Bakıda hava 18°
USD AZN
EUR AZN

Gəncədə taksilər üçün xüsusi dayanacaqlar olacaq

 

Gəncə şəhərində taksilər üçün xüsusi dayanacaqlar düzəldiləcək. Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncədə nəqliyyat xidmətinin daha da yaxşılaşdırılması ilə bağlı yeniliyə imza atılacaq. Şəhərdə taksi fəaliyyəti ilə məşğul olanlar üçün xüsusi dayanacaqlar düzəldiləcək.Gəncədə taksilərin istənilən yerdə dayandığı danılmaz bir faktdır. Bu isə, şübhəsiz ki, bir sıra problemlər yaradır. Tıxacların yaranması, digər sərnişin daşıyan nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin məhdudlaşması bu problemlərə daxildir. Bunu nəzərə alan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsi taksilərə xüsusi dayanacaqlar üçün yerlər ayırıb.Nəqliyyat Nazirliyinin Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev bildirib: "Tərəfimizdən iyirimi iki taksi dayanacağının düzəldilməsi nəzərdə tutulub. Şəhər İcra Hakimiyyəti ilə taksilərin dayanacaqları və onların nişanlarının hazırlanması razılaşdırılıb. Bu ayın sonuna kimi işlərin başlanmasına start veriləcək. Hələlik şəhərin mərkəzi yerlərində - Univermağın, Mərkəzi bazarın yanında, universitetlərin, yarmarkaların qarşısında birinci mərhələdə taksi dayanacaqlarının quraşdırılması həyata keçiriləcək".Taksi sürücüləri xüsusi dayanacaqların olmasının onların işini daha da asanlaşdıracağını bildirirlər.

Mənbə:Milli.Az

Səslərin sayı: 0
1
816
loading...
Şərhlər
Offline
Ağlım kəsmir əməl edələr
9 yanvar 2014 22:37
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )