Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Aktual xəbərləri necə hazırlamalı?

Aktual xəbərləri necə hazırlamalı?

Hər vaxtınız xeyir olsun!

Saytda dərc olunan xəbər axışının bir neçə aylıq müşahidəsindən sonra belə qərara gəldim ki, sizlərlə bir çox məsələləri bir xəbər altında müzakirə edək. İsmarıc qutumuza gələn çoxsaylı sualları cavablamadığımız anlar sizlərə laqeydlik və ya mənfi düşüncə nəticəsi təsiri bağışlamasın. Sadəcə, artıq bəzi məsələlər var ki, onların həll olunmasında istifadəçilərin özlərinin saytda iştirakı ilə yanaşı, həm də inkişafı vacibliyə çevrilib. Sayt dayanmadan inkişaf edir, təbii ki, onun inkişafı ilə kollektiv və istifadəçilər də müsbətə doğru dəyişirlər. Yalnız, bəzi hallar var ki, xüsusən də isitfadəçilərin xəbər seçimi, rubrika və bölmə seçimləri saytın gündəlik, həftəlik, aylıq xəbər paylaşma göstəricində tarazlığın pozulmasına səbəb olub. Bunları aradan qaldırmaq öz əlimizdədir. Təklif edirəm, bu xəbər altında Qadin.Net xəbər müləllifləri öz təcrübələrini yeni gələn istifadəçilərlə bölüşsünlər. Eyni zamanda , hələ də xəbər hazırlanması və sayt qaydaları ilə bağlı çətinliklər yaşayan istifadəçilərimiz rastlaşdıqları problemləri burda işıqlandırsınlar və həllini öyrənsinlər. 

İlk əvvəl, artıq çoxlarınızın tanış olduğu ümumi sayt qaydaları daxilində məqalələrin hazırlanması ilə bağlı 5-ci bəndi yenidən gündəmə gətirirəm ki, bu bəndi oxuduqdan sonra şərhlərdə suallarınızı yazasınız. 

Sayt qaydalarımızın 5-ci bəndi

5. Məqalələrin hazırlanma qaydaları
Məqalə(bundan sonra xəbər) – araşdırmalar, araşdırma nəticəsində əldə olunmuş statistik məlumatlar, məsləhətlər, konkret mövzu ətrafında, əsas mövzudan uzaqlaşmayaraq faktlara əsaslanan, minimum beş yüz simvoldan ibarət, məsafə və fikirlərin ifadə edilməsi üçün istifadə edilən simvollardan ibarət olan yazılı müəllif məhsuludur.
5.1. Başqa müəllif tərəfindən hazırlanmış, digər Azərbaycan saytlarında yayımlanmış(xüsusi hallar istisna olmaqla), eyni zamanda bu saytda daha əvvəl yayımlanmış başqa müəlliflərə məxsus xəbərlərin yenidən hazırlanaraq göndərilməsi qadağandır!
5.2. Xəbər hazırlanarkən, Rubrika və onun bölmələrinə, eləcə də bölmələrə aid alt bölmələrə diqqət yetirilməsi mütləqdir. Rubrika, bölmə, alt bölməsi düzgün seçilməmiş xəbərlərin silinmə ehtimalı böyükdür.
5.3. Xəbərlərin hazırlanmasına dair bir neçə mühüm qeydlər:
 - Xəbərin başlığı qısa və tam mətni xüsusi hallar istisna olmaqla bütövlükdə Azərbaycan dilində yazılmalıdır. Başlıqların seçimi zamanı gülməcələrdən(smayl) istifadə etmək olmaz. Başlıqların bütövlükdə böyük hərflərlə yazılışı qadağandır. Eyni zamanda başlıqlarda, latın əlifbasında olmayan xüsusi simvolların da istifadəsinə icazə verilmir!  Başlığın sonunda nöqtə qoyulmamalıdır.
- Xəbərə əlavə ediləcək rəsimlərin görüntü keyfiyyəti yüksək olmalıdır. Rəsimlərin əlavəsi zamanı ölçülərə diqqət yetirilməsi mütləqdir. Kiçik ölçülü, keyfiyyət göstəriciləri aşağı səviyyədə olan rəsimlərin məqaləyə əlavəsi, həmin xəbərin yayımlanması qadağandır. Digər saytların ad və ya loqotipləri əsk olunan rəsimlərdən istifadəyə icazə verilmir. Həmçinin, xəbərə əlavə edilən rəsimlər xüsusi müəllif hüquqlarına sahib olan rəsimlər olmamalıdır. Əks halda, müəllifin icazəsi, razılığı mütləqdir. 
- Xəbərlərin mətni hazırlanarkən, elmi-ədəbi dildən istifadə olunması tövsiyyə olunur. Dialekt sözlərdən, senzuradan kənar – qeyri etik ifadələrdən, təhqir formalı fikirlərdən istifadə olunması qadağandır. Həmçinin xəbər mətnlərinin, “loru” dildə, ətrafdakılarla söhbəti xatırladan formada hazırlanmasına icazə verilmir. (xüsusi icazəli bölmələr istisna olmaqla) 
- Xəbər hazırlamağa başlamazdan öncə, rubrikalara nəzər salmağınız tövsiyyə olunur. Daha az xəbər olan rubrika üçün hazırlanmış xəbərlər müvafiq olaraq daha tez yayımlanır. Ədəbi guşə, Fotoqalereya kimi bölmələr üçün hazırlanmış xəbərlərin müəllifləri adətən müəyyən vaxt gözləməli olurlar. Səbəb həmin bölmələr üçün çoxlu sayda xəbərlərin göndərilməsidir.
- Tərkib hissəsi yalnız video görüntüdən ibarət olan, heç bir məlumatı özündə əks etdirməyən xəbərlərin yayımlanması qadağandır! Eyni zamanda Mətbəx rubrikası üçün video görüntülü xəbərlər göndərilərkən, xəbərin mühüm detalları, reseptin tərkib hissələri və hazırlanma qaydası yazılı formada mütləq qeyd edilməlidir!
- Hazırlanan xəbərin mətnini ilk öncə Word mətn redaktorunda saxlayın. Qlobal şəbəkədə yarana biləcək nasazlıqlardan sığortalanmağınız üçün bu addımı atmağınız vacibdir.  
5.4. Xəbərlərin hazırlanması zamanı yol verilmiş qayda pozuntularına görə, aşağıdakılar tətbiq olunur:
- Xəbərlər haqqında qaydaların  5.1. hissəsinə riyaət olunmadığı zaman müəlifə redaksiya üzvləri tərəfindən xəbərdarlıq edilməklə, hazırlanmış xəbər məlumat bazasından silinir. Əgər qeyd olunan qayda pozuntusu xəbər yayımlandıqdan sonra aşkarlanarsa, xəbər yayımdan çıxarılmaqla, xəbərdarlıq olmadan məlumat bazasından silinir. Eyni müəllif, eyni qayda pozuntusunu (5.1.) üç dəfə təkrar edərsə, həmin istifadəçinin hesabı üç ay müddətində dondurulur.
- Xəbərlər haqqında qaydaların 5.2. hissəsinə riayət olunmadığı zaman, müəllifə lazımı qaydada izahatla birlikdə xəbərdarlıq edilməklə, xəbər aidiyyatı üzrə rubrikada yerləşdirilir. Bu qayda pozuntusu üç dəfədən artıq təkrarlanarsa, müəllifin istifadəçi hesabı bir ay müddətində dondurulur.
- Xəbərlər haqqında qaydaların 5.3. hissəsində qeyd olunan mühüm qeydlərə riayət olunmadığı zaman, eyni zamanda səhvlər sonradan aşkarlanarsa, xəbər yayımdan çıxarılmaqla Ekspertlərin yoxlanışı üçün redaksiyaya göndərilir. Ekspertlərin verdiyi rəy əsasında xəbərlə bağlı növbəti addımlar qaydalar bölümünün 5.1 və ya 5.2 hissələrinə əsasən yerinə yetirilir.
 5.5. Məqalələr saytda yayımlandığı andan etibarən, saytın, istifadəçilərin və ümumi statistikanın müəyyən olunmasında mühüm rol oynayır. Məhz bu səbəblərdən, məqalə müəlliflərinin daha sonradan yazının silinməsi ilə bağlı irad və xahişləri qəbul edilmir. Yalnız xüsusi hallarda(ciddi qayda pozuntuları və ya tutarlı sübut, səbəblər), müzakirələrdən sonra veriləcək qərarla məqalənin silinməsi mümkündür. Müəllifin silinmə istəyinə qarşılıq olaraq, yalnız müzakirələr üçün təyin edilmiş şərh sistemi ləğv edilə bilər. 
 5.6. Məqalələr saytın, layihənin əsas hissələrindən biri təşkil edir. Məhz bu səbəbdən, istifadəçilər tərəfindən göndərilmiş bütün məqalə, yazı və xəbərlər Redaksiya üzvlərinin (Redaktorlar) yoxlanışından, Baş redaktorun təsdiqindən sonra yayımlanır. 

 

Aktual xəbərləri necə hazırlamalı?

 

Qaydalardakı 5-ci bəndi oxuduqdan sonra şərhlərdə aşağıdakı suallara cavab yazın:

1. Saytımızda ilk xəbəriniz üçün mövzunu necə tapdınız?

2. Silinən xəbərlərinizin səbəbi nə idi?

3. Hazırda redaksiyaya göndərdiyiniz xəbərləri necə seçir və necə tapırsınız? 

4. Daha çox hansı rubrika və bölməyə müraciət edirsiniz?

5. Sizə qaydalardan ən çox başa düşülməyən hansı qayda olub? 

6. Gələcək xəbər müəlliflərinə arzularınız, təklifləriniz. 

Səslərin sayı: 15
85
6731
loading...
Şərhlər
Offline
Aysel İ.
İlk xəbərim öz şirim olub. Gözəl qəbul olund və dərc olundu.
4 noyabr 2014 03:40
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Asi
1. Saytımızda ilk xəbəriniz üçün mövzunu necə tapdınız?

Mugami operani cox sevdyim ucun bu barede xeber hazrlamaq istedim ama xeber gondermekde cetinlik dash cekirdim sagolsun Madam bacm komek oldu kiss
2. Silinən xəbərlərinizin səbəbi nə idi?

Tercume xeberlerim bezen silinr sebeb basqa saytn meni qabaqlamasi cray
3. Hazırda redaksiyaya göndərdiyiniz xəbərləri necə seçir və necə tapırsınız?

Kitab,jurnal,xarici sayt ferq etmir/maraqli movzu harda gorsem onu hazrlayram
4. Daha çox hansı rubrika və bölməyə müraciət edirsiniz?

Muxtelif olur deemk olar butun movzulara olmasada coxsuna muraciet edirem
5. Sizə qaydalardan ən çox başa düşülməyən hansı qayda olub?

Ilk vaxtlar cetin gelirdi indi ise yox
6. Gələcək xəbər müəlliflərinə arzularınız, təklifləriniz.

Ilk once size ugurlar/ size cetin gorunsede elede cetin deyil sadece xeeber yollama qaydalarini mukemmel bilin ve riayyet edin inani asant oldugunu ozunuz goreceksiniz smile


ღNarınღ
1. Saytımızda ilk xəbəriniz üçün mövzunu necə tapdınız?

Şerlərim vardı həmişə paylaşmaq istədiyim bura gələndə bunun bir şans olduğunu düşünüb onları yazdım Ülviyyə ( Asi) sağ olsun o kömək elədi mənə

give_hea kiss
17 iyul 2014 05:29
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
1. Saytımızda ilk xəbəriniz üçün mövzunu necə tapdınız?
Hmmmmm.Menim bir neçe sehifem var idi,(istifade etmirem),ancaq burdakından danışacağam.Bu sehifemdeki ilk xeberim Maraqlı USB-ler olub.Özel bir açıqlaması yoxdur,sadece olaraq onu seçdim.
2. Silinən xəbərlərinizin səbəbi nə idi?
Esasen şekillerin balacalığı idi.Neyse ki,artıq uzun müddetdir ki,öyrenmişem,artıq ele bir problem olmur.Birdeki tercumelerde problemler olur bezen.
3. Hazırda redaksiyaya göndərdiyiniz xəbərləri necə seçir və necə tapırsınız?
Maraqlı bir sual daha.Bu,keyfimden asılıdır,bezen hansısa melumatlandırıcı bir xeber hasırlayarken,bezen test xeberleri,bezense biografia hazırlayıram.
4. Daha çox hansı rubrika və bölməyə müraciət edirsiniz?
Evveller moda,geyim xeberleri hazırlayırdım,indi ise melumatlandıcı ve biografiyalar hazırlayıram.
5. Sizə qaydalardan ən çox başa düşülməyən hansı qayda olub?
Evveller başa düşmediyim çox olurdu.Ancaq indi,çox alışmışam bu saytın qayda-qanununa.
6. Gələcək xəbər müəlliflərinə arzularınız, təklifləriniz.
Birce o insanları anlamıram ki,deyirler:"Men niye status almıraaamm?"Baxırsan,xeberi zadı yoxdur.Evvelce qaydaları derinden öyrenin eziz xanımalar.Xeber elave ede-ede,öyreneceksiniz bu qaydaları.Men özüm ele öyrenmışem.Sizlere yaxşı xeberler hazirlamağı,status almağı arzulayıram.
17 iyul 2014 02:30
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
rahide
men saytda yeniyem ona gorede bu yazilanlarin hamsini oxudum insallah calisaram hamsina emel eliyim sag olun
9 fevral 2014 16:00
Offline
Ceylan Mumoğlu
efsane orucova,
AMMA SEKIL YERLESDIMIREM

Niyə yerləşdirmirsiz? Problem nədir ki?
30 yanvar 2014 16:27
Offline
Efsane Orucova
MENDE XEBER HAZIRLAYIRAM AMMA SEKIL YERLESDIMIREM DIYESEN ONDA XEBERI SAYTA YERLESDIRMIRLER.
30 yanvar 2014 14:38
Offline
gulya akhundzada
Jmende yazmaq isteyirem cox vaxti wekillerw gore eziyyet cekirem.
25 yanvar 2014 16:32
Offline
Ceylan Mumoğlu
《YEGiŞ》,
Probleminizi yazın, araşdırsınlar.

Ulka Gulaliyeva,
Bu saytda xeber yollamag cox cetin iwdi... cox wertleri vare bele wey olar


♥.::CuPPuLu::.♥,
Sekili elave etmek en asan iwdi xeberde. cox sevirem burda xeber hazirlamaqi.


Fərqli baxışlar laughing
23 yanvar 2014 14:01
Offline
ÖzDüNyAm
Sekili elave etmek en asan iwdi xeberde. cox sevirem burda xeber hazirlamaqi.
23 yanvar 2014 12:35
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Aminim
Ceylan Mumoğlu,
Xeyr.
23 yanvar 2014 12:28
imza: qadin.net
Offline
Ceylan Mumoğlu
《YEGiŞ》,
Bu haqda texniki şöbə ilə əlaqə saxlayıb problemi bildirmisiz?
23 yanvar 2014 12:20
Offline
Aminim
Men defelerle sekilleri papkaya elave edirem.Ya metni yazanda sekiller silinir, ya sekilleri yukleyende metn silinir.Defelerlede kewleri temizleyirem, hesabdan cixiram.Birde son zamanlar xeberim derce cixir.Usten 5-6 saat kecir sekiller xeberde gorunmur.Sonuncu xeberimde helelik bu kimi problemlerle uzlewmedim.Sonadek bela olsun.Cunki istemirem hec bir redaktora eziyyet verim.
23 yanvar 2014 12:14
imza: qadin.net
Offline
Ceylan Mumoğlu
Hörmətli istifadəçilər, hələ də xəbər göndərilməsi işində öyrənmədiyiniz mərhələlər var. Xəbərin qovluğuna şəkil yükləmək işi niyə bu qədər sizə çətin gəlir? Bəzi userlər var ki, onların yanlış yükləmələri nəticəsində redaktor heyətinin işi ləngiyir. Bizlər axı sizinçün tam izahlı belə bir xəbər hazırladıq, http://qadin.net/index.php?newsid=36391 , niyə hələ də öyrənmirsiz? what

Leman və Yegulya nikli userlər, sizin şəkil yükləmədə nə probleminiz çıxır, burda yazın, müzakirə olunsun.
23 yanvar 2014 12:05
Offline
Aysel İ.
Bu saytda xeber yollamag cox cetin iwdi... cox wertleri vare bele wey olar

Xanım, elə ona görə də Azərbaycanda, bu sektorda Qadın.Net saytı 1-cidir. Müsabiqələrdən Qələbə ilə ayrılır.
22 yanvar 2014 23:25
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ulka Gulaliyeva
Bu saytda xeber yollamag cox cetin iwdi... cox wertleri vare bele wey olar
22 yanvar 2014 21:18
Offline
Leyla Nabiyeva
Ulker.Agamali, allah razi olsun..onu etsez cox sevinerem..
22 yanvar 2014 20:29
Offline
Gümüş
Gülbəniz,Düz sözə nə diyəsən pardon
22 yanvar 2014 16:08
Offline
Ulker.Agamali
Leyla Nabiyeva,bu komputerin ozunde olamıdır dil deyisme bu bir proqram olmalidir ve kompş yuklenmelidir.Menim de cox basim coxan deyil amma qardasim yukleyib rus azeri ve engilis dillerini komp.in alt panelinde deyisirem.Bunun nece etmek lazim oldugunu sorusub size yazaram
22 yanvar 2014 15:17
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Naile Ehmedli
men xeber elave etmek istedim bacarmadım
22 yanvar 2014 13:53
Offline
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
Ilk once biz istifadecileri melumatlandirdiginiz ve maariflendirdiyiniz ucun teshekkur edirem.sonra ise tevezokarliqdan biraz uzaq olsada demek isteyirem ki menim vaxtim olsa cox faydali ve maraqli xeberler hazirlaya bilerem yes .sadece vaxt mehdudlugundan bunu ede bilmirem.bax indice bashim biraz bura qarishdi getdim ki coreyim yanib wassat amma cox hevesliyem xeber hazirlamaga.cemi bir xeberim derc olunub bu saytda onuda nece gune hazirlamisham birr Allah bilir birde Madam biggrin sag olsun mene cox yardim etdi ilk xeberim oldugu ucun cox sheyi bilmirdim.meni basha saldi.birde menim bir sualim var.xeberin kopya olub olmadigini nece yoxlasyirlar?bunu bilmek isteyirem.
22 yanvar 2014 13:47
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış