu varidi ordan kecirdi.Ay Allah o gunleri omrumuze yazmasin..Boyuk oqluma danishanda yaziq ushaq shoka dushur.Ne deyim bizleri bu gunlere qoyanlarin Allah cezasini versin.Allaha tapshirdim onlari.O musibetli gunleri Allah birde bizlere gostermesin.Allah gunahsiz shehidlerimize rehmet elesin.Yaxinlarina sebr dozum versin.Mekanlari cennet olsun.
20 yanvar 2014 20:12
Offline
Qizil Gul
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanlari cənnət olsun. Amin
20 yanvar 2014 19:31
Offline
angell75
Allah rəhmət etsin bütün şəhidlərimizə, ruhları şad olsun çünki onlar bizim qanlı yaddaşımızıd və heç vaxt unudulmayacaqlar..
20 yanvar 2014 19:14
Offline
Happiness-lady
ALLAH BUTUN SEHITLERIMIZE REHMET ELESIN insALLAH SEHITLERIN YERI HER ZAMAN CENNET OLUR YERLERI NURLA DOLSUN insALLAH. ADLARI BATMISLARIN KOKLERI KESILMISLERINDE ALLAH VERSIN BELALARINI girl_ang
20 yanvar 2014 18:42
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
ceyla ceferova
ALLAH butun sehidlerimize rehmet elesin.

Amin!!! recourse recourse recourse recourse
O ermeniler olsun ele!!!
Amin!! angry
20 yanvar 2014 18:34
Offline
GülnaR
Allahdan şəhidlərimizə rəhmət,geridə buraxdıqlarına səbr diləyirəm
20 yanvar 2014 17:06
Offline
♥♥♥heyat senle xosdur(efsane rustemova)♥♥♥
Allah butun sehidlerimize rehmet elesin
20 yanvar 2014 16:47
Offline
babayeva samire
allah rehmet elesin
20 yanvar 2014 16:08
Offline
MAYA EL

Bu da gündür keçər,gedər bir zaman,
Oğulların qisas alar yağıdan.
Taleyinə gülümsəyər asiman,
Ağlama ,Vətən, ağlama!
20 yanvar 2014 15:44
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Gamze Buyukustun
esselamun eleykum ve rehmetullahi ve bereketuh.
ALLAHU EKBER ALLAHU EKBER.. Allah buyukdur o her seyi goruyo ELHAMDULILLAH..
Allahdan sehidlerimize Rahmet, Aileleriynese sabir diliyorum..
Mekanlari cennet, kabirlari nurla dolsun insallah. uyuduklari kara toprak
onlara rahatlik ihsan etsin amin insallah..
coook aci cook zor bir gun, ne soyluyeceyimi bilemiyorum.. Allahu Tealanin sevmediyi birilerini
lanetlemek Allahi yucetmek demek.. ALLAH ERMANILERE LANET ETSIN.. Rabbim oyle birilerinin lanetlenmesini biz muslumanlara izin veriyo.. sukranillah....
Binlerce azeri billetimizin canlarini yakan su olayi unutmak olurmu, ermanileri aff etmek olurmu???
Allah c.c her seye kadirdir elhamdulillah,, hak dunyasinda cezalarini alicaklar insallah..
Onlar ne bicim insanlar bilemiyorum,, imansiz , kalpsiz,, marhametsiz birileri...
Ya sabir Ya sabir insallah...
elimizden bir sey gelmiyo ama su imansiz birilerini Allaha birakalim insallah.......
20 yanvar 2014 15:17
Offline
Xedice 033
Allah rehmet etsin mekanlari cennet olsun
20 yanvar 2014 14:46
Offline
Arzu
ALLAh sehidlere rehmet etsin.qanlari yerde qalmasin ...bizim millet cox unutqan milletdi ancaq var dovlet yigmaq onun evi masin menimkinden artiqdir deyib behse girirler..gedin ermeni ile behse girib torpaqlarimizi alsinda o papan gul balalari... o gun bir neferle danisirdim dedim oqlunu esger gonderesen??dedi varlin balasi dubayda orda burda f-le,q-larla kef etsin men kasibin balasi gedib olarin kesiyin ceksin qoymayacam dedi
20 yanvar 2014 14:45
Offline
ARiEL_ViViAN(SaMiRə)
Allah rehmet etsin bütün şehidlere.Amin!
20 yanvar 2014 14:41
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
Nubar
Allah rehmet elesin.kenardan daniwmaq asanddiye o gun gorenler neler kecirdibler..allah sebr versin
20 yanvar 2014 14:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )